predikativlik
prezident
OBASTAN VİKİ
Pretoriya
Pretoriya — Cənubi Afrika Respublikasının paytaxtı, Qautenq vilayətinin inzibati mərkəzidir. Ölkənin şimal-şərqində, Apis çayının sahilində yerləşir. Afrikanın ən müasir şəhərlərindən,CAR-ın üç paytaxtından biridir. Pretoriya - icra hakimiyyəti mərkəzlərinin, Keyptaun - qanunverici hakimiyyətin, Blumfonteyn - məhkəmə hakimiyyətinin yerləşdiyi şəhərlərdir. Pretoriya Svan şəhər dairəsinə daxildir, ona görə də özü bir çox hallarda Svan, Tsvan, Tşvan adlandırılır. Şəhərin ad məsələsi indi də müzakirə mövzusudur. Şəhər ilk dövrdə "Pretoriya Filadelfiya" («Pretoriya qardaş məhəbbəti») adlanırdı. == Tarixi == Şəhər 1855-ci ildə Martinus Pretorius, bur köçkünlərinin baş komandanı Andris Pretoriusun oğlu tərəfindən salınıb və onun şərəfinə adlandırılıb. 1860-cı ildə Pretoriya bur Transvaal Respublikasının paytaxtı olur. (1899—1902) Ingilis-bur müharibəsindən sonra İngiltərə Transvaalı işğal edir və Pretoriya İngiltərə protektoratının mərkəzi olur.
Pretoriya prefekti
Pretorianlar — Qədim Romada inzibati bölgü vahidi olan prefekturaya nəzarət edən şəxs. Pretorianlar Avqustun (e.ə. I əsrin sonu) dövründən Misiri, sonralar bütün əyalətləri idarə edir, habelə məhkəmə və əlahiddə idarə işlərini yerinə yetirirdi.

Значение слова в других словарях

зори́ть лицеприя́тный не приведи́ бо́г обша́ркивать пестри́ть печа́тать прищи́пывание прока́пываться саботи́роваться сону́ля страстоцве́т увя́зывание шко́льничество дефиле́ мелодеклама́тор охладева́ть слаботокси́чный belt down expressage handler intercepter автономия доверие манера правомерный