PORSUQ
PORTVEYN
OBASTAN VİKİ
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Paralel port
LPT – sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Port-Artur
Port–Artur — Sarı dənizdəki Çinin keçmiş liman şəhəri (buzsuz liman, dəniz bazası), Lyaodun yarımadasının cənub-şərq ucunda — Kvantun yarımadası (Kvantun Bölgəsi), 38 ° 48 'şimal enində və 121 ° 20 'şərq uzunluğunda yerləşən şəhər. Hal-hazırda, keçmiş şəhərin yerində, Çin Xalq Respublikası Dalyan şəhərinin Lyuşunkou rayonu yerləşir. == Ümumi məlumat == Tsin sülaləsindən (晋朝, 266-420) bəri mövcud olan Lyuşunkou yerindəki yaşayış məntəqəsi Maşisin (çin. ənən. 马石津) adlanırdı.Tan sülaləsi dövründə (唐朝, 618–907) Duliczen (çin. ənən. 都 里镇) adlandırıldı. Monqol İmperiyasının mövcud olduğu illər ərzində Yuan (元朝 1271–1368), Şizikou adlanan şəhər (çin. ənən. 狮子 口, məktublar.
Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi. == Tarixi == Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir. Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi. == Əhali == 2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir. == Iqtisadiyyat == Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi. Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.
Port-Etyenn
Nuadibu (ərəb. نواذيبو‎‎, belar. Nwadibu) və ya Port-Etyenn (fr. Port-Étienne) — Mavritaniyada şəhər. Atlantik okeanı sahilində port. == İqtisadiyyat == Nuadibu Mavritaniyanın mühüm balıq sənayesi mərkəzidir. Kimya sənayesi, İES, yaxınlıqğında beynəlxalq hava limanı var. Gəmilər təmir olunur. == Səhiyyə == Nuadibu Regional Xəstəxanası beş illik inşa müddətindən sonra 2017-ci ildə açılmışdır. Bölgədəki ən böyük xəstəxanadır.
Port-Jantil
Port-Jantil (fr. Port-Gentil) — Qabonun iri şəhərlərindən biridir. Atlantik okeanin sahilində, Librevildən 144 km cənub-şərqində yerləşir. Oqove-Maritim əyalətinin mərkəzidir. Əhalisi 142 min nəfərdir(2010 il). Şəhərdə iri neftayırma müəssisə var.
Port-Lui
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). == Tarixi == Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. == Əhalisi == Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. == İqtisadiyyat == Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Luiz

Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. == Əhalisi == Əhalisi 500 000 nəfərdir.
Port (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Port Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). == Tarixi == Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. == Əhalisi == Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. == İqtisadiyyat == Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port Morsbi
Port Morsbi (ing. Port Moresby, tok-pisin Pot Mosbi) — Papua-Yeni Qvineyanın paytaxtı. == Coğrafiyası == Port Morsbi Yeni Qvineya adasının cənub-şərq sahilində yerləşir. İqlimi subekvatorialdır. Yanvar-fevral aylarında isti hava olur. May-sentyabr aylarında soyuq hava şəraiti olur. == Əhalisi, dil və din == Port Mirsbi şəhərinin 200 min nəfər əhalisi vardır. Şəhərdə 7000 dil və dialektdə danışan papuas və melaneziyalılar yaşayır.
Port Sudan
Port Sudan (ərəb. بورتسودان‎ Būr Sūdān) — Sudanın şimal-şərqində yerləşən Qırmızı dənizdə liman şəhəri. Qırmızı dənizin ştatınnı inzibati mərkəzi. Sudanın Xartum aqlomerasiyasından sonra ikinci ən böyük şəhəri. Habelə bu dövlətin yeganə dəniz limanı. Ölkənin ixracatının böyük hissəsi (90%) Port Sudandan keçir: pambıq, mal-qara, yun və dəri, ərəb saqqızı buradan daşınır. Şəhərdə beynəlxalq hava limanı var. == Tarixi == Port Sudan 1905–1909-cu illər arasında İngiltərə-Misir və Sudanının rəhbərliyi tərəfindən tikilib. Şəhər 1905-ci ildə Britaniya hakimiyyəti tərəfindən cənubda yerləşən və limanı mərcanlarla örtülmüş qədim Suakin şəhərinin əvəzinə yeni dərin dəniz limanı kimi təsis edilib.1906-cı ildə Port Sudan-Atbara xətti boyunca dəmir yolu xətti inşa olunub. Limanla Xartum arasında neft kəməri 1977-ci ildə tikilib.Müasir Port Sudanın ətraf ərazilərində qeyri-qanuni olaraq qaçqın məskənləri salınıb.2020-ci ildə Rusiya prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin Port Sudanda 300 nəfərlik heyət və dörd döyüş gəmisi üçün bazanın tikintisinə başlayacağını açıqladı.
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
İnfraqırmızı port
İnfraqırmızı port (ing. IR port, rus. инфракрасный порт, türk. kızıl ötesi port) – infraqırmızı siqnalların qəbuledici və vericisinin olduğu ardıcıl port. İnfraqırmızı port vasitəsilə kompüterlərin və periferiya qurğularının başqa qurğularla 115000 bit/san sürətlə simsiz rabitəsi həyata keçirilir. Noutbuk kompüterləri, adətən, belə portla təchiz olunur. Bu portdan istifadə etməklə faylları bir kompüterdən başqasına ötürmək, yaxud printerdə çap etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Port Cekson
Port Cekson — Sidney Limanı, Orta Liman, Şimal Limanı və Leyn Kov çayı və Parramatta çaylarının sularından ibarət olan Avstraliyanın Yeni Cənubi Uels inzibati ərazisinə daxil olan Sidney ria və ya təbii limanı. Liman Tasman dənizinin (Cənubi Sakit Okeanın bir hissəsi) girişidir. Sidney Opera Teatrı və Sidney Liman Körpüsü burada yerləşir. Avstraliya materikindəki ilk Avropa məskunlaşma yeri və koloniyası olan Port Cekson, Sidneyin tarixində və inkişafında əsas rol oynamağa davam edir.
Port-Lui (rayon)
Port-Lui (fr. Port-Louis ) — Mavrikinin 9 rayonundan biri. Adanın şimal-qərbində yerləşən Port-Lui, ölkənin ən kiçik və ən yüksək əhali sıxlığına malik rayonudur. Rayon tamamilə ölkənin paytaxtı Port-Luidən ibarətdir. Port-Lui rayonu 42,7 km2 ərazinin əhatə edir və 31 dekabr 2015-ci il tarixində əhalisi 119 706 nəfər olaraq qiymətləndirilmişdir. == Görməli yerlər == Rayon 2006-cı ildən bəri UNESCO-nun Ümumdünya irsi olan Aapravasi-Qhata ev sahibliyi edir.
Port-o-Prens
Port-o-Prins (fr. Port-au-Prince) — Haiti Respublikasının paytaxtı və əsas xarici ticarət limanı. Karib dənizinin Qonaiv körfəzindəki Haiti adasının cənub sahilində yerləşir. == Diqqəti çəkən yerləri == Şəhərdə şəkər zavodları, spirtli içki, tütün, yüngül sənaye və sement istehsal müəssisələri vardır. Milli Universitet, Haiti xalqları Muzeyi, Milli Muzey, Təsviri mərkəz muzeyi vardır. == Əhalisi == Port-o-Prinsdə 1 milyon əhali yaşayır. Etnik cəhətcə tərkibi: 90% zəncilər, 9% — mulatlar. Az sayda ( 5 min nəfər) Avropa xalqlarının nümayəndələri də yaşayır. İki dövlət dili vardır: fransız dili və Haiti kreol dili (fransız dili əsasında ispan və ingilis dili qarışığı). Rəsmi din katolik dinidir.
Port-o-Prins

Port-of-Speyn
Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi. == Tarixi == Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır. == Coğrafiyası == Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.
Port Baku Residence
Port Baku Residence — Bakıda yüksəkmərtəbəli yaşayış binaları. == Layihə == "Port Baku Residence" yaşayış evləri Bakının Neftçilər prospektində sərnişin dəmir yolunun yaxınlığında yerləşən "Port Baku Towers" in ofis binalarının yanında tikilib. Kompleksdə ümumi podiumda yerləşən üç yüksək mərtəbəli binalar yerləşir. Layihə yaşayış mənzillərini, idman zalı və sağlamlıq kompleksini, universal yığıncaq otaqlarını, 2000 avtomobillə park yerləşdirməyi nəzərdə tutulub. Müəssisə şəhərin mədəni və istirahət məkanlarına yaxındır. == Maraqlı faktlar == Mənzillər binanın fasadını Xəzər dənizinin sahilinə enən addımların görünüşünü verən digər birinin üstündə yerləşən açıq terraslarla birləşir. "The Crescent Development Project" layihəsinin binaları yanaşı yerləşir.
Port Baku Towers
Port Baku Towers — Bakıda, Neftçilər prospektində, dəniz limanının yanında yerləşən yüksək mərtəbəli ofis binası. Yüksək səviyyəli kompleksdə iki qüllə mövcuddur. Port Baku Residence və The Crescent Development Project ilə şəhərin mərkəzindən Sumqayıt şəhərinə köçürülmüş limanın torpaqları üçün nəzərdə tutulmuş ilk transformativ memarlıq obyektidir. Binada "A" sinif otaqları, ticarət zonaları, beynəlxalq SPA və səhiyyə mərkəzi, restoran və kafe var. 1200 avtomobil üçün park yeridə var.. 1-ci qüllə 2011-ci ildə, 2-ci qüllə isə 2022-ci ildə hazır olub. == Memarlıq == Binanın memarlıq üslubu müasirdir. Ən yüksək qüllə aşağı və yuxarı əsaslarla üçbucaqlı bir prizma formasında qurulmuşdur. Belə bir geometriya sayəsində, cənub qülləsi baxış bucağından asılı olaraq görünüşü bir çox istiqamətdə təqdim edir: şəhərin şərq və qərb hissələrindən düz düzbucaqlı kimi görünür, lakin şimaldan silindrik bir bina kimi görünür. Prizmanın kənarında tikinti yığıncağının lateral üzləri Bakının cənubundan görünür.
Port of Spein
Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi. == Tarixi == Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır. == Coğrafiyası == Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.
Port of Speyn

2017 Portuqaliya meşə yanğınları
2017 Portuqaliya meşə yanğınları (port. Incêndio florestal de Pedrógão Grande de 2017) — Portuqaliya Respublikasının Pedroqao Qrande bölgəsində 2017-ci ilin iyun ayının 18-də baş vermiş meşə yanğınları. == Xilasetmə == Hadisə yerinə azı 160 yanğınsöndürən maşın və 1700-dən çox işçi göndərilib. 40 dərəcə isti və güclü külək səbəbindən yanğının qarşısını almaq çətin olub. Təhlükəli vəziyyətlə əlaqədar ətraf kəndlərdən əhali təxliyə edilib. == İtkilər == Hadisə nəticəsində azı 61 nəfər ölmüşdür. Ölənlərdən azı 16-sı avtomobillərdə vəfat etmişdir. == Matəm == Portuqaliya hökuməti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan etmişdir.
Acronychia porteri
Acronychia porteri (lat. Acronychia porteri) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü.
Adel Blox – Bauerin portreti
Adel Blox – Bauerin portreti I (ing. Portrait of Adele Bloch-Bauer I)) 1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib "Adel Blox – Bauerin portreti I" rəsmi həm də "Qızıl Adel", yaxud "Avstriyanın Mona Lizası" kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir. Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.
Aktrisa Janna Samarinin portreti
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Ancelo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Andrea Navagero və Agostino Beazzanonun portreti (Rafael)
Andrea Navagero və Agostino Beazzanonun portreti (it. Ritratto di Andrea Navagero e Agostino Beazzano) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Andrea Navagero və Agostino Beazzanonun əsəri hal-hazırda İtaliyanın Roma şəhərində saxlanılır.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir.Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır.Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər. Meyci hökuməti imtiyazın şoqunluğun dağılmasından sonra verildiyini bildirərək bu tələbi rədd etmişdir. ABŞ-nin etirazılarından sonra hökumət Britaniyanın maddi və texniki dəstəyi ilə Tokio-Yokohama dəmiryolunun tikilməsinə razılıq verilmişdir.
Antonio (Portuqaliya kralı)
Antonio (port. António de Portugal) (d. 1531 - ö. 26 avqust 1595) — Portuqaliya kralı. Atası I Manuelin oğlu Lüdovik, anası isə onun məşuqələrindən Yolanda Qomesdir. Ailəsinin rəsmi nigahı olmadığı üçün onun 33 gün davam edən səltənəti bir çox tarixçi tərəfindən qəbul edilməmişdir. İspaniya kralı II Filiplə apardığı taxt mübarizəsində məğlub olsa da, 1583-cü ilə qədər öz taxt iddiasını davam etdirdi. == Həyatı == == Mənbə == Ester Kosovski (1995). Etica Na Comunicacao. Mauad Editora Ltda.
Anyolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Aqnolo Doninin portreti

Araqonlu Elizabet (Portuqaliya kraliçası)
Araqonlu Elizabet (isp. Beatriz de Castilla) və ya Portuqaliyalı Müqəddəs Elizabet (port. Santa Isabel de Portugal) (4 yanvar 1271 – 4 iyul 1336, Eştremoş[d]) — Portuqaliya kralı I Denisin xanımı, Portuqaliyanın kraliça-konsortu, Araqon infantası. Atası Araqon kralı III Pyotr, anası isə onun xanımı Siciliyalı Konstansadır. == Övladları == İnfanta Konstansa IV Afonso == Mənbə == H. V. Livermore (2004). Portugal: A Traveller's History. Boydell Press. p. 15. ISBN 978-1-84383-063-4 Fr.
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Araqonlu Elyanora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Elyanoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Elyanora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi. Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi.
Araqonlu İzabella (Portuqaliya kraliçası)
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Arnolfini cütlüyünün portreti
Arnolfini cütlüyünün portreti (nid. Portret van Giovanni Arnolfini en zijn vrouw) — Bir Digər Adı İlə Arnolfini'nin Evlənməsi məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186). Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir. Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nikah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə "İtaliyada Donatello və Mazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. Sanki real dünyanın sadə bir küncündə adi həyat səhnəsi sehrli çubuğun gözlənilməz hərəkəti ilə olduğu kimi kətan üzərində həkk edilmişdir… Tarixdə ilk dəfə rəssam sözün həqiqi mənasında ideal göz şahidi olmuşdur." Van Eyk tərəfindən 1434-cü ildə imzalanmış əsər, həmin rəssam və onun qardaşı Hubert tərəfindən işlənmiş Gent altarı ilə yanaşı tempera ilə yox, yağlı boya ilə işlənmiş ən qədim məlum əsərlərdir. Əsər 1842-ci ildə London Milli Qalereyasına gətirilmişdir.
Artemisia porteri
Artemisia porteri (lat. Artemisia porteri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Avropa (ümumi şəbəkə portalı)
Avropa (ümumi şəbəkə portalı) — Avropa Birliyinin rəsmi ümumi şəbəkə səhifəsidir. Səhifə ziyarətçilərini ola biləcək ən sürətli şəkildə axtardıqları məlumat ya da ehtiyac etdikləri xidmət vahidinə istiqamətləndirmək və Avropa Birliyi vətəndaşlarının Avropa Birliyi təşkilatları təsirini artırmaq məqsədiylə yaradılmışdır.
Avstriyalı Mariya Anna (Portuqaliya kraliçası)
Avstriyalı Mariya Anna (port. Maria Ana de Áustria) (7 sentyabr 1683, Lins, Ens[d] – 14 avqust 1754, Lissabon) — Portuqaliya kralı V Conun xanımı, Portuqaliya kraliça-konsortu. Müqəddəs Roma imperatoru I Leopold və üçüncü xanımı Elyanora Maqdalenanın qızıdır. == Mənbə == Raggi, Giuseppina (2017). "The Queen of Portugal Maria Anna of Austria and the Royal Opera Theaters by Giovanni Carlo Sicinio Galli Bibiena". Music in Art: International Journal for Music Iconography. 42 (1–2): 121–140. ISSN 1522–7464 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
Azərbaycan-Portuqaliya futbol matçlarının siyahısı
Azərbaycan milli komandası indiyədək 4 dəfə Portuqaliya ilə görüşüb ki, bu matçların hamısı tarixi əhəmiyyət kəsb edib. 1999-cu il martın 26-da təsadüf edən ilk matç "Gimaraynş faciəsi" kimi yadda qalıb. Avro-2000-nin seçmə mərhələsində Gimaraynş şəhərində biabır olan (0:7) Azərbaycan futbolçuları yarım il keçməmiş toparlanaraq Bakıda Luiş Fiqu və komandasını qələbəyə həsrət qoymuşdular – 1:1. Həmin oyundan 1 gün əvvəl 1999-cu il sentyabrın 3-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda tarixi hadisə yaşandı. Matçın gedişində işıqların sönməsi futbolçuları soyunub-geyinmə otağına yolladı. Ertəsi gün isə Zaur Tağızadə rəqibi "işığını söndürdü". Hesabı açan, oyunun sonlarında meydandan qovulan 20 yaşlı istedad bu qolla "Qızıl oğlan" adını qazandı. Portuqaliyalılar isə Luiş Fiqunun qolu ilə 1 xala son dəqiqələrdə sevindilər. Avro-2000-də olduğu kimi, Avro-2008-ində seçmə mərhələsində iki yığma eyni qrupda yer aldı. 2006-cı il oktyabrın 7-dəki matçda millimiz yenə darmadağın oldu – 0:3.
Azərbaycan–Portuqaliya futbol matçları

Azərbaycan–Portuqaliya münasibətləri
Azərbaycan–Portuqaliya münasibətləri — Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr hələ XVI əsrdə başlamış, XVII əsrdən sonra uzun müddət demək olar ki, mövcud olmamış, Sovet dövründə Portuqaliya–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk on ilində zəif inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir. == Tarixi == === Səfəvi dövrü === Səfəvilərin Portuqaliya ilə əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi. Amma Səfəvilər dövlətinin mənafelərinin bilavasitə toqquşduğu Avropa ölkələrindən birincisi də məhz Portuqaliya olmuşdur. Belə ki, 1507-ci ilin oktyabrında Alfonso de Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması, Səfəvilərdən asılı olan və Səfəvi xəzinəsinə illik xərac verən Hörmüz əmirliyinə hücum etdi. Lakin Zülqədəroğlu Əlaüddövləyə qarşı yürüşdə olan Şah I İsmayıl öz dövləti üçün Hind okeanına çıxış olan bu mühüm strateji məntəqəni portuqallardan qorumaqdan ötrü Hörmüz əmirinə hərbi yardım göstərə bilmədi. Hörmüzlülərin ciddi müqavimətinə baxmayaraq, portuqallar bu şəhəri ələ keçirdilər. Bununla da Hörmüz hakimi Əmir Seyfəddin Portuqaliyanın asılılığını qəbul etdi. Beləliklə, osmanlıların Şərqi Anadoluda, portuqalların isə Bəsrə körfəzindəki işğalları nəticəsində Səfəvi dövlətinin dünya ticarətində mövqeləri nəzərəçarpacaq dərəcədə zəiflədi və onlar Avropa-Asiya ticarət yolları üzərindəki nəzarəti itirmiş oldular. 1515-ci ildə İran körfəzinin Hörmüzdən başqa digər adalarını tutan portuqaliyalılar Səfəvilərin ərazilərinin bilavasitə yaxınlığında görünərək, onlara özlərinin Hindistanla dəniz ticarətinin şərtlərini qəbul etdirməyə cəhd göstərdilər.
Baccharis campos-portoana
Baccharis campos-portoana (lat. Baccharis campos-portoana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bakı. Portretə yeni ştrixlər (film, 1979)
Bakı. Portretə yeni ştrixlər qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə günü-gündən gözəlləşən müasir Bakıdan, şəhərdə aparılan böyük tikinti işlərindən, respublika paytaxtının qayğılarından söhbət gedir. == Məzmun == Kinolentdə günü-gündən gözəlləşən müasir Bakıdan, şəhərdə aparılan böyük tikinti işlərindən, respublika paytaxtının qayğılarından söhbət gedir.
Bakı Ticarət Portu
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı' (abr. BDTL) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. == Tarixi == Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib. On beşinci əsrin ortalarında Volqa-Don və Xəzər dənizi ticarət marşrutu üzrə Şərqi Avropanı Hindistan ilə birləşdirən yeni ticarət marşrutu kəşf edildi. Bu kəşf bugünkü Bakı Limanının Xəzər dənizi ticarətində, eləcə də, beynəlxalq dəniz ticarətində əsas mərkəz kimi əhəmiyyətini artırmışdır. Əvvəlki əsrlərdə dəniz ticarəti Bakı şəhərinin ən əsas fəaliyyəti olmasına baxmayaraq, Bakı Limanına edilən rəsmi tarixi istinadlara 1564-cü ildən rast gəlinir. 1564-cü ildə Səfəvi hökmdarı I Şah Təhmasibin əmri ilə Şeyx Zahid Bakı Limanının "birinci naziri" təyin edildi.

Digər lüğətlərdə

вруче́ние отвола́кивание филигра́новый гло́хнуть криво... поджима́ние утилитари́стский anthropophagous bilabial cyclo-cross double-circuit flax-lily fluctuate haggler nap nutritious undecided бездумный кинокартина коллегия по-старому припарка силосоуборочный фармация шаг