prefekt
preferans
OBASTAN VİKİ
Fransanın prefektura və suprefektura siyahısı
Fransanın prefektura və suprefektura — departamentlərin (prefektur) və rayonların (suprefektur) inzibati mərkəzləri olan kommunalardır. 2015-ci ildən etibarən Fransanın ərazisi 101 departament (5 xarici ölkə daxil olmaqla) və 335 rayon (12 kənar) (Mayotta daxil olmayan) bölünmüşdür. Bu siyahı ,departament və rayonlara bölünməklə, Fransanın prefektur və suprefekturları göstərilmişdir. Fransa dənizaşırı departamentləri və Korsika rənglə göstərilmişdir.
Fransanın prefektura və suprefekturalarının siyahısı
Fransanın prefektura və suprefektura — departamentlərin (prefektur) və rayonların (suprefektur) inzibati mərkəzləri olan kommunalardır. 2015-ci ildən etibarən Fransanın ərazisi 101 departament (5 xarici ölkə daxil olmaqla) və 335 rayon (12 kənar) (Mayotta daxil olmayan) bölünmüşdür. Bu siyahı ,departament və rayonlara bölünməklə, Fransanın prefektur və suprefekturları göstərilmişdir. Fransa dənizaşırı departamentləri və Korsika rənglə göstərilmişdir.
Hyoqo Prefektura İncəsənət Muzeyi
Hyoqo Prefektura İncəsənət Muzeyi (兵庫県立美術館, Hyoqo Kenritsu Bicutsukan) – Yaponiyanın Hyoqo prefekturasının paytaxtı Kobe şəhərində yerləşən incəsənət muzeyi. Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir. == Tarix və memarlıq == Hyoqo Prefektura İncəsənət Muzeyi 1995-ci ildə baş vermiş Böyük Hanşin zəlzələsi nəticəsində dağılmış Kobe şəhərinin "mədəni dirçəlmə" simvolu kimi 6 aprel 2002-ci ildə açılmışdır. Tikinti işləri 1999-cu ilin martından 2002-ci ilin sentyabrına qədər davam etmişdir. Muzeyin memarı Tadao Ando olmuşdur. Ando muzeyi dizayn edərkən Kobenin dəniz ilə olan əlaqəsini nümayiş etdirmək istəmişdir. O, eyni zamanda Kobe Waterfront Plaza layihəsi üzərində də işlədiyi üçün hər iki layihəni inteqrasiya etməyə qərar vermişdir. Muzey dördmərtəbəlidir və bir yeraltı mərtəbəsi var. == Xüsusiyyətlər == Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Xüsusi sərgilər fərdi sənətçilərin yaradıcılığına həsr olunsa da, bəzən müəyyən mövzu ətrafında xüsusi sərgilər də baş tutur.
Ayçi Prefektura Kanalizasiya Elmi Muzeyi
Ayçi Prefektura Kanalizasiya Elmi Muzeyi (愛知県下水道科学館) – Yaponiyanın Ayçi prefekturasının İnazava şəhərində yerləşən kanalizasiya muzeyi. == Tarixi == Muzey 15 aprel 2000-ci ildə insanları kanalizasiya sistemləri barədə məlumatlandırmaq məqsədilə açılmışdır. 2017-ci ildəki sponsorluq razılaşmasına əsasən muzeyin rəsmi adı Metawater Ayçi Kanalizasiya Elmi Muzeyidir. == Xüsusiyyətlər == Muzeyin mövzusu "bax, toxun, təsdiqlə"dir. Ziyarətçilər muzey eksponatları ilə interaksiyaya girərək kanalizasiya sistemləri haqqında məlumatlanırlar. Muzey ikimərtəbəlidir. Birinci mərtəbədə kanalizasiya sisteminin iş prinsipini göstərən bölmələr yerləşir. Birinci bölmədə suyun Yer üzündəki dövranını əks etdirən xüsusi eksponat quraşdırılıb. İkinci bölmədə şəhərlərin güclü yağışdan qorunmasını, tualet suyunun borulardan axması göstərilir. Üçüncü bölmədə çirkli suyun hara getdiyi nümayiş etdirilir.
Ehime prefekturası
Ehime prefekturası (yap. 愛媛県 Ehime ken) — Yaponiyanın Şikoku adasında yerləşən Şikoku regionda prefektura.
Fukui prefekturası
Fukui prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 4 189 kvadrat kilometr, əhalisi 805 000 nəfərdir. Mərkəzi Fukui şəhəridir.
Fukuoka prefekturası
Fukuoka prefekturası — Yaponiyanın Kyuşu adasında prefektura. Ərazisi 4 977 kvadrat-kilometr, əhalisi 5 069 000 nəfərdir. Mərkəzi Fukuoka şəhəridir.
Fukuşima prefekturası
Fukuşima prefekturası — Yaponiyanın Tohoku regionunda prefektura. Ərazisi 11 636 kvadrat-kilometr, əhalisi 1 088 000 nəfərdir. Mərkəzi Fukuşima şəhəridir.
Gifu prefekturası
Gifu prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 10 621 kvadrat kilometr, əhalisi 2 079 000 nəfərdir. Mərkəzi Gifu şəhəridir.
Hiroşima prefekturası
Hiroşima prefekturası (yap. 広島県) — Yaponiyanın Honşu adasının Çuqoku regionunda prefektura. Onun tərkibinə həmçinin Daxili Yapon dənizində yerləşən 140 ada da aiddir. Prefekturanın inzibati mərəzi Hiroşima şəhəridir. Hiroşima prefekturasını çox vaxt "Yaponiyanın miniatür şəkili" də adlandırırlar. Onun şimal və mərkəzi hissələri keçilməz dağ meşə massivindən ibarətdir. Cənub hissəsi isə balıqla zəngin Daxili Yapon dənizənə açılır. Bu prefektura Yaponiyanın ən əsas kommersiya, avtomobilqayırma, kənd təsərrüfatı, və balıqçılıq mərkəzlərindəndir. Prefekturanın ərazisində UNESCO-nun iki obyekti, Miyadzima adasında İsikusima məbədi və Hiroşima şəhərində Sülh abidəsi yerləşir. Hiroşima prefekturasının emblemi yapon katakana əlifbasının ヒ(xi) işarəsisir.
Hokkaydo prefekturası
Hokkaydo prefekturası — Yaponiyanın Hokkaydo adasında prefektura. Ərazisi 83 500 kvadrat kilometr, əhalisi 5 600 000 nəfərdir. Mərkəzi Sapporo şəhəridir.
Hyoqo prefekturası
Hyoqo prefekturası (yap. 兵庫県 Hyōgo ken) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Kanaqava prefekturası
Kanaqava prefekturası (yap. 神奈川県 Kanagava ken) — Yaponiyanın Honşu adasında yerləşən Kanto regionunda prefektura.
Kaqava prefekturası
Kaqava prefekturası — Yaponiyanın Sikoku adasında prefektura. Ərazisi 1 876 kilometr kvadrat, əhslisi 997 000 nəfərdir. Mərkəzi Takamasu şəhəridir.
Kaqoşima prefekturası
Kaqoşima prefekturası (yap. 鹿児島県 Kagoshima ken) — Yaponiyanın Kyuşu adasında yerləşən Kyuşu regionunda prefektura.
Kioto prefekturası
Kioto prefekturası (yap. 京都府 Kyōto fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Koçi prefekturası
Koçi prefekturası (yap. 高知県 Kōchi ken) — Yaponiyanın Şikoku adasında yerləşən Şikoku regionunda prefektura.
Kumamoto prefekturası
Kumamoto prefekturası — Yaponiyanın Kyuşu adasında prefektura. Ərazisi 7 405 kvadrat kilometr, əhalisi 1 811 000 nəfərdir. Mərkəzi Kumamoto şəhəridir.
Kumecima Prefektural Təbiət Parkı
Kumecima Prefektural Təbiət Parkı (久米島県立自然公園, Kumejima kenritsu shizen kōen) – Yaponiyanın Okinava prefekturasında, Kumecima adalarını əhatə edən prefektural təbiət parkı. 30 may 1983-cü ildə təşkil olunmuşdur və sahəsi 118,68 km² təşkil edir.
Mie prefekturası
Mie prefekturası — Yaponiyanın Kansai regionunda prefektura. Ərazisi 5 777 kvadrat kilometr, əhalisi 1 865 000 nəfərdir. Mərkəzi Tsu şəhəridir.
Miyaqi prefekturası
Miyaqi prefekturası — Yaponiyanın Tohoku regionunda prefektura. Ərazisi 7 285 kvadrat kilometr, əhalisi 2 338 000 nəfərdir. Mərkəzi Senday şəhəridir.
Miyazaki prefekturası
Miyazaki prefekturası (yap. 宮崎県 Miyazaki ken) — Yaponiyanın Kyuşu adasında yerləşən Kyuşu regionunda prefektura.
Naqano prefekturası
Naqano prefekturası (yap. 長野県 Nagano ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Naqasaki prefekturası
Naqasaki prefekturası (yap. 長崎県 Nagasaki ken) — Yaponiyanın Kyuşu adasında yerləşən Kyuşu regionunda prefektura.
Nara prefekturası
Nara prefekturası — Yaponiyanın Kansai regionunda prefektura. Ərazisi 3 691 kvadrat kilometr, əhalisi 1 398 000 nəfərdir. Mərkəzi Nara şəhəridir.
Niiqata prefekturası
Niiqata prefekturası (yap. 新潟県 Niigata ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura. Niiqata prefekturası, Cənub-şərqdən şimal-şərqə doğru dağlar və dəniz arasındakı sahil düzənliyi ilə Yaponiya dənizi boyunca təxminən 240 km uzanır. Perfekturaya Sado Adası da daxildir. Bura ümumiyyətlə dörd coğrafi bölgəyə bölünür: Cənubda Joetsu bölgəsi (上 越), mərkəzdə Çuetsu (中 越), şimalda Kaetsu (下 越) və Sado adası. Yaponiyanın ən uzun çayı olan Şinano çayının bir hissəsi Niiqata prefekturasında yerləşir. 2014-cü il aprelin 1-dən etibarən prefekturun ümumi torpaq sahəsinin 25% -i Təbii parklardan ibarətdir.
Oita prefekturası
Oita prefekturası — Yaponiyanın Kyuşu adasında prefektura. Ərazisi 6 339 kvadrat kilometr, əhalisi 1 300 000 nəfərdir. Mərkəzi Oita şəhəridir.

Digər lüğətlərdə