plus-que-parfait

m uzaq keçmiş zaman (qram.)

plus
plusieurs
OBASTAN VİKİ
ATV Plus
ATV Plus — 16 avqust 2013-cü il tarixində fəaliyyətə başlamış efir-kabel televiziyası. Azad Azərbaycan Teleradio Yayım şirkətinin tabeliyindədir. Yayım, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin “Teleqüllə” Müəssisəsindən aparılır. Bakı, Sumqayıt və Abşeron yarımadasının ərazisində yaşayan sakinlər bu xidmətə qoşula bilərlər. 2014-cü ilin sonuna kimi kanalların sayının 120-yə çatdırılacağı gözlənilir. 2013-cü ilin dekabr ayında Rusiyanın "NTV+ Premyera" və "Disney Channel" kanallarının yayımı dayandırılmış, əvəzində Türkiyənin Kanal D və Rusiyanın "Pervıy Kanal" kanallarını yayımına başlanmışdır. 2013-cü ilin dekabr ayında Rusiyanın "Kto Yest Kto" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Azərbaycannın "Region TV" kanalının yayımına başlanmışdır. 2014-cü ilin fevral ayında Türkiyənin "MCJ Shopping" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Türkiyənin "Samanyolu Haber" kanalının yayımına başlanmışdır. 21 aprel 2014-cü il tarixində "Viasat History", "TV 1000", "Rossiya 24" kanallarının yayımı dayandırılmışdır. 21 aprel 2014-cü il tarixində "İnterAz", "Mir" və "Mir 24" kanallarının yayımına başlanmışdır.
Google Plus
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.
NTV Plus
NTV Plus (rus. НТВ Плюс) - Qazprom Media-nın rəqəmsal peyk operatorudur. Eutelsat W4 36 ° şərqdən və 56 ° şərqdən Bonum 1 peyklərindən yayımlanır. Viaccess şifrələmə sistemini kanalları şifrələmək üçün istifadə edirlər. Operatorda kanallar SDTV və HDTV standartlarındadır. Bununla yanaşı, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynanan bütün oyunları yayımlayan yeganə peyk operatorudur.
Region Plus (jurnal)
Region Plus — həftəlik analitik jurnal. == Tarixi == "Region Plus" həftəlik analitik jurnalı 2006-cı ildən peşəkar jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, sənətşünaslar və idman icmalçıları tərəfindən nəşr olunur. Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrə aid proseslərin işıqlandırılmasında ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və analitiklərlə yanaşı region ölkələrinin icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət başçıları, nazirlər, ictimai və siyasi xadimlərin müsahibələrinə geniş yer verilir. "Region Plus" jurnalı həftədə bir dəfə azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə, eləcə də beynəlxalq aviareyslərdə yayımlanır. Jurnalın çoxsaylı oxucuları sırasında dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər, ziyalılar var. Obyektiv və qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır.İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır".17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır. 1973-cü ildə şüarın tanınmasına səbəbkar Nou Kampda Avropa XI və Amerika XI komandalarının görüşü zamanı təbliğat aparan Xavier Koma olmuşdur. Onun təbliğatı bütün katalon qəzetlərində peyda olmuşdur: "Barselonanın tarixi və fəaliyyətini hər hansı bir futbol klubunun qarşılaşdıqları ilə eyniləşdirilə bilməz".Bir neçə həftə sonra "Barselona" klubunun prezidenti Aqusti Montal Kosta "Bir klubdan daha artıq" şüarı ilə klubun prezidentlik seçkilərində iştirak etməyə başlamışdır.
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
ворочать гри́дница зверофе́рма обвя́зчица подвла́стный сда́тчица сейсмо́лог согласо́ванный гляди́шь жа́твенный зу́бровый напролёт неви́дный псевдони́м самокрити́ческий твори́ть известь полымя фельдъегерь chucklehead downhill gentleman-in-waiting ill-timed lend-lease гироскопический усугубиться