pozğun
pozma
OBASTAN VİKİ
Pozitiv
Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir. İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.
Pozitiv azadlıq
Pozitiv azadlıq (müsbət azadlıq) siyasi fəlsəfədə — öz potensialını reallaşdırmaq üçün qaynaqların qabiliyyəti və mövcudluğu ilə xarakterizə olunur (bu, daxili maneələrdən azadlığı da ifadə edə bilər); digər insanların müdaxiləsi. Pozitiv azadlıq konsepsiyasının ayrılmaz hissəsi azadlığın vətəndaşların hökumətdə və ya könüllü iş birliyində (anarxistlər vəziyyətində) iştirak etmək qabiliyyəti ilə təyin olunduğu fikiridir. İsayya Berlin "İki Azadlıq Konsepsiyası" adlı məqaləsində (1958), azadlığın müsbət mənasını yazır … sualının cavabında nəzərdə tutulur: "İdarəetmə və ya müdaxilənin mənbəyi nədir və ya kimdir və insanı bu hərəkəti başqa bir yox, başqa bir şəkildə etməsinə vadar edir və ya fərqli və fərqli olmur?" Müsbət azadlıq konsepsiyası, onu sosial liberalizmin və liberalizmin fərqləndirən mərkəzi liberalizmin (ABŞ-də qısaldılmış adından da istifadə edirlər - liberalizm). Həm də müsbət azadlıq konsepsiyası sosial demokratiyanın siyasi fəlsəfəsini təsir etdi. == Haqqında == İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimə qul deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan "Mən öz ağam" ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi.Çarlz Teylor mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə sahib olduğu təqdirdə (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman "fürsət konsepsiyası" ("opportunity-concept") fikrini izah edir. Teylor, pozitiv azadlığın "həyata keçirmə konsepsiyasına" söykəndiyini söyləyir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə görə ağlabatan davranmağı bacarmalı olması mənasını verə bilər. Fərz edək ki, varlı və qüdrətli bir insan da narkotik aludəçisidir. Teylora görə çox mənfi azadlığa, lakin çox az müsbət azadlığa sahib ola bilər.
Pozitiv öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. == Növləri == === Maddi-hüquqi öhdəliklər === Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. === Prosessual öhdəliklər === Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Pozitivizm
Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir. İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.

Digər lüğətlərdə

вбу́хнуться внутриа́томный восхо́д госуда́рственность нае́здиться посиве́ть проме́шкать пря́лица уро́дливость амо́рфность вкусноти́ща груздёвый домосе́дка навя́знуть обетова́нный край поприду́мать распуска́ться chorus girl Christmas box interlanguage intermolecular sound absorption websaw бесследный обволочь