PRINCE

n 1. prins, şahzadə; royal ~ vəliəhd prins / şahzadə; kralın böyük oğlu; ~ of the blood royal kral qanından olan prins / şahzadə; 2. knyaz

PRIMROSE
PRINCEDOM
OBASTAN VİKİ
Prince of Persia
Prince of Persia (azərb. Fars şahzadəsi‎) – Action-adventure (ing. Hərəkət-macəra) janrında olan oyun seriyalarıdır. "Prince of Persia" videooyununun ilk versiyası Cordan Mexner və "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə Prince of Persia adı altında yaradılmışdır. Yaradılan oyun 2D formatındadır. Kompaniya oyunun müxtəlif seriyalarını yaradaraq məşhurluq qazanmışdır. "Prince of Persia" oyununun sonuncu seriyaları müxtəlif kompaniyalar tərəfindən hazırlanmışdır. 1999-cu ildə ilk dəfə olaraq oyun seriyasının ilk 3D formatında Prince of Persia 3D adı altında hazırlanılır. Bu oyun 3D formatında yaradılmasına baxmayaraq əvvəlki 2D formatındakı oyun seriyalarına görə çox məşhur olmamışdır. 2003-cü ildə dövrünə görə məşhur olan Prince of Persia: The Sands of Time (azərb.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. == Xarakteristika == Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Prince of Persia: Epilogue
Prince of Persia: The Sands of Time - "Ubisoft" videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu videooyun seriyası Prince of Persia oyununun "Yüklənə bilən məzmun" davamıdır.
Prince of Persia 3D
Prince of Persia 3D və ya Prince of Persia 3D Arabian Nights (azərb. Fars Şahzadəsi 3D: Ərəb gecələri‎) - "The Learning Company" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan, macəra oyunudur. Əvvəlki seriya oyunlarından fərqli olaraq videooyunun görünüşü 3D qrafikasındadır. Fars Sultanı xarici ölkələrə döyüşmək üçün ölkəni tərk edir. Bu zaman qəddar vəzir Cəfər zamanı dəyişərək, Şahzadəni tutur və qəhrəmanı zindana həbs etdirir. Lakin xoşbəxtlikdən zindanda dəlik bir yer var idi. Qəhrəman bundan istifadə edərək, müxtəlif kolidorlardan keçir. Keçdikdən sonra məsləhətçi ilə rastlaşır. Məsləhətçi qəhrəmana deyir ki, ona mütləq xəncər lazımdır. Bunun üçün qəhrəman yeraltı çaydan akrobat hərəkətləri ilə keçməyə başlayır.
Prince of Persia: Harem Adventures
Prince of Persia: Harem Adventures - "Gameloft" mobil oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: Harem Adventures" mobil oyunu "Gameloft" şirkətinin ilk oyunudur.
Prince of Persia: Warrior Within
Prince of Persia: Warrior Within (azərb. Fars Şahzadəsi: Daxili döyüşçü‎) — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir. "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır. Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur.
Prince of Persia personajlarının siyahısı
Prince of Persia personajlarının siyahısı - Prince of Persia videooyunundakı personajları ehtiva edir. Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir. Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır. Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər Sultanın ölkəsindən ayrıldığını görüncə, onun qızını ələ keçirir və Şahzadəni əsir saxlayır.
Prince of Persia (videooyun, 1989)
Prince of Persia - Apple II kompyuterləri üçün Cordan Mexner tərəfindən hazırlanmış, "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə istehsal edilmiş, macəra oyunudur. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən əmin olmaq üçün saatlarla kiçik qardaşı Devidin ağ paltarla qaçmaq və atlanmaq film üzərində çalışarkən "Rotoscoping" olaraq adlandırılan bir üsulu istifadə etdi. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir. Adından göründüyü kimi oyundakı hadisələr Antik İranda baş verir. Bir gün Fars Sultanı xarici torpaqlara döyüşməyə gedən zaman ölkəni idarə etmək üçün yerini qəddar vəziri Cəfərə buraxır. Bu zaman taxta Vəzir çıxır. Cəfər icra etdiyi vəzifə ilə bərabər, cadugərdliklə də məşğul olur. Taxta çıxdıqdan sonra Cəfər adsız bir qəhrəmanı zindana salır. Bunun səbəbi Cəfərin taxt-taca sahib olmaq üçün qəhrəmanın aşiq olduğu Fars Sultanının qızı olan Şahzadə ilə evlənməlidir.
Prince of Persia (videooyun, 2008)
Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2008-cü ildə yaradılan macəra oyunudur. Oyunun platformalar üçün müxtəlif adları vardır. Videooyun hazırlanmamışdan əvvəl "Prince of Persia 4" və "Prince of Persia (Next-Gen)" adları ilə tanınırdı. Həmçinin, rəsmi olmayan "Prince of Persia: Ghost of the Past" (ing. Fars Şahzadəsi: Keçmişin kabusu) və "Prince of Persia: Prodigy" (ing. Fars Şahzadəsi: Möcüzə) adları ilə saytlarda nəşr edilmişdir. Bundan başqa 2008-ci ildə "Game Informer" saytı "Prince of Persia: Heir Apparent" (ing. Fars Şahzadəsi: Birbaşa varis) adı altında məqalə nəşr etdirmişdir. Bir müddətdən sonra "Ubisoft" firması "Heir Apparent" adının videooyuna deyil, məqaləyə aid olduğunu bildirmişdi. Səhrada qasırğa nəticəsində eşşəyi Farunu itirmiş Şahzadə yolunu itirir və gözəl bağın üzərində yerləşən ağac hündürlüyündə olan məbədi görür.
Prince of Persia: The Fallen King
Prince of Persia: The Fallen King - Ubisoft Casablanca videooyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur. Bu videooyun seriyası Prince of Persia oyununun davamıdır.
Prince of Persia: The Forgotten Sands
Prince of Persia: The Forgotten Sands — Ubisoft oyun istehsal edən şirkət tərəfindən 2008-ci ildə "Hərəkət-macəra" janrında yaradılan videooyundur. "Prince of Persia: The Forgotten Sands" videooyunu ABŞ-da 18 may 1997-ci il, Avropada isə 20 may 1997-ci ildə ilk dəfə olaraq yayımlanmışdır. Bu videooyunun Prince of Persia: The Sands of Time seriyasında baş verən hekayəyə geri dönməkdədir. "Prince of Persia: The Forgotten Sands" videooyunun əsl hekayəsi isə "PS3", "Xbox 360" və "PC" üçün hazırlanmış və ayrıca olaraq bu distributiv xaricində "PSP", "NDS" və "Wii" platformaları üçün üç xüsusi platforması vardır. Videooyunu "PlayStation Portable" və "Wii" platformaları üçün "Ubisoft Quebec", "PlayStation 3", "Xbox 360" və Microsoft Windows platformaları üçün "Ubisoft Singapore" distribüterin köməyi ilə Ubisoft Montreal tərəfindən hazırlanmışdır. "Nintendo DS" platforması isə "Ubisoft Casablanca" tərəfindən istehsal edilmişdir. Hekayənin əvvəli Şahzadənin atı üzərində səhrada irəliləməsiylə başlayır. Şahzadə döyüş sənətlərini daha dərindən mənimsəmək üçün qardaşı Malikin krallığına gəlmək arzusu ilə yola düşmüşdür. Şahzadə Malikin krallığına çatdığı zaman bir ordunun krallığa hücumuyla qarşı-qarşıya qalır. Ordu krallığın dərinliklərindəki xəzinəni ələ keçərməyə çalışmaqdadır.
Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.
Prince of Persia (video oyun, 1989)
Prince of Persia - Apple II kompyuterləri üçün Cordan Mexner tərəfindən hazırlanmış, "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə istehsal edilmiş, macəra oyunudur. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən əmin olmaq üçün saatlarla kiçik qardaşı Devidin ağ paltarla qaçmaq və atlanmaq film üzərində çalışarkən "Rotoscoping" olaraq adlandırılan bir üsulu istifadə etdi. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir. Adından göründüyü kimi oyundakı hadisələr Antik İranda baş verir. Bir gün Fars Sultanı xarici torpaqlara döyüşməyə gedən zaman ölkəni idarə etmək üçün yerini qəddar vəziri Cəfərə buraxır. Bu zaman taxta Vəzir çıxır. Cəfər icra etdiyi vəzifə ilə bərabər, cadugərdliklə də məşğul olur. Taxta çıxdıqdan sonra Cəfər adsız bir qəhrəmanı zindana salır. Bunun səbəbi Cəfərin taxt-taca sahib olmaq üçün qəhrəmanın aşiq olduğu Fars Sultanının qızı olan Şahzadə ilə evlənməlidir.
Prince of Persia (video oyun, 2008)
Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2008-cü ildə yaradılan macəra oyunudur. Oyunun platformalar üçün müxtəlif adları vardır. Videooyun hazırlanmamışdan əvvəl "Prince of Persia 4" və "Prince of Persia (Next-Gen)" adları ilə tanınırdı. Həmçinin, rəsmi olmayan "Prince of Persia: Ghost of the Past" (ing. Fars Şahzadəsi: Keçmişin kabusu) və "Prince of Persia: Prodigy" (ing. Fars Şahzadəsi: Möcüzə) adları ilə saytlarda nəşr edilmişdir. Bundan başqa 2008-ci ildə "Game Informer" saytı "Prince of Persia: Heir Apparent" (ing. Fars Şahzadəsi: Birbaşa varis) adı altında məqalə nəşr etdirmişdir. Bir müddətdən sonra "Ubisoft" firması "Heir Apparent" adının videooyuna deyil, məqaləyə aid olduğunu bildirmişdi. Səhrada qasırğa nəticəsində eşşəyi Farunu itirmiş Şahzadə yolunu itirir və gözəl bağın üzərində yerləşən ağac hündürlüyündə olan məbədi görür.
Prince of Persia: Epilogue (video oyun, 2009)
Prince of Persia: The Sands of Time - "Ubisoft" videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu videooyun seriyası Prince of Persia oyununun "Yüklənə bilən məzmun" davamıdır.
Prince of Persia: The Sands of Time
Prince of Persia: The Sands of Time (azərb. Fars şahzadəsi: Zamanın qumları‎) — Ubisoft oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: The Sands of Time" oyunu "Sands of Time" seriyasının orijinal üç oyunundan birinci epizodudur. Ubisoft firması tərəfindən 6 noyabr 2003-cü il tarixində satışa çıxan oyun Xbox, Nintendo GameCube, PlayStation 2 və Microsoft Windows platformaları üçün hazırlanmışdır. Oyunun hekayəsi və xarakterləri öz qaynağını 1989-cu ildə Amerikalı oyun prodüseri Cordan Mexner tərəfindən inkişaf etdirilən Prince of Persia ardıcıllığından alır və baş qəhrəman ilə atasının, fəth etdikləri bir ölkədən aldıqları və zamanın idarəsini təmin edən sehrli qumların verəcəyi mənfi nəticələrini təxmin etmədən dünyaya salmalarını və ardınca qəhrəmanın qumları təkrar yığaraq baş verən hadisələri geriyə çevirmə hekayəsi mövzu edilir. Həm kritik baxımdan, həm də satış rəqəmləri baxımından böyük nailiyyətlər əldə edən bu oyuna, eyni üçləmənin parçası olmaları üzrə iki davam oyunu əlavə edilmişdir: Prince of Persia: Warrior Within və Prince of Persia: The Two Thrones. Bu oyunun hekayəsindən yola çıxan və baş rolunda Ceyk Cillenholun oynadığı eyniadlı filmi çəkilmişdir. Film 28 may 2010 tarixində satışa çıxarılmışdır. "Prince of Persia: The Sands of Time" videooyununun hekayə filmin hekayəsi eynidir. İran şahı Şahraman Maxaraca qalasını tutmaq üçün oğlu ilə birlikdə Hind diyarındakı Azad ölkəsinə doğru səfərə çıxır.
Prince of Persia 3D (video oyun, 1999)
Prince of Persia 3D və ya Prince of Persia 3D Arabian Nights (azərb. Fars Şahzadəsi 3D: Ərəb gecələri‎) - "The Learning Company" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan, macəra oyunudur. Əvvəlki seriya oyunlarından fərqli olaraq videooyunun görünüşü 3D qrafikasındadır. Fars Sultanı xarici ölkələrə döyüşmək üçün ölkəni tərk edir. Bu zaman qəddar vəzir Cəfər zamanı dəyişərək, Şahzadəni tutur və qəhrəmanı zindana həbs etdirir. Lakin xoşbəxtlikdən zindanda dəlik bir yer var idi. Qəhrəman bundan istifadə edərək, müxtəlif kolidorlardan keçir. Keçdikdən sonra məsləhətçi ilə rastlaşır. Məsləhətçi qəhrəmana deyir ki, ona mütləq xəncər lazımdır. Bunun üçün qəhrəman yeraltı çaydan akrobat hərəkətləri ilə keçməyə başlayır.
Prince of Persia 2: The Shadow and The Flame
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
Prince of Persia 2: The Shadow and The Flame (video oyun, 1994)

Şahzadə (Prince of Persia)
Şahzadə (ing. Prince) – Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Personaj ilk dəfə Cordan Mexner tərəfindən yaradılmışdır. Oyunlarda onun adı bir dəfə də olsun çəkilmir. Filmdə isə onun adı "Dastan" kimi səslənir. İlk üç seriyada orijinal personaj olur. Lakin 2003-cü ildən etibarən personajın xarakteri və görünüşü dəyişir.
Battles of Prince of Persia
Battles of Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. Bu seriya Prince of Persia: The Sands of Time və Prince of Persia: Warrior Within seriyaları arasında baş verən hadisələri ehtiva edir.
Leucopternis princeps
Morphnarchus princeps (lat. Morphnarchus princeps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin morphnarchus cinsinə aid heyvan növü.
Princess Mononoke
Şahzadə Mononoke (もののけ姫, Mononoke hime, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır. Yaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır. Saçın kəsilməsi feodal Yaponiyasında insanın ölməyi demək idi. Aşitaka bu hərəkəti ilə kəndlilərə ölü olduğunu və kəndə daha qayıtmayacağını söyləmiş olurdu.
Princess mühafizə proqramı
Şahzadə mühafizə proqramı — 2009-cu ildə çəkilən orijinal Disney Channel filmidir. Baş rollarda — Demi Lovato və Selena Qomezdir.
Princeton Review
Princeton Review — Ali məktəb üçün test hazırlığı, reptitorluq və tədris materialı təklif edən, bütövlükdə kollecə qəbul xidmətləri göstərən ABŞ şirkəti. Əsasən SAT, ACT, GRE kimi beynəlxalq testlərə hazırlıq üçün tədris materialları hazırlayan şirkət bununla yanaşı, hər il ali məktəb sıralaması da dərc edir. Həmçinin tələbələrin universitetlərə qəbul olmasında da konsaltinq xidmət göstərir.
Princeton University Press
Princeton University Press (ing. Prinston Universiteti Nəşriyyatı) — universitet nəşyiyyatı.
Senecio princei
Senecio princei (lat. Senecio princei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.

Digər lüğətlərdə