polk

is. régiment m ; atıcı ~u régiment d’infanterie (və ya de tirailleurs) ; tank ~u régiment de chars ; aviasiya ~ groupe m aérien

politexnik
polkovnik
OBASTAN VİKİ
Ceyms Polk
Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845-1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur. Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, Nevada və Yutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi. == Erkən həyatı == ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur He was the first of 10 children born into a family of farmers.. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
Ceyms Noks Polk
Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845-1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur. Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, Nevada və Yutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi. == Erkən həyatı == ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur He was the first of 10 children born into a family of farmers.. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Polk boğazı
Polk boğazı - Hind okeanınında yerləşən Şri-Lankanı Hindistandan ayırır. Lakkadiv dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 55 km, uzunluğu 150 km, dərinliyi 2–9 m təşkil edir. Boğazın şimal qutaracağında Cafna yarımadası yerləşir. Boğaz daxilində kiçik adacıqlar və dayazlıqlar vardır. Bu dayazlıqlar əfsanəyə görə Adəm peyğəmbərin saldığı yoldur və Adəm körpüsü adlanır. Boğaz Britaniya Hindistanının Madros vilayyətinin rəhbəri, dövlət adamı Robert Polkun şərəfinə adlandırılıb.
Sara Çildress Polk
Sara Çildress Polk (ing. Sarah Childress Polk; 4 sentyabr 1803[…] – 14 avqust 1891[…], Neşvill) — ABŞ Prezidenti Ceyms Noks Polkun həyat yoldaşı.
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
388-ci zenit-artilleriya qvardiya polku
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
389-cu özüyeriyən-artilleriya qvardiya polku
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
Adil Əliyev (polkovnik)
Anar Əliyev (polkovnik-leytenant)
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir. Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə həlak olmuşdur. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır. == Həyatı == Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.
Aydın Əliyev (general-polkovnik)
Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri. Gömrük xidməti general-polkovniki. == Həyatı == Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır. 1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır. 1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır. 6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır. 27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.
Azərbaycan polkovniklərinin siyahısı
== A ==
Cahangir Rüstəmov (polkovnik)
Rüstəmov Cahangir İsgəndər oğlu — keçmiş Sovet ordusunun "Qırmızı Ulduz" ordeni nişanlı batalyon komandiri olmuş, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Milli Ordumuzun hərbçi polkovniki, alay komandiri. == Həyatı == Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəyin Düz Rəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il sovet ordusunda xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmişdir. Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C. Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib.
Cəlil Xəlilov (polkovnik)
Cəlil Xəlilov (9 avqust 1958, Masallı) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik. == Həyat və fəaliyyəti == Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985–1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. 1987–2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. === İctimai fəaliyyəti === O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Xəlilov Cəlil Malik oğlu. 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur.
Dinar Həmidov (polkovnik-leytenant)
Dinar Zəkəriyyə oğlu Həmidov (rus. Динар Захарьевич Хамитов, tatar. Динар Зәкәрия улы Хәмитов; 8 oktyabr 1980 – 23 mart 2022, Ukrayna) — Rusiya hərbçisi, Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovnik-leytenantı. "Cəsarət" ordeninə layiq görülmüşdür. Əslən Volqa tatarlarındandır. == Həyatı == Dinar Zəkəriyyə oğlu Həmidov 8 oktyabr 1980-ci ildə RSFSR-yə bağlı Tatarıstanda, Pitrəç rayonunda anadan olmuşdur. Atası Lenin-Kokuşkin adına Peşə Texnikumunun işçisi Zəkəriyyə Həmidov, anası isə Nəsilə Həmidovadır. Güləş və atletika ilə məşğul olmuşdur. O, məktəbi bitirdikdən sonra Kazan Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olmuşdur. 2002-ci ildə məktəbi bitirdikdən sonra taqım komandiri kimi Peçenqaya göndərilmişdir.
Ehsan xan Naxçıvanski (polkovnik-leytenant)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Eldar Ağayev (polkovnik)
Eldar Əsgər oğlu Ağayev (29 sentyabr 1955, Tbilisi – 17 may 2013, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür. 1962-ci ildə Eldar burada 20 saylı orta məktəbə getmiş, sonra təhsilini 134 saylı məktəbdə davam etdirmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vurub motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O,1978-ci ildə Kamçatka yarımadasında, 1981–1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984–1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur. E. Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir.
Elmar Hüseynov (polkovnik)
Elxan Qarayev (polkovnik-leytenant)
Elçin Quliyev (general-polkovnik)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi (2017—h.h.), Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı (2002-2017), Azərbaycan milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı (2001-2012). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur.Elçin Quliyev 1974-1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978-1982-ci illərdə isə Sumqayıt şəhərində 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982-1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988-1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət eləmişdir.1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992-1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir.Azərbaycan Prezidenti Heydər Əliyevin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən "general-mayor" hərbi rütbəsi vermilmişdir.Azərbaycan Prezidenti Heydər Əliyevin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanına əsasən Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.Azərbaycan Prezidenti Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli 742 nömrəli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.2003-cü il mayın 17-də Elçin Quliyevə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən "general-leytenant" hərbi rütbəsi vermilmişdir. 2014-cü il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-polkovnik" hərbi rütbəsi vermilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin 2009-cu il martın 5-də baş tutan növbəti hesabat yığıncağında Elçin Quliyev Azərbaycan Atçılıq Federasiyasının (ARAF) Prezidenti seçilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 5 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamına əsasən Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2017-ci il tarixli 3245 nömrəli Sərəncamına əsasən Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Elşad Quliyev (polkovnik-leytenant)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur.1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir.1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. == Ailəsi == Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. == Mükafatları == (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) == İstinadlar == == Mənbə == Təranə Şükürova. "Ölümdən xəbərsiz ömür", "Bütöv Azərbaycan" qəzeti, №25(157). 25-31 iyul 2012-ci il.
Faiq Qasımov(polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. === Təhsili === Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Faiq Qasımov (polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. === Təhsili === Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
Kazım Ələkbərov (general-polkovnik)
Kazım Ələkbərov — Rusiya Federasiyasının Federal İcra Hakimiyyəti Xidmətinin Moskva şəhəri üzrə rəisi, 1-ci dərəcəli Dövlət Ədliyyə müşaviri, Federal İcra Hakimiyyətinin əməkçisi, hüqüq elmlər namizədi, general-polkovnik. == Həyat və fəaliyyəti == Kazım Ələkbərov 21 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Kiçik Vedi kəndində anadan olmuşdur. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirdikdən sonra 16 yaşında ikən Bakıya daha sonra isə Moskvaya yola düşür. Əvvəl hərbi xidmətini başa vurduqdan sonra Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin tarix fakültəsini, daha sonra isə Moskva Dövlət Hüqüq Akademiyasının hüqüq fakültəsini bitirir. Kazım Ələkbərov qısa zamanda Moskvanın bir çox rayonlarında Məhkəmə İcraçıların rəisi vəzifəsinə yüksəlir.
Rafael Əsədov (polkovnik)
Rafael Əvəz oğlu Əsədov (27 oktyabr 1952, Kirovabad, Gəncə vilayəti – 12 noyabr 1992, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === 1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur. === Ölümü === 1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. === Şəxsi həyatı === Ailəli idi. İki övladı yadigar qalıb.
Rəhman Mustafayev (polkovnik)
Rəhman Bəhman oğlu Mustafayev (24 dekabr 1937, Sallı, Mikoyan rayonu – 12 iyun 2015, Bakı) — polkovnik, Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinin rəisi (1994–1995). == Həyatı == 1937-ci il dekabrın 24-də Ermənistan SSR (Dərələyəz mahalı) Mikoyan (Yexeqnadzor) rayonunun Sallı kəndində anadan olmuşdur. 1952-ci ildə Yuxarı Aralıq kənd 7 illik məktəbini əla qiymətlərlə bitirmiş, Ordubad Pedaqoji Texnikumuna imtahansız qəbul olmuşdur. Ordubadda oxuduğu müddətdə valideynləri 5 ay Noraşen rayonunun Yuxarı Yaycə kəndində, 1956-cı ilə qədər Baş Noraşen (Cəlilkənd) kəndində yaşayıb, oradan yenidən Ermənistan SSR Yexeqnadzor rayonunun Sallı kəndinə qayıtmışlar. 1956-cı ildə Ordubad Pedaqoji Texnikumunu fərqləənmə diplomu ilə bitirib, Bakıda V. İ. Lenin adına APİ-nin tarix-filologiya fakültəsinə qəbul olmuş, 1961-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, İmişli rayonuna təyinat almışdır. 1 sentyabr 1961-ci ildən 1 fevral 1962-ci ilə qədər Sərxanlı kənd orta məktəbinin dərs-hissə müdiri vəzifəsində işləmişdir. R. Mustafayev 1962-ci ilin fevral ayında hərbi xidmətə çağrılmış, 1 il 8 ay Moskva şəhərində daxili qoşunlarda batalyonun müstəqil komsomol təşkilatının katibi seçilmiş, 1963-cü ildə Saratov Hərbi məktəbini (eksterno) bitirmiş, kiçik leytenant rütbəsi almışdır. 1964–1966-cı illərdə Azərbaycan Marsizm-Leninizm Universitetində oxumuş və oranı fərqlənmə ilə bitirmişdir. 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1970-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1968-ci ildə 26-lar rayonunda bölmə rəisi, 1972-ci ildə Lenin rayon DİŞ-də siyasi işlər üzrə rəis müavini, 1975-ci ildə Quba rayon DİŞ-in rəisi, 1977-ci ildə Quba rayon xalq deputatı seçilmişdir.
Sadiq Məmmədov (polkovnik-leytenant)
Sadiq Sadəddin oğlu Məmmədov (23 iyun 1981; Qax, Azərbaycan SSR — 24 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sadiq Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sadiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Məmmədov oktyabrın 24-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

бели́ла вма́зываться домы́ться каре́та маре́новые минимиза́ция мно́жественность облагоро́диться по возвраще́нии угла́дить фра́чный цыпля́тина лепота́ обси́живаться опери́рованный ро́жистый ры́скнуть смета́нница хозбло́к coupla cuneiformist fixing madge vetchling четвероклассница