POETİK

sif. [ yun. ]
1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poetik əsər.
// Poeziyaya xas olan; şairanə. Poetik gözəllik. Poetik nitq. Yazıçı poetik dilə malik olmalıdır.
2. Yaradıcılıq istedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. Poetik istedad. Poetik təb.
3. Estetik tələblərə cavab verən; gözəl, estetik, incə.
[Q.Primovun] çaldığı musiqidə ən kiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə özlüyündə çox zərif, çox incə bir poetik məna kəsb edir. Ə.Bədəlbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • POETİK POETİK, ŞAİRANƏ, BƏDİİ
POEMA
POETİKA

Digər lüğətlərdə