praktikasız
praktikilik 2021
OBASTAN VİKİ
Praktiki magiya (film, 1998)
"Praktiki magiya" (ing. Practical Magic) — amerikan mistik və romantik komediya janrında, Elis Hoffmanın eyniadlı romanı əsasında çəkilmiş film. 1998-ci ildə ekranizasiya olmuşdur. Film sloqanları: "There’s a little witch in every woman." ("Hər bir qadında cadugərdən nəsə var.") və "For two sisters from a family of witches, falling in love is the trickiest spell of all." ("Cadugərlər ailəsindən olan 2 bacının, sevgi ən çətin sehri olub.") == Süjet == Salli və Cillian — Ouens cadugər nəslinə aiddirlər. Bu ailənin qadınları qurbağa ayaqlarından və yarasa qanadlarından nəinki möcüzə yarada blir, həmçinin ailəyə qoyulmuş lənəti mənimsəyirlər — Ouens ailəsinin qadınlarının sevqi romanları, onların seçdiyi kişilər üçün həmişə tragiq sonla bitir. Ouens ailəsinə həmçinin 2 ekssentrik xala da aiddir: Frensis və Bricet, bir də Sallinin böyüyən 2 qızı; onlar Sallinin qısamüddətli ailə həyatı zamanı doğulmuşlar və bu nəsillə ailə həyatı quran bütün kişilər kimi, o da vaxtından əvvəl həyatdan köçür. Hələ uşaqlıqda, Salli istədiklərini fəlakətə sürməmək üçün heç bir zaman heç kəsə aşiq olmayacağına and içdi. Bunun üçün o arzu tutdu: onun sevgilisi ağ atda tərs oturaraq gələcək, kaktus formasında blinçiklər hazırlayacaq, gözləri isə 2 rəngdə olacaq (yaşıl və mavi). Sonradan o belə insanı tapacaq və onun üstündən lənət götürüləcək. Bu zaman isə onun bacısı Cillian sadəlövh, qeyri-ciddi xarakterli böyüdü.

Digər lüğətlərdə

вы́черпнуться дугообра́зно ску́шать тузлукова́ние чи́стить вздыма́ть любопы́тничать прозыва́ть сельдере́евые бурчать accounting machine amoroso animateur antagonistic bow thruster deftly imperturbed irate modernism perambulate rutty simp агрессия извергаться излучить