PORNOQRAFİK
PORSUQ
OBASTAN VİKİ
Pornoqrafiya
Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar. == Tarixi == == Sinifləşdirmə == Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər.Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür. Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur. == Cəmiyyətin pornoqrafiyaya baxışı == === Mənfi === 2012-ci ildə Qroningen Universitetinin araşdırmalarına görə pornoqrafiyaya baxış zamanı beyində vizual qıcıqlandırıcılara məsul olan bölgələr işdən çıxır.
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. == İnkişafı və hüquqi statusu == Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.
Bölgələrə görə pornoqrafiya qanunları
Pornoqrafiya qanunları bölgələrə görə Bütün dünyada fərqlidir.
MILF pornoqrafiyası
MILF pornoqrafiyası (ing. Mother I'd Like to Fuck; azərb. sikmək istədiyim ana‎) — pornoqrafiyanın bir formasıdır. Bu, ümumiyyətlə pornoqrafiya sənayesində 35–50 yaş arasında və böyük döşləri olan qadınlar üçün istifadə edilən termindir. Pornoqrafik film mükafatlarında MILF kateqoriyası mövcuddur. == Oxşar terminlər == Yummy mummy termini MILF ilə müştərək istifadə olunur. Oksford İngilis dili lüğəti bu termini "cəlbedici və gözəl gənc ana" kimi müəyyən etmişdir. Həmçinin, DILF ("Dad I'd Like to Fuck") və ya FILF ("Father I'd Like Fuck") termini, (azərbaycanca "sikişmək istədiyim ata" kimi tərcümə oluna bilər) əsasən yaşlı kişini (adətən ata), əsasən cinsi baxımdan cəlbedici olan bir insanı müəyyən edir.
Panda pornoqrafiyası
Panda pornoqrafiyası və ya panda pornosu – pandaların cütləşmə anlarını əks etdirən videomaterial. Panda pornoqrafiyası zooparklarda saxlanılan böyük pandaların cinsi istəklərini gücləndirmək üçün istifadə olunur. Zooparklarda saxlanılan heyvanlarda çoxalma istəyi azaldığı üçün nadir heyvan növləri nəsilkəsilmə təhlükəsi ilə qarşı-qarşıya qalır. == Tarix == Panda pornoqrafiyasından istifadə 2009-cu ildə Tailand zooloqları tərəfindən aparılmış eksprementdən sonra populyarlaşmışdır. Onlar Çanmai zooparkında saxlanılan bir neçə böyük pandaya başqa pandaların cütləşmə anını əks etdirən videolar göstərmişdilər. Təcrübəni aparan tədqiqatçılar heyvan pornoqrafiyasının çoxalmağa müsbət təsir göstərdiyini və belə bir uğurun heç Çində əldə olunmadığını bildirmişdirlər. Təcrübəin həyata keçirilməsindən 10 aylıq period ərzində 31 panda balası doğulmuşdur. Pandaların cinsi istəklərini artırmaq üçün viaqradan istifadə etmək kimi metodlar isə uğursuz olmuşdu.
Pornoqrafiyaya dini baxışlar
Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Pornoqrafiya, daha yaxşı özünü idarə etmək üçün Taqva tərəfindən vurğulanan İslam təlimlərinin əslinə birbaşa ziddir. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. == Dini baxışlar == Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." == Feminist baxışlar == Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. == Mühafizəkar baxışlar == == Zərərə əsaslanan fikirlər == 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.

Digər lüğətlərdə

а́ргус вневре́менный всеусе́рдный выторго́вывание локацио́нный ля́сничать отве́рженно разду́тый рыскли́вость скоросшива́тель стрела́ экстрасенсо́рный бо́тики возлюби́ть выта́лкивать пла́виться свеклосовхо́з трезви́ть у́жасть autocritical goldy Santy ton-mile дичок шезлонг