PORTVEYN

1100-cü ildə  Douro çayının mənsəbində Portuqaliya adlı dövlət yarandı. Ölkənin adının kökü çay mənsəbində romalılar tərəfindən salınmış yaşayış məskəni “Portus Cale”nin (Kale limanı) adına gedib çıxır. Hazırda həmin ərazidə yerləşən şəhəri portuqaliyalılar Oporto, sonralar isə Porto, yəni liman adlandırırdılar.

Portuqaliya cənuba doğru genişlənərək 1250-ci il üçün indiki ərazilərinədək böyüdü. 1294-cü ildə İngiltərə Portuqaliya ilə ticarət sazişi imzaladı. İndinin özündə də Böyük Britaniya Portuqaliyanı özünün ən “qocaman” tərəf-müqabili hesab edir. Onlar bir-biri ilə heç vaxt müharibə etməyib və tarixdə ölkələr arasında dostluq münasibətlərinə başqa belə bir örnək göstərmək olmaz.

1702-ci ildə İngiltərə ilə Fransa arasında İspaniyadan qalma miras uğrunda uzunsürən hərbi münaqişə başlayanda ingilislər Con Metyueni Portuqaliyaya göndərdilər. Məqsəd Portuqaliyanı müttəfiq kimi qoruyub saxlamaq idi. İstəyinə çatmaq üçün Metyuen imzalanmağa bir saziş təklif etdi. Bu müqaviləyə əsasən, İngiltərə Douro çayının vadisində istehsal olunan tünd-qırmızı şərab müqabilində Portuqaliyaya parça tədarük etməyə boyun olurdu. Həmin şərab, çox güman, Portodan göndərildiyinə görə portveyn adını qazandı və ingilis centlmenlərinin sevimli içkisinə çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)

PORT
POTA
OBASTAN VİKİ
Portveyn
Portveyn (alm. Portwein‎) — Portuqaliyanın Duero çayı vadisində becərilən Oporto üzümlüklərindən alınan və öz adını da buradan götürən zənginləşdirilmiş şərab növü. == Tarixi == 1700-1713-cü illərdə Fransa ilə İngiltərə arasında davam edən uzunmüddətli müharibə ingilislərin Bordodan şərab idxalının kəsilməsinə səbəb oldu. Buna görə də şərab Portuqaliyadan idxal olunmağa başladı. 1703-cü ildə ingilislərlə portuqaliyalılar arasında Metuan ticarət müqaviləsi bağlanıldı ki, bu da portuqal şərablarının İngiltərəyə eksportu zamanı tariflərin azaldılması haqqında idi. O zamanlar Portuqaliya şərablarının tündlüyü 12-13%h. olub. Yəni çox turş və ekstraktivli idi. Dənizlə daşınma prosesinin çətinliyi şərablara təsadüf nəticəsində brendi (damdırılmış şərabdan istehsal edilən yüksək dərəcəli əlavə edilməsinə gətirib çıxartdı ki, bu da portveyn tipli şərabın yaranmasına səbəb oldu. 1756-cı ilə qədər portuqaliyalılar yalnız turş şərabların üzərinə brendi əlavə edirdilər.

Digər lüğətlərdə

завербова́ться лепидоде́ндрон нацме́н одиннадцатичасово́й подпра́виться растере́бливаться энергети́зм вда́вливание доброка́чественно оборо́нный кранец сакуны туха applaud kart metro sillabub weather service грациозно кочевье красиво ломаться мумия побрести шерстяной