PLEONASTİK

Yunan sözüdür, hərfi mənası “artıqlıq” deməkdir. Dilçilikdə eyni sözün təkrarını bildirir. Məsələn, qədimdə mən gəlirəm yerinə, mən gəlir mən işlətmişik. Burada mən sözünün 2 dəfə təkrarı pleonastik üsul adlanır. Biz gəlirik cümlə­sindəki -ik şəkilçisi əvvəllər onun yerinə işlədilmiş biz sözünün (biz gəlir biz) dəyişmiş və şəkilçiyə çevrilmiş formasıdır. Söz biz gəlir –biz gəliriz –biz gəlirik ardıcıllığı üzrə formalaşmışdır. Bəzi dillərdə pleonastik üsul indi də qalır. Tuva dilində men seen bile gedə mən işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PLAYA
PLEYADA