PLEVRİT

\[yun.\] мед. плеврит (плевра перде тӀа хьун, плеврадин тӀал).
PLEVRA
PLİTƏ
OBASTAN VİKİ
Plevrit
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür. == Plevritin əmələgəlmə səbəbləri və mexanizmi == Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur. == İnfeksiya mənşəli plevritlərin səbəbləri == – bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.); – göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz); – viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar; – vərəm infeksiyası (pasiyentlərin 20%-də aşkar olunur); – sifilis, səpmə və qarın yatalağı, bruselyoz, tülyaremiya; – döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalar. Göründüyünüz kimi səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar. == Qeyri-infeksiya mənşəli plevritlərin səbəbləri == – plevranın bədxassəli şişləri (plevranın mezotelioması), ağciyər və süd vəzisinin xərçəngi zamanı plevraya yayılan metastazlar, limfomalar, yumurtalıqların şişləri və s. (plevritli pasiyentlərin 25%-də qeydə alınır); – birləşdirici toxumanın diffuz zədələnmələri (sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, sklerodermiya, revmatizm, sistemli vaskulit və s.); – ağciyər infarktı, miokard infarktı; – digər səbəblər (hemorragik diatezlər, leykozlar, pankreatit və s.).

Digər lüğətlərdə

бана́льщина вы́садок сопоставле́ние суда́чий волше́бный застаре́лость нараста́ть обка́тывать транзити́вный трёхступе́нчатый устыжа́ть выкрутасы осерхнуть тенето connexion egregiously hereinbefore phone freak seventy-five sire somnambulist вдовец выпрастывать километр неминуемо