poliedr
poliekran
OBASTAN VİKİ
Mürəkkəb poliefirlər
Mürəkkəb poliefirlər adətən ikiəsaslı turşuların diollarla polikondensləşməsindən alınır. Poliefirlər sırasında tereftalat turşusunun (TFT) və ya onun diametil efirinin (DME) etilenqlikolla polikondensləşməsindən alınan polietilenqlikol - tereftalatlar daha geniş tanınmışdır. Poliefirlərin sintezində iki əsaslı doymamış turşu kimi tereftal turşusu ilə yanaşı anhidrid formasında ftal turşusu və həmçinin izofital, adipin, sebasin turşusundan istifadə edilir. Bundan əlavə ikiəsaslı turşu kimi doymamış malein turşusu və fumar turşusu anhidridləri də tətbiq olunur. Polikondensləşmədə diol kimi adətən etilenqlikol, 1,4-butandiol və nəhayət 1,4-dihidroksimetiltsikloheksandan (HOCH2-C6-H10-CH2OH) istifadə edilir. Polibutilenqlikoltereftalatin sintezində tereftal turşusu ilə kondensləşmə reaksiyasında əsasən 1,4-butandiol tətbiq olunur. Mürəkkəb poliefirlər liflərin, plyonkaların, lak, emal və örtüklərin alınmasında istifadə edilir. Poliefirlər sırasında polietilentereftalat daha çox sənaye əhəmiyyətinə malikdir, ondan: lavsan, terilen, dakron və digər polietilentereftalat liflərinin və həmçinin kinofotosənayesi və qablaşdırıcı materiallar üçün möhkəm və şəffaf plyonkalar istehsalında istifadə olunur. Polietilentereftalat liflərin 293 K temperaturda və havanın 65% nəmliyi şəraitində su udması 0,3-0,4%-dir, nəm halda möhkəmlik 100%, ilmədə isə 80-90% saxlanır, burma zamanı yerdəyişmə modulu 80-150 MPa, termiki emal edilməmiş lifin qaynar suda saxlama əmsalı 5-10%, işçi temperatur intervalı 213-443K-dır. Yüksək kristallaşmaya və termiki stabilliyə malik lif əmələ gətirən polimerlər 2,6-naftalindikardon turşusu (2,6-NDK) əsasında alınır.

Digər lüğətlərdə