PRAYER-BOOK
PRE-CITED
OBASTAN VİKİ
Azerbaijan Tower
Azərbaycan Qülləsi (ing. Azerbaijan Tower) — "Khazar Islands" layihəsi çərçivəsində tikintisi planlaşdırılan göydələn. Bina Bakıdan 25 km cənubda yerləşəcək. == Layihə haqqında == Layihənin təşəbbüskarı "Avesta" şirkətidir.
Baku Tower
Baku Tower – Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli ofis binasıdır. Bina inşa edildikdən sonra Bakının və Qafqazın ən hündür göydələni olacaq. == Tarixi == "Azinko Holding" MMC və "Azvil Tikinti" MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır. Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi. Layihənin "Arxin-M Ltd" tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir.Binanın inşa prosesində onun mərtəbələrinin sayı və hündürlüyü ilə bağlı dəyişikliklər edilmişdir. Belə ki, 2015-ci ildə yayımlanmış məlumatlarda binanın 50 mərtəbəli olacağı qeyd edilirdi. Həmçinin 2015-ci ildən "Hill International" şirkəti də "Azvil Tikinti" MMC-nin məsləhətçisi kimi tikintiyə qoşulmuşdur. Bu şirkətlə bağlanmış müqavilənin təxmini məbləğinin 3,7 milyon dollar olması məlumat verilir. "Hill International" isə tikintinin bütün mərhələlərində iş qrafikinə, inşaatın keyfiyyətinə və texniki məsələlərə nəzarət etməyi öhdəsinə götürmüşdür.2017-ci ildə "Nargis" jurnalı tərəfindən yayımlanmış məlumatda binanın 52 mərtəbəli və 277 metr hündürlüyə malik olacağı bildirilmişdir.Bina inşaat işlərinin tamamlanmasından sonra Flame Towers (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olacaq. == Memarlıq xüsusiyyətləri == Binanın yer sahəsi bir hektar yarıma yaxın, ümumi sahəsi isə 84486 m2-dir.
Fulbright Tower
Fulbright Tower — Hyustonda yerləşən 52 mərtəbəli binadır.
KBR Tower
KBR Tower (əvvəl M. W. Kellogg Tower) - hündürlüyü 167.6 metr olan göydələnir. Texasın Hyuston şəhərində yerləşir, Cullen Center kompleksinin bir hissəsidir. 40 mərtəbəli tikintidə 97,339.0 m² ofis sahəsi var. Tikinti 1973-cü ildə başa çatmışdı.
MetLife Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
SOCAR Tower
SOCAR Tower — Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli bina. == Tarixi == 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2007-ci ilin sentyabrında ARDNŞ ilə layihələndirmə müsabiqəsinin qalibi olan "Heerim Architects & Planners Co. Ltd" şirkəti arasında müvafiq müqavilə imzalanıb. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin "TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanıb. == İnşası == Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcək.
SOFAZ Tower
SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir.20 dekabr 2011-ci ildə N.V. Besix S.A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N.V. Besix S.A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir.Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M.D.M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır.Tikinti prosesinin icrası Amerikanın "AECOM"şirkətiin nəzarəti altında Belçikanın "N.V. Besix S.A."şirkəti tərəfindən həyata keçirilmişdir. == Yerləşdiyi ərazi == Bina dənizin sahil xəttindən 4 kilometr şimalda, Bakı şəhərinin ən gediş-gəlişli Heydər Əliyev prospektinin mərkəzində və "Ulduz" metro stansiyasından şimal-şərqə yerləşir. Qonşuluq üzrə, daha doğrusu prospektin qərb kənarı boyunca başqa böyük bir obyekt — Azərbaycan Mərkəzi bankının 32-mərtəbəli göydələni yüksəldilir.
Sky Tower
Sky Tower (ing. Sky Tower) — Polşanın Vrotslav şəhərində yerləşən çoxfunksiyalı göydələn. 2015-ci ilin siyahıya alınmasınada tikili hündürlüyünə görə Vrotslav şəhərində birinci, Polşada üçüncü, Avropada isə 31-ci sıradadır. İlkin layihədə altı və ya hətta yeddi bina və maksimum hündürlüyü 258 metr (şpil ilə, 221 metr dama kimi) və 56 mərtəbədən ibarət bir kompleks iştirak etdi. Kompleksin tikintisinə 4 aprel 2008-ci il tarixində başlanıldı. == Xüsusiyyətləri == Bina üç hissədən ibarətdir. Birinci binanın yerüstü üç və yeraltı bir, ikinci binanın isə 19 mərtəbəsi vardır. İkinci binada 11-ci mərtəbədən 18-ci mərtəbəyə qədər 52 yaşayış mənzili mövcuddur, qalan hissəsi ofislərdən ibarətdir. Üçüncü bina, 51 mərtəbədən ibarət kompleksdir, ofislər 1-dən 27-ci mərtəbəyə qədər, 28-dən 48-ə qədər 184 yaşayış mənzilləri mövcuddur. Tikintidə fasadın dekorasiyası üçün 30.000 ton möhkəmləndirici polad və 60.000 m² şüşə istifadə edilmişdir.
West Tower
West Tower (azərb. Qərb qalası‎) — Liverpulun mərkəzində yerləşən 40 mərtəbəli göydələn. == Xüsusiyyətləri == Göydələn Liverpulda yerləşən ən hündür tikilidir. Tikili vahid memarlıq üslubunda (modernizm) inşa edilmişdir. 5-ci mərtəbədən 33-cü mərtəbəyə qədər dəbdəbəli mənzillər, 34-cü mərtəbədə isə panoramalı restoran var. Qalan mərtəbələri (6 mərtəbə) üst qatında yerləşən ayrı bir sahə. Binanın inşası şirkətə 35.000.000 funt sterlinqə başa gəldi.
Williams Tower
Williams Tower (azərb. Uilyam Tauer‎) - Hyustonda yerləşən 275 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1983-cü ildə tikilmişdir. Dünyada hündürlüyünə görə 107-ci yeri tutur.
Azersu Office Tower
Azersu Office Tower — Bakı şəhərində yüksək səviyyəli bina. Bina Azərbaycanın su ehtiyatlarının milli operatorunun qərargahını yerləşdirmək üçün nəzərdə tutulmuşdur. == Tarixi == "Azərsu" ASC-nin hazırda fəaliyyət göstərdiyi ofis binası 20 Yanvar metrostansiyası yaxınlığında, Moskva prospektində yerləşir. Bu sahə isə tıxaclar ilə ağırlaşır. Bundan əlavə, şirkət əlavə ofisə ehtiyac duyur. Bu şərtlərə görə, Bakı şəhərinin futuristik yüksəkbucaqlı binalarının reallaşdırılması və paytaxtın biznes mərkəzi olmağının əsas yeri olan Heydər Əliyev prospektinin boş ərazilərində daha geniş yeni bina tikilməsi qərara alınıb. Bu prospekt əsasən mürəkkəb bir çoxmərtəbəli arxitektura ilə qurulduğu üçün, binanın qalan hissəsi ilə uğurla birləşə biləcək binanın dizaynını seçmək vacibdir. "Azərsu" ASC yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında tender keçirilmişdir. 9 avqust 2012-ci il tarixində Koreyanın Heerim Architects şirkəti tenderdə qalib gəldi ki, bu da yaxınlıqdakı bir göydələn ilə təmasda olan bir damla su şəklində bir bina layihəsi təklif etdi. 2013-cü il 15 martda bir başqa Koreya şirkəti, Halla E & C, proqramçı olaraq seçilmişdir.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
F&F Tower
F&F Tower və ya keçmiş adı ilə İnqilab qülləsi — Panamanın paytaxtı Panama şəhərində yerləşən ofis qülləsi. Tikintisi 2011-ci ildə başa çatdırılmışdır. Göydələn 2011-ci ilin top-10 göydələnindən biri seçilmiş, dizaynına və funksionallığına görə Emporis Göydələn Mükafatında 7-ci yerdə göstərilmişdir. Panama şəhərinin simvolik tikililərindən biridir. == Haqqında == Ümumi hündürlüyü 242,9 metrdir. Hündürlüyünə görə Panamada 9-cu, Latın Amerikasında 14-cü yerdədir. Tikintisi zamanı şüşə və gücləndirilmiş betondan istifadə edilmişdir.
First City Tower
First City Tower - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Hündürlüyü 202 metrdir. Binada 49 mərtəbə var, tikintisi 1981-ci ildə bitmişdir. İndi bu bina hündürlüyünə görə şəhərdə 14-cü yeri tutur. Göydələn ofis sahələri ilə 120,000 m² yer tutur.
JPMorgan Chase Tower
JPMorgan Chase Tower (azərb. JPMorgan Chase Qülləsi‎) — Hyustonda yerləşən 305 m hündürlüyü olan 75 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1981-ci ildə tikilmişdir. Hündürlüyünə görə dünyada 48-ci yeri tutur.
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
Metropolitan Life Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Trump Tower Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Wedge International Tower
Wedge International Tower — Texasın Hyuston şəhərində yerləşən göydələn. Binanın hündürlüyü 168 metrdir. Göydələn 1983-ci ildə tikintisi bitib, 43 mərtəbəsi var.
Like a Prayer (Madonna albom)
Like a Prayer Madonnanın dördüncü studiya albomu.21 mart 1989 ildə Sire Records tərəfindən nəşr olundu.1980 ların sonunda,Like a Prayer albomun çıxışından sonra Madonna Bilbord, MTV, Musiqiçi dərgisi kimi medialar tərəfindən "On ilin Sənətçisi"adlandırıldı..
Amazon Tall Tower Observatory
Amazon Tall Tower Observatory (ing. Amazon Tall Tower Observatory - ATTO) — Cənubi Amerikanın ən yüksək qülləsi.Amazoniyanın keçilməz cəngəlliklərinin dərinliklərində yerləşir. Qülləyə ən yaxın şəhər Manausdur ki, oraya olan məsafə 170 kilometrdən artıqdır.Braziliya və Almaniyanın birgə layihəsi olan Amazoniya meşələri ilə atmosfer arasında qarşılıqlı təsiri araşdırmaq üçün tikilmişdir. Hündürlüyü 325 metrdir.
Mode Gakuen Cocoon Tower
Mode Gakuen Cocoon Tower(Yapon:モード学園コクーンタワー, Mōdo gakuen kokūn tawā) — Tokio Xüsusi Rayon Şincuku Nishi-Şincuku Məhəlləsi ərazisində yerləşən bir göydələn. Göydələnin tikintisi 2008-ci ilin oktyabrında tamamlanmış, göydələnin hündürlüyü 204 metrdir.
Saint Luke's Tower
Saint Luke's Tower (yaponca: 聖路加タワー, Hepbörn: Sei Ruka Tawā) — Yaponiyanın Tokio prefekturasının Çüo rayonunda yerləşən göydələndir. Hündürlüyü 221 m, 51 mərtəbəli göydələnin tikintisi 1994-cü ildə başa çatıb. == İcarədarlar == Credit Pricing Corporation Nippon MacDermid Co., Ltd. Sanki Engineering Co., Ltd. Sojitz Cosmetics Corporation UMG ABS, Ltd.
Chang Fu Jin Mao Tower
Chang Fu Jin Mao Tower (Çincə:长富金茂大厦) — Çinin Quanqdonq vilayətinin Şenzen şəhərində yerləşən çoxmərtəbəli binadır. Binanın hündürlüyü 303 metrdir. Tikintisi 2011-ci ildə başlanıb və 2016-cı ilin yanvar ayında başa çatmışdır.
Golden Eagle Tiandi Tower A
Golden Eagle Tiandi Tower A — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 368 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
жужжа́ние консультацио́нный непи́сано пе́репись перепляса́ть углемо́ечный штырево́й адо́нис лече́ние пале́тка пороху не ню́хал пятимину́тный рекогносци́роваться сосредото́чение ad litteram biconcave deck landing mildewy nut-tree proletarian waver адыгеец осудить отупелый придирчивость