POLAD
POLADƏRİDƏN
OBASTAN VİKİ
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Mehmed Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Polad (ad)
Polad — Kişi adı. Polad Bülbüloğlu — Azərbaycan bəstəkarı və müğənnisi. Polad Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Polad Həşimov — Azərbaycanın Milli Qəhrəmanı.
Polad (dəqiqləşdirmə)
Polad — metal. Polad Ayrım — kənd. Polad (opera) — opera.
Polad (opera)
Polad — bəstəkar Ramiz Mustafayevin 1964-cü ildə şair Ənvər Əlibəylinin eyniadlı poeması əsasında yazdığı radio-opera. == Tarixçə == == Məzmun == Operada bəstəkarın yaşadığı dövrün müasir insanlarının həyatından söz açılır. Burada Polad və Dilbər həyatın müxtəlif sınaqlarından, imtahanından qalibiyyətlə çıxırlar. Və sona qədər öz məhəbbətlərinə sadiq qalırlar.
Polad Aləmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polad Ayrım
Polad (Polad Ayrım, 1991-ci ildən XAÇARDZAN) - azərbaycanlılar yaşamış kənd. == Haqqında == Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Polad çayının mənbəyi yaxınlığında, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 567, 1914-cü ildə 381, 1931-ci ildə 452 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. == Tarixi == Polad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Görkəmli şəxsiyyətləri == Müsrəddin Tağıyev - Fizika-riyaziyyat elmləri namizədi (1998), müəllim.
Polad Bülbüloğlu
Polad Bülbüloğlu (doğum adı: Polad Murtuza oğlu Məmmədov; 4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006 – h. h.), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinifi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin — ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.
Polad Bəylərov
Polad Bəylərov (1970, Alxaslı, Laçın rayonu – 31 iyul 1992, Laçın rayonu) — Qarabağ müharibəsi şəhidi. Polad Bəylərov 1970-ci ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Alxaslı kənd orta məktəbini bitirib. Sovet ordusu sıralarında xidmətini başa vurub vətənə dönəndə artıq Qarabağ müharibəsi başlamışdı və Polad könüllü olaraq Milli Ordu sıralarına qatılaraq düşmənə qarşı igidliklə vuruşub. 1992-ci ilin iyul ayının 31-də Laçın uğrunda gedən döyüşdə şəhid olub. 1993-cü ildən Laçın rayon Alxası kənd orta məktəbi Polad Bəylərovun adını daşıyır. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Polad Fətəliyev
Polad Sabir oğlu Fətəliyev (23 fevral 1983, Bakı) — Azərbaycanı təmsil edən su poloçusu. Polad Fətəliyev, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarına qatılıb və 4-cü yeri tutub. == Karyerası == Polad Fətəliyev, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 3 dəfə isə məğlub olan Azərbaycan yığması, IV İslam Həmrəyliyi Oyunlarını 5 yığma sırasında 4-cü yerdə başa vurdu.
Polad Həşimov
Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020).2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu. == Həyatı == Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur.
Polad Qasımov
Polad Qasımov (1942, Ataxal, Gədəbəy rayonu – 19 fevral 2017, Bakı) — 1995–2017-ci illərdə "Kirpi" jurnalının baş redaktoru. == Haqqında == 11 fevral 1942-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olmuşdur. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakultəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1960-cı illərdən jurnalistika fəaliyyətinə başlamışdır. Azərbaycan pioneri qəzetində, Kommunist qəzetində, Abşeron qəzetində çalışmışdır. 1983-cü ildən Kirpi satira-yumor jurnalında məsul katib və baş redaktorun müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən 2017-ci ilədək Kirpi jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi və Əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür. " Qızıl qələm " , Ə.Haqverdiyev adına " Satira ustası" , " Araz " ali media mükafatları laureatıdır. " Dəvənin quyruğu " , " Narıncı köynək " , " Kreslo günahı " kimi kitabların və bir sıra elmi məqalələrin, oçerk və felyetonların müəllifidir.
Polad Siracov
Polad Sabir oğlu Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Yerli Azərbaycan mətbuatı tərəfindən Üsamə bin Ladenin şəxsi türkcə-ərəbcə tərcüməçisi olduğu bildirilən şəxs. == Bioqrafiyası == 1975-ci ildə Bakı şəhərində anadan olan Polad Sabir oğlu Siracov 1992-ci ildə Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, lakin iki il təhsil aldıqdan sonra universiteti yarımçıq tərk etmişdir. Universiteti yarımçıq buraxdıqdan bir müddət sonra təxminən 10 gün müddətində Türk tikinti şirkətlərinin birində tərcüməçi kimi işləyən Siracov daha sonra Rusiyaya gedərək 1994-1996-ci illər aralığında Moskva şəhərində tərcüməçilik, dülgərlik, paltar alveri ilə məşğul olmuşdur. Daha sonra Bakıya qayıdan Polad Siracov 1997-ci ildə İntersun zavodunda bir müddət işlədikdən sonra 1998-ci ildə hərbi xidmətə yola düşmüş 2000-ci ildə isə hərbi xidmətini (Qarabağ ətrafında) başa vurmuşdur. === Digər adları === Abdullah əl-Qafqazi Poolad T. Tsiradzho (20 aprel 2006-ci il tarixindən etibarən sənədlərində bu cür yazılır) Abd əl Zaher == Əfqanıstan səfəri == 2001-ci ilin fevral ayında evdən çıxaraq İran yoluyla Əfqanıstanın Herat şəhərinə yollanan Siracov Heratda Taliban rəsmisinin yönləndirməsiylə Qəndəhar şəhərində Abdul Kərim adlı şəxsin evində bir müddət qonaq qalmışdır. Qısa bir müddət sonra isə Xocaəhərdə yerli Taliban üzvləriylə görüşən Siracov 500-1000 etnik pakistanlı, eyni zamanda əfqan, özbəklərin də üstünlük təşkil etdiyi Əyyub Sultanın komandanlığı altında olan dəstəyə qoşulmuşdur. Bundan sonra isə Siracova AKM-7.62 avtomatı verilmişdir. == Həbs edilməsi == 2001-ci ilin sentyabr ayında NATO artirelliya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaralanan Siracov döyüş bölgəsini Künduz şəhərinə doğru dəyişmiş, 2001-ci ilin noyabr ayında isə Məzari-Şərif yaxınlığında NATO qüvvələrinin mühasirəsinə düşmüş və ələ keçirilmişdir. Ələ keçirildikdən sonra Siracov Məzari-Şərifdəki Qala-i Cəngi həbsxanasına gətirilmiş, gətirildiyi günün sabahısı (25 noyabr 2001-ci il) baş vermiş üsyandan sağçıxanlar arasında olmuşdur.
Polad paktı
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Polad xan
Polad xan — Şadıbəy xanın kiçik qardaşı və ya oğlu idi. Edigey tərəfindən taxta çıxarılmışdı. Onun dövründə Teymurilərlə əlaqələr yumşaldıldı. Uluqbəyin Mavəraünnəhr hakimi olması xüsusi təbrik edilmişdi. Polad xan 1410-cu ildə vəfat etdi.
Polad Şirinov
Polad Seyran oğlu Şirinov (5 oktyabr 2002, Bakı – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Xüsusi Təyinatlı Qüvvələr, MAHHXHQ. == Həyatı == Polad Seyran oğlu Şirinov. Əslən Yardımlı rayonundan olan şəhidimiz 2002-ci il oktyabrın 5-də dünyaya göz açıb və Bakıda böyüyüb.(Bakıda dünyaya gəlib)Subay idi. Ailədə 2 bacı 2 Qardaş idilər. 2009-cu ildə 1-ci sinfə Binəqədi rayonu 182 saylı məktəbdə gedib. Sonra təhsilini 4-cü sinifdən etibarən Suraxanı rayonu 315 saylı orta məktəbdə davam etdirib. Karate və kikboks kimi idman növləri ilə məşğul olub. Məktəblər arası təşkil olunan " Hərbi Şahin " oyunlarında uğurla iştirak etmişdir. Dərslərilə yanaşı idmanada xüsusi diqqət göstərmişdir. Məktəb vaxtlarından xaraktercə çox sakit, təmkinli yoldaşlarına və valideynlərinə qarşı hörmətlə yanaşan. Onların sevgisini qazanan Şagird olmuşdur.
Polad Əlamdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polad Ələmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Əli Polad
Vahabzadə Əli Rza oğlu (Əli Polad; 1944, Təbriz) — Güney Azərbaycanlı tanınmış iş adamı, yazıçı və tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru və Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru. == Həyatı == 1944-cü ildə Təbriz şəhərində anadan olan Əli Polad orta təhsilinin Təbrizdə almışdır. Sonra Ərzurum Kənd Təsərrüfatı İnstitutunun Əkinçilik və iqtisadiyyat fakültəsini ali mühəndislik ixtisası üzrə bitirmişdir. 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru,2009-cu ildə Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru adına layiq görülmüşdür. Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. 1968-ci ildə əmək fəaliyyətinə başlayan Əli Polad 1982-ci ilə qədər ət və ət məhsulları ixracatı yolu ilə Şərqi Anadolu bölgəsinin inkişafı etməsində aktiv rol oynamışdır.1983–1991-ci illərdə o, Türkiyənin turizim inkişafının gücləndirən qabaqcıl firmalardan birinin ortağı olaraq Antalya,Fəthiyə və Kappadokiyada üç istirahət mərkəzi və bir otel inşa etmişdir. Sovet İttifaqı dağıldıqdan Azərbaycanın müstəqilliyinin əldə etdiyi 1991-ci ildə Azərbaycanın iqtisadi kapital qoyan ilk iş adamlarından biri olub. Çox keçmir ki bacarıqlı memar iş adamı Əli bəy 1986-cı ildə Xəzər şirkəti yaratdı. Bu günə qədər xalqın güzəranının yaxşılaşdırmaq məqsədi ilə ticarət və sərmayələr lə yanaşı, təhsil, mədəniyyət sahəsində bir sıra fəaliyyətlər həyata keçirmiş, radyo, televiziyalarda proqramlar təşkil etmişdir. Bu illər ərzində o, Türkiyədə Su Saflaşdırma və Telekomunikasiya sektorunda ticari fəaliyyətini davam etdirmişdir.
Mehmet Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.

Digər lüğətlərdə

килова́тт клю́вом контраба́ндный лжеучи́тель не́што отщепе́нка противово́льно сере́ть скоро́бившийся экспрессиони́ст баси́ть патети́чески подковы́рка слежа́лый танк bray bridesmaid dizygotic heartquake mafia November sharecrop атомник подкреплять пятинедельный