POTA
POZAN
OBASTAN VİKİ
Potensial enerji
Potensial enerji termini ilk dəfə Şotland mühəndisi və fiziki Villiam Renkin tərəfindən XIX əsrdə elmə daxil edilmişdir. Potensial enerji U-maddi cismin konservativ qüvvələr sahəsində yerləşməsi hesabına iş görmə qabiliyyətini xarakterizə edən skalyar fiziki kəmiyyətdir. BS-də enerjinin ölçü vahidi Coul qəbul edilmişdir. == Yerin cazibə sahəsində potensial enerji == Yerin cazibə sahəsində Ep aşağıdakı düsturla hesablanır: E p = m g → h {\displaystyle \mathrm {Ep=m{\vec {g}}h} } m- cismin kütləsi, g- sərbəst düşmə təcili, h- şərti qəbul edilmiş sıfır səviyyəsindən cismin ağırlıq mərkəzinə qədər olan hündürlükdür.
Termodinamik potensial
Termodinamik potensial - termodinamik sistemlərdə prosesləri izah etmək üçün istifadə olunan skalyar kəmiyyətlərdir. 1866-cı ildə fransız alimi Pyer Dühem tərəfindən elmə gətirilmişdir. ABŞ alimi Cozayya Uillard Gibbs elmi işlərində bir sıra termodinamik potensiallar göstərmişdir. Daxili enerji, entalpiya, Helmholts enerjisi, Hibbs enerjisi, Böyük terodinamik potensial, əlaqəli enerji kimi kəmiyyətlər termodinamik potensiallardır.
İnsan potensialının İnkişafı İndeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir. == İndeksin hesablanması metodu == İstənilən x {\displaystyle x} göstəricisini qiyməti 0 və 1 arasında dəyişən indeksə çevirmək üçün aşağıdakı formuldan istifadə edilir: x {\displaystyle x} -indeks = x − min ( x ) max ( x ) − min ( x ) {\displaystyle {\frac {x-\min \left(x\right)}{\max \left(x\right)-\min \left(x\right)}}} burada: min ( x ) {\displaystyle \min \left(x\right)} və max ( x ) {\displaystyle \max \left(x\right)} təhlil edilən bütün ölkələr üzrə x {\displaystyle x} göstəricisinin minimal və maksimal qiymətləridir.
İnsan potensialının İnkişafı İndeksinə görə ölkələrin siyahısı
İnsan inkişafi indeksi 2012-ci il üçün aşağıdakı kimidir.

Digər lüğətlərdə

контригра́ ку́ча полюбо́вность расхлёбывать ба́нник брами́нский припая́ть раки́та си́рые ширококоле́йка досада луфарь протестация audacious grapple fork hydrolyzate lost cause mannequin miasmous tympan атласистый интервент неяркий спесивец сырник