porte

f qapı; ~ cochère darvaza

port
porte-monnaie
OBASTAN VİKİ
Acronychia porteri
Acronychia porteri (lat. Acronychia porteri) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü.
Artemisia porteri
Artemisia porteri (lat. Artemisia porteri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Eleanor Porter
Fragaria portentosa
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Gənc qadının porterti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Maddalena Doninin porterti
Maddalena Doninin porterti (it. Ritratto di Maddalena Strozzi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Maddalena Doninin porterti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
Porterin beş güc analiz modeli
Porterin beş güc analiz modeli (ing. Porter five forces analysis) — 1979-cu ildə Harvard Biznes Məktəbində Maykl Porter tərəfindən hazırlanmış sənaye rəqabətinin təhlili və biznes strategiyasının inkişafı üçün metodologiya. Porterin beş səlahiyyətinədaxildir: əvəzedici məhsulların yaranması təhlükəsinin təhlili; yeni oyunçuların meydana çıxması təhlükəsinin təhlili; təchizatçıların bazar gücünün təhlili; istehlakçıların bazar gücünün təhlili; rəqabət səviyyəsinin təhlili. == Konsepsiyası == Metodologiya rəqabətin səviyyəsini və deməli, konkret sənayedə biznesin aparılmasının cəlbediciliyini müəyyən edən beş qüvvəni fərqləndirir. Bir sənayenin cəlbediciliyi, bu kontekstdə, sənayenin kifayət qədər gəlirliliyi ilə bağlıdır. “Cəlbedici olmayan” sənaye elə sənayedir ki, burada qüvvələrin birləşməsi gəlirliliyi azaldır. Ən "cəlbedici" mükəmməl rəqabətə yaxınlaşan sənayedir. Porter “makromühit” termininə daxil olan çoxlu sayda amillərdən fərqli olaraq, bu qüvvələri “mikromühit” adlandırır. Makro mühit, şirkətin öz müştərilərinə xidmət göstərmək və mənfəət əldə etmək qabiliyyətinə təsir edən qüvvələrdən ibarətdir. “Mikromühit” qüvvələrinin hər hansı birində dəyişiklik adətən şirkətdən sənaye və bazardakı yerini yenidən nəzərdən keçirməyi tələb edir.
Serro Porteno FK
Serro Porteno (isp. Club Cerro Porteño) - Asunsyon şəhərindən bir Paraqvay futbol klubu. Ölkədə ən güclü klublardan biridir. 32 dəfə ölkə çempionu olmuşdur. == Tarixi == Serro Porteno 1 oktyabr 1912-ci ildə Susana Nunez və futbol oynamaq istəyən bir qrup gənc tərəfindən quruldu. XX əsrin əvvəllərində ölkə iki - Kolorado və Liberal Partiyaya bölündü. Bu partiyaların rəmzləri müvafiq olaraq qırmızı və göy rəng idi. Bu rənglər ən azından futbolda cəmiyyəti barışdırmaq məqsədi ilə Serro Portenonun qurucuları tərəfindən seçilmişdir. Sonradan, ağ rəng Paraqvay bayrağının bütün rənglərinə tamamilə uyğun gəlmək üçün əlavə olundu.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Emilio Portes Xil
Emilio Kandido Portes Xil (isp. Emilio Cándido Portes Gil, İspanca tələffüz: [eˈmiljo ˈpoɾtes xil]; 3 oktyabr 1890, Syudad-Viktoriya[d] – 10 dekabr 1978, Mexiko) — Meksika dövlət xadimi, İnstitusional İnqilab Partiyasının sədri və 1928–1930-ci illərdə Meksika Prezidenti. == Həyatı == Portes Xil 1914-cü ilin sonundan Venustiano Karransanın rəhbərliyi altında inqilabi hərəkatda iştirak etmişdir. 1920-ci il prezident seçkilərində Karransaya qarşı Alvaro Obreqonu dəstəkləmişdir. Obreqon prezident seçildikdən sonra Portes Xil Tamaulipas ştatının müvəqqəti qubernatoru olmuşdur. O, həmçinin Plutarko Elias Kalyesin prezidentliyi dövründə, 1925–1928-ci illərdə Tamaulipas qubernatoru vəzifəsində çalışmışdır. Meksikanın müvəqqəti prezidenti kimi o, dövrün dominant siyasi qüvvəsi olan eks-prezident Kalyesin təsiri səbəbindən prezident səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməmişdir.Portes Xil 1930–1931-ci illərdə Meksikanın yeganə siyasi partiyası olan İnstitusional İnqilab Partiyasının sədri olmuşdur. Daha sonra o, Meksikanın Fransadakı səfiri və 1931–1932-ci illərdə Millətlər Liqasının nümayəndəsi, baş prokuror və xarici işlər naziri olmuşdur. 1936-cı ildə siyasətdən təqaüdə çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Alvardo Mendoza, Arturo.
Elinor Hocmen Porter
Elinor Emili Hocmen Porter (ing. Eleanor Emily Hodgman Porter) — Amerika yazıçısı. == Həyatı == 19 dekabr 1868-ci ildə ABŞ-nin Nyu-Hempşir ştatında doğulub. Yeni İngilitərə Konservatoriyasında bir neçə il mahnı dərsləri alıb. 1892-ci ildə Con Liman Porter ilə evlənib və Massaçusetsə yerləşiblər. Yazar karyerasına qısa heykayələr yamzaqla başlayıb. 21 May 1920-ci ildə Massaçusetsə vəfat edib və Mount Auburn qəbiristanlğında dəfn edilib. Düynaca ən məşhur əsəri Polyanna romanıdır.
зверовщи́к обде́л препара́торский разма́лываться со́вестить усчита́ть шансоне́точный ватерполи́ст выса́живать кури́ные непра́здничный пало́мничать перемо́л расчёркиваться вор ушидь ajar calking chirt heirdom old-time railbird whereat оказываться тряпочка