POZİTİVİ́ZM

[ lat. positivus – müsbət] Obyektiv varlığın və şeylərin mahiyyətinin dərk oluna bilməsini inkar edən, təcrübəni təhrif edərək onu subyektiv hiss və təsəvvürlərin toplusu kimi izah edən, elmin rolunu, faktları təsvir etmək və sistemləşdirməklə məhdudlaşdıran, onların izahının mümkünlüyünü qəbul etməyən idealist fəlsəfi cərəyan.
POZİTİVİ́ST
POZMA
OBASTAN VİKİ
Pozitivizm
Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir. İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.

Значение слова в других словарях

вельмо́жность голуби́нка добрячо́к дока́шивать отвраща́ть провинти́ть трудя́щийся выпа́ривание густогри́вый разброни́ровать сто́лбиком хырзы шемахинская blowsy chiro- gold leaf paediatrist press correspondent unlearnt долг ненавистница перепутье покуривать разноязыкий регенерация