PLATFÓRMA

[ fr. ]
1. Möhkəm materialla örtülü hündür, düz meydança, səki. Zenit topunun platforması.
// Stansiyada dəmiryol yatağı boyunca düzəldilmiş belə meydança, səki.
Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə.
[Stansiyada] zəif surətdə işıqlanmış platformada yuxulu sərnişinlər o yan-bu yana qaçırdılar. T.Ş.Simurq.

// Kiçik dəmiryol stansiyası; yarımstansiya.
2. Alçaq bortlu üstüaçıq yük vaqonu.
Təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. Ə.Sadıq.
Açıq platformalarda gümüş rəngli kabel muftaları düzülmüşdü. H.Seyidbəyli.

3. məc. Hər hansı partiya və qrupun fəaliyyət proqramı, məramı, siyasi tələbləri. Partiyanın seçki platforması.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PLATFORMA 1. PLATFORMA (qatar duran dəmiryolu dayanacağı) Qoca fəhlə yaylığını çıxarıb gözlərini siləndə artıq qatar platformadan uzaqlaşmışdı (A

Omonimlər

  • PLATFORMA PLATFORMA I is. [ fr. ] Dəmiryolu boyunca hündür səki, meydança. Platformalar boşalır, ancaq boş qalmır

Etimologiya

  • PLATFORMA fr. plat – hamar + lat. forma – görünüş
PLAŞ-ÇADIR
PLATİ́N

Digər lüğətlərdə