pos-terminal

Ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd pulun alınması üçün nəzərdə tutulmuş avadanlıqdır

pornoqrafik materiallar
pos-terminalın istifadəçisi
OBASTAN VİKİ
POS terminal
POS terminal (ing. Point Of Sale) – ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödə­nilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılma­sı, habelə nağd pul vəsaiti­nin alınması üçün nəzərdə tutulmuş avadanlıq. Kreditkart.info Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine https://www.taxes.gov.az/az/post/940 https://tedris.taxes.gov.az/assets/upload/files/5.POS-Terminal.pdf Vikianbarda POS terminal ilə əlaqəli mediafayllar var.
Terminal
Terminal (ing. terminal) — hansısa sistemi xarici aləmlə birləşdirən xəttin son hissəsi. Nəqliyyat şəbəkəsində - sərnişinlərin düşüb-minməsi və yükün doldurulub-boşaldılması məntəqəsi. Kompyüter terminalı — giriş-çıxış qurğusu, monitor və klaviatura. Mobil telefon şəbəkəsi — mobil telefon abonenti. Neft məhsullarının saxlanması üçün istifadə edilən neft terminalı. Terminal (film, 2004) — Stiven Spilberqin filmi. Terminal — Kompüterdə istifadə olunan əmr sətiri. Qrafik Terminal - (ing. graphics terminal, ru.
Podcast terminal
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.
Podkast terminal
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.
İntellektual terminal
İntellektual terminal (ing. intelligent terminal; rus. интеллектуальный терминал; türk. programlanır uçbirimi) – öz yaddaşı, prosessoru, proqramlaşdırılan avadanlıqları olan və əsas prosessordan asılı olmadan müəyyən funksiyaları yerinə yetirə bilən terminal. Fərdi kompüter terminal emulyasiyası vasitələrindən və ya kommunikasiya proqram təminatından istifadə etdikdə onu intellektual terminal hesab etmək olar. Ancaq, adətən, intellektual terminallar daxil edilən verilənləri yalnız ekrana və ya printerə yönəldə bilir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Windows Terminal
Windows Terminal — "Microsoft" tərəfindən "Windows 10" və daha sonrakı versiyalar üçün hazırlanmış, "Windows" Konsolunu əvəz edən çox vərəqəli terminal emulyatoru. "Windows Terminal" hər hansı bir komanda sətri proqramını ayrı bir vərəqədə (tabda) çalışdıra bilər. "cmd.exe", "PowerShell", WSL, SSH və "Azure Cloud Shell Connector"u çalışdırmaq üçün əvvəlcədən konfiqurasiya edilmişdir. "Windows Terminal" öz renderinq backendi ilə gəlir. "Windows 11"də 1.11 versiyasından başlayaraq, komanda sətri proqramları köhnə Windows Konsolu əvəzinə bu daha yeni backenddən istifadə edilərək çalışdırıla bilər. "Windows 11 22H2" və "Windows Terminal 1.15" versiyasından etibarən "Windows Terminal" defolt proqram olaraq "Windows" Konsolu əvəz edir. "Windows Terminal" 2019-cu ilin may ayında "Microsoft"un "Build 2019" proqramçı konfransında "Windows" Konsolu üçün müasir alternativ olaraq elan edildi və "Windows Terminal"ın mənbə kodu ilk dəfə 3 may 2019-cu ildə "GitHub"da paylaşıldı. İlk test versiyası 10 iyul 2019-cu ildə çıxan 0.2 idi. Layihənin ilk stabil versiyası (versiya 1.0) 19 may 2020-ci ildə buraxıldı və "Microsoft Windows" bu zaman "Terminal Preview" kimi stabil versiya ilə birlikdə quraşdırıla bilən test versiyalarını buraxmağa başladı. Terminal komanda sətrinin frontendidir.
Məlumat terminal avadanlığı
Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır. DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir. Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.
Terminal (film, 2004)
"Terminal" (ing. The Terminal) — 2004-cü il ABŞ komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan filmdə baş rollarda Tom Henks və Ketrin Zeta-Consdur. Filmin ilk baxışı 18 iyun 2004-cü ildə baş tutmuşdur. Film Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında terminalda saxlanılan, ABŞ-yə girişinə qadağa qoyulan və eyni zamanda çevrilişə görə öz doğma ölkəsinə qayıda bilməyən birisi haqqındadır. Belə ki, pasportu artıq etibarsız olduğu üçün Amerikaya girmə haqqını itirmiş vəziyyətdə olan Viktor nə ölkəsinə geri dönə bilir, nə də Amerikaya girə bilir. Ölkəsindəki döyüş bitənə qədər hava limanı terminalının tranzit sərnişinlər salonunda gözləmək məcburiyyətində qaldığına görə başına gəlməyən qalmır. Film qismən də 1988-ci ildən 2006-cı ilədək Fransanın Paris şəhərindəki Şarl de Qoll Hava Limanının 1 saylı terminalında 18 il qalmış Mehran Kərimi Nasserinin həyatından ilhamlanaraq çəkilmişdir. Krakoziya (Кракозия və ya Кракожия) adlı qondarma dövlətdən ABŞ-yə səyahət edən Viktor Navorski (Tom Henks) yalnız Nyu-Yorkun Con Kennedi adına hava limanına çatarkən anlayır ki, doğma vətənində qəfil vətəndaş müharibəsi başladığına görə artıq onun pasportu etibarlı deyil. Nəticədə, ABŞ Krakoziyanı suveren dövlət kimi tanımır və indi vətəndaşlığı olmayan şəxs olduğuna görə nə ölkəyə daxil olmağa, nə də evinə qayıtmağa icazə verilir.

Значение слова в других словарях