pratiquer
précédent
OBASTAN VİKİ
Pre-eyakulyasiya
Pre-eyakulyasiya və ya digər adı ilə boşalma öncəsi maye (həmçinin eyakulyasiya mayesi, pre-seminal maye və ya Cowper mayesi kimi də tanınır) — cinsi oyanma zamanı penisin uretrasından çıxan şəffaf, rəngsiz, yapışqanlı maye. Buna xalq arasında həzz suyu, zövq suyu, ləzzət suyu da deyirlər. Tərkibinə görə spermaya oxşayır, lakin fərqli kimyəvi tərkibə malikdir. Pre-eyakulyasiya mayesindəki spermanın varlığı az, yaxud da heç yox dərəcəsindədir. Əvvəlcədən boşalma yağlayıcı maddə və yaxud turşu neytrallaşdırıcısı funksiyasında çıxış edir.
Val-de-Pre
Val-de-Pre (fr. Val-des-Prés, oks. Vau dels Prats) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05174. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 502 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 325 nəfərdən (15-64 yaş) 265 nəfəri iqtisadi cəhətdən, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 81.5%, 1999-cu ildə 75.7%). Fəal olan 265 nəfərdən 249 nəfər (138 kişi və 111 qadın) işləyir, 16 nəfər işsizdir (8 kişi və 8 qadın).
Le-Şam-pre-Froj
Le-Şam-pre-Froj (fr. Le Champ-près-Froges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38070. Kommunanın 2012-ci il üçün əhalisi 1229 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 826 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" mükafatı laureatları
== 2008 == Əliyev Cəlal Əlirza oğlu — 30. iyun 2008 == 2012 == Ələkbər Əmir oğlu Məmmədov; — 5 noyabr 2012 == 2013 == Elmira Hüseyn qızı Axundova — 24. may 2013 == 2014 == Hidayət Xuduş oğlu Orucov — 3. sentyabr 2014 == 2015 == Amaliya Əliş qızı Pənahova Abbaslı Adəm Famil oğlu Allahyarov Mahir Cəlal oğlu Azərtaş Lalə Qabil qızı Babayev Aqşin Kamal oğlu Afaq Bəşir qızı Səfərova Cabbarzadə Xatirə Hafiz qızı Cəfərli Elman Niyazil oğlu Didavari Rövşən Tofiq oğlu Eynullayeva Sudabə Cahangir qızı Əhədova Sevda Sabir qızı Timuçin İlyas oğlu Əfəndiyev Əliyev Həbib Əli oğlu Gözəlov Vüsal Tapdıq oğlu İmaməliyeva Tahirə Məmməd qızı Fikrət Fərrux oğlu Məmmədov Məmmədov Şaiq Məmməd oğlu Məmmədova Gülnarə Sultan qızı Nəsirova Aynur Əli qızı Nurəliyeva Pərvin Ələmdar qızı Qut Arye Tağıyev Tahir Məmmədqulu oğlu Vəliyev Azər Kalam oğlu Yirik Betül Zeynalov Vaqif Mehrac oğlu Şəfiqə Haşım qızı Məmmədova == 2016 == Abdullayev Əkrəm Kamal oğlu — 28. yanvar 2016 Qürbətov Faiq Akif oğlu — 28. yanvar 2016 Mehdiyev Nurəddin Səftər oğlu — 28. yanvar 2016 Orucov Seymur Vaqif oğlu — 28. yanvar 2016 Seyidzadə Şahin Kamil oğlu — 28. yanvar 2016 Abdullayev Zahir Abdulla oğlu — 2. fevral 2016 Bilalov Zeynidin Dolqatoviç — 2.
"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
1962/1963 Malta Premyer Liqası
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
1992-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri
Azərbaycanda Prezident seçimləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60.90 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçkidən əvvəl == 29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir. == Nəticələri == 1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir.Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi. == Seçimdən sonra == Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyənatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.
1993-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
Azərbaycanda Prezident seçimləri — 1993-cü ildə Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə üç namizəd mübarizə apardı. Heydər Əliyev, səslərin 98.80 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçimdən əvvəl == == Nəticələri == Seçici fəallığının 97.60 % olduğu seçimdə, Heydər Əliyev səslərin 98.80 % topladı və 5 il müddətinə Azərbaycan Prezidenti seçildi.
2014 Türkiyə prezident seçkiləri
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
ABŞ prezident inauqurasiyası
Amerika Birləşmiş Ştatları prezidentinin andiçmə mərasimi ABŞ prezidentinin dörd illik səlahiyyət müddətinin başlanmasına həsr olunmuş mərasimdir. Bu mərasim zamanı prezident seçkilərindən təxminən 72 ilə 78 gün sonra prezident and içir. İnauqurasiya (andiçmə mərasimi) hər yeni prezidentlik müddətində keçirilir. Hətta prezident ikinci müddətə seçilərək səlahiyyətlərini davam etdirsə belə bu mərasim yenidən keçirilir. Corc Vaşinqtonun ilk andiçmə mərasimi 30 aprel 1789-cu ildə baş tutdu. 1821, 1849, 1877 və 1917-ci illər istisna olmaqla, 1793-cü ildən 1933-cü ilə qədər bütün sonrakı ictimai andiçmələr martın 4-də keçirildi. Martın 4-ü bazar gününə təsadüf etdiyi halda inauqurasiya 5 mart bazar ertəsi gününə keçirildi. 20 yanvarın 1957, 1985 və 2013-cü illərdə bazar gününə təsədüf etdiyindən bu illər istisna olmaqla 1937-ci ildən etibarən mərasim yeni ilin ilk günü yəni yanvarın 20-də günorta saatlarında keçirilir. Həmin illərdə prezident andı həmin gün təkbətək, ertəsi gün, bazar ertəsi, yanvarın 21-də yenidən açıq mərasimlə icra olunurdu. Ən son prezidentin andiçmə mərasimi 2021-ci il yanvarın 20- də Co Baydenin vəzifəyə gəldiyi zaman keçirilib.
ABŞ prezidentləri
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
ABŞ prezidentlərinin siyahısı
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
ABŞ vitse-prezidenti
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
ABŞ vitse-prezidentləri
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
AMEA prezidentlərinin siyahısı
AMEA prezidentləri — 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında ilk prezident Mir Əsədulla Mirqasımov seçilmişdir. AMEA-nın sonuncu prezidenti – 2022-ci ildən akademik İsa Həbibbəylidir. == Tarixi == SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) Akademiyanın prezidenti olmuşlar. Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir. Akademik Akif Əlizadə AMEA-nın – 2013-cü ildən - 2019-cu ilədək prezidenti olmuşdur.
Abxaziya prezidentlərinin siyahısı
Abxaziya Prezidenti yalnız Abxaziya Muxtar Respublikasının başçıı ola bilər. Burada seçkilər beş ildən bir keçirilir. Burada ilk seçkilər 1991-cü ilin yanvar ayında keçirilib. == Prezidentlərin siyahısı == Valeri Bqanba-1 iyun 2014 - 25 sentyabr 2014.
Acer Predator
Acer Predator — oyunçular üçün hazırlanan Acerə məxsus kompüter modelləri seriyası. 2008-ci ildə Acer Aspire Predator adı altında yüksək performanslı stolüstü kompüterləri satışa çıxaran seriyanın adı daha sonradan Acer Predator olaraq dəyişdirilmişdir. Seriya futuristik kompüter şassisi və yüksək performans ilə xarakterizə olunur. 2016-cı ildə notbuk və stolüstü kompüterlərlə yanaşı, oyunçular üçün dizayn edilmiş aksessuarlar da satışa buraxılmışdır.Acer Predator adətən Lenovo Legion, Dell's G seriyası, Alienware, HP-nin Omen və Asus ROG seriyaları ilə müqayisə olunur.
Akita prefekturası
Akita prefekturası (yap. 秋田県 Akita ken) — Yaponiyanın Honşu adasında yerləşən Tohoku regionunda prefektura. Prefekturanın inzibati mərkəzi Akita şəhəridir.
Alligator prenasalis
Alligator prenasalis — timsahlar dəstəsinə məxsus olan nəsli kəsilmiş sürünən növü. Növə aid çox sayda fosil Cənubi Dakotada aşkarlanmışdır. Növ 1904-cü ildə təsvir edilmiş, lakin hansı timsah cinsinə aid edilməsi müəyyən edilməmişdir. Daha mükəmməl araşdırma əsasında 1918-ci ildə alliqatorlar cinsinə aid edilmişdir. Bu növ alliqatorlar cinsinin ən erkən bilinən üzvüdür.
Antuan Fransua Prevo
Antuan Fransua Prevo (fr. Antoine François Prévost; 1 aprel 1697[…] – 25 noyabr 1763[…]) — Fransa yazıçısı. Romanı "Manon Lesko" ilə daha çox tanınır.
Aomori prefekturası
Aomori prefekturası (yap. 青森県 Aomori-ken) — Yaponiyanın Hönsü adasında, Tohoku regionunda prefektura. Ərazisi 9 644 min km², əhalisi 1,5 mln. (2005). İnzibati mərkəzi Aomori şəhəridir. Relyefi alçaq dağlıqdan və sahil düzənliklərindən ibarətdir. Tohoku tərkibində ayrı-ayrı sənaye mərkəzləri olan aqrar regiondur. Qurğuşun, sink (Kamikita), dəmirli qum (ölkənin ən iri yatağı) hasil edilir. Taxta-şalban və ağac emalı mühüm əhəmiyyət kəsb edir. Yeyinti, metallurgiya, neft-kimya müəssisələri var.
Arg, Prezident Sarayı
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Associated Press
Associated Press (AP) — ABŞ-nin Nyu-York şəhərində yerləşən beynəlxalq xəbər agentliyi.
Ayçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Azərbaycan Həvari Prefekti
Azərbaycan Həvari Prefekti (lat. Praefectura Apostolica Azerbaigianiensis) — Roma-Katolik Kilsəsinin Azərbaycan ərazisindəki inzibati bölgəsi. Birbaşa Vatikana tabedir. == Tarixi == Öncələr katolik missiyası kimi fəaliyyət göstərən Bakı parişi 4 avqust, 2011-ci ildə Papa XVI Benedikt tərəfindən müstəqil həvari prefekti olaraq təsdiqlənmişdir. Bütün Azərbaycan ərazisini ehtiva edir.
Azərbaycan Premyer Liqası
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
Azərbaycan Premyer Liqası 1992
Azərbaycan Premyer Liqası 1992 — Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının futbol üzrə sayca birinci çempionatı. Bakının "Neftçi" klubu ilk çempion olub. Sumqayıtın "Xəzər" komandası ikinci, "Turan" (Tovuz) isə üçüncü olub. == Format == İlk mərhələdə 26 klub hər birində 13 klub olmaqla iki qrupa bölunur. Çempionatda 26 komanda iştirak edib. Onlar hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1-12 yerlər uğrunda, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə ilk mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq turnirdə ən zəif çıxış etmiş 8 komanda aşağı dəstəyə düşüb. Qələbəyə görə komandalar 2 xal, bərabərliyə görə isə 1 xal qazanıblar.
Azərbaycan Premyer Liqası 2007/2008
Azərbaycan Premyer Liqası 2007/2008 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 16-cı Azərbaycan çempionatıdır.
автодоро́жник взба́дривать испо́лнить помя́тый приско́чка пту́шка УА́Зик афористи́чно зверю́шка надува́ть парапла́н паха́ние перспекти́ва подвла́стность приво́йный тушёвка agnomination Jahveh out-party trip recorder zooty конвоировать крестец подсиживать стенной