PREAMBULA

(fransız préambule, son latın preambulusqabaqda gedən) - hər hansısa bir siyasi-hüquqi aktın (Konstitusiya, Qanun, beynəlxalq akt, bəyannamə, müqavilə və ya digər vacib sənədin) giriş və ya müqəddimə hissəsi. Bir qayda olaraq P.-da (o cümlədən: həmin aktın məqsəd və vəzifələri, qəbul edilməsinə əsas olan motiv və məqsədlər, onun qəbul edilməsi şəraiti, prinsipial əhəmiyyətli müddəaları; beynəlxalq aktlarda (müqavilələrdə) isə, həmçinin iştirakçıların tərkibi, imzalanmağa müvəkkil olmunmuş tərəf və şəxslər və s. göstərilməklə) qısa məlumat verilir.
“PORTFELSİZ NAZİR”
PREZİDENT
OBASTAN VİKİ
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin preambulası
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin preambulası — Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin giriş mətni (preambula). == Tarixi == Cənubi Afrikadan Yan Smets ilk olaraq preambulanın açılış sözlərini aşağıdakı kimi yazmışdı: "Razılığa gələn Yüksək Tərəflər, nəslimizdə iki dəfə baş vermiş və bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar və itkilər gətirmiş qardaş qırğınının təkrar baş verməsinin qarşısını almaq üçün müəyyən edirlər..." Bu da Millətlər Liqası Paktının giriş sözlərinə oxşar idi. BMT-nin San-Fransisko konfransında aparılan çoxsaylı müzakirələrdən sonra ABŞ-dən Virciniya Gildersliv preambulanın dəyişməsinə və qısalmasına nail oldu, lakin ən sonda Smetsin orijinal mətni yenidən saxlanıldı. ABŞ Konstitusiyasını əks etdirən "Biz Birləşmiş Millətlər Təşkilatının xalqları" adlı açılış sözü, ABŞ konqresmeni və konfransdakı nümayəndəsi Sol Blum tərəfindən təklif edilmişdir. Preambuladakı "daha artıq azadlıq şəraitində" ifadəsi BMT-nin 7-ci Baş katibi Kofi Annanın təklifi ilə BMT islahatının sərlövhəsi olmuşdur. == Mətni == Preambulanın mətni aşağıdakı kimidir: (Tərcümə Lətif Hüseynova məxsusdur) BİZ, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI, gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək, VƏ BU MƏQSƏDLƏRİ DƏ mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir-biri ilə dinc yaşamaq və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək ƏZMİNDƏ OLARAQ, BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK. Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz. San-Fransisko şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə. Birləşmiş Millətlərin hazırkı Nizamnaməsinə razılıq verdik və bununla Birləşmiş Millətlər adlanmalı olan beynəlxalq təşkilat yaradırıq.

Значение слова в других словарях