PROFESSİONAL
PROFESSORLUQ
OBASTAN VİKİ
Abbas Abbasov (professor)
Abbas Əsgər oğlu Abbasov (1928, Kəmərli, Qazax rayonu – 2009, Bakı) — Alim, Texnika elmləri doktoru, Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasının professoru (1977–2009), Özbəkistanın "SredazNİİqaz" İnstitutunda elmi işlər üzrə direktor müavini (1968–1970). Bir neçə medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur. == Həyatı və elmi fəaliyyəti == Abbas Abbasov 1928-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1944-cü ildə Kəmərli kənd orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1949-cu ilə qədər Kəmərli və Körpülü kəndlərinin orta məktəblərində riyaziyyat və fizika fənlərini tədris etmişdir. 1949–1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyasında kiçik elmi işçi kimi davam etdirmişdir. Ekspedisiya Azərbaycan Elmi-Tədqiqat İnstitutu ilə birləşəndən sonra elmi fəaliyyətini həmin institutda davam etdirmişdir. 1958-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi adı almışdır. 1960-cı ildə Ukraynanın "UkrNİİproekt" institutunda baş elmi işçi vəzifəsində işləmişdir 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları problemləri institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Abdulla Ələkbərov (professor)
Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor. == Həyatı == Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdırvə Şərəfsidir == Elmi yaradıcılığı == Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur. == Əsas monoqrafiyası == Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri.
Adil Babayev (professor)
Adil Babayev (tam adı: Adil Məhəmməd oğlu Babayev; d. 28 aprel 1938, Naxçıvan MSSR, Ordubad rayonu, Dırnıs) — Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü. == Həyatı == Adil Babayev 28 aprel 1938-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə ADU-nun Filologiya fakütəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir. 1969-cu ildə namizədlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır. İndiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir.
Adil Baxşəliyev (professor)
Akif Hüseynov (professor)
Hüseynov Akif Məhərrəm oğlu (d.31 yanvar, 1950-ci il-v.25 may, 2013-cü il) — məşhur alim və pedaqoq, texniki elmlər doktoru, professor, Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri. == Həyatı == Akif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektrik enerjisi” fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. A.Hüseynov əmək fəaliyyətinə “Azərenerji”də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna “Elektrik enerji sistemləri” kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında “Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna “Elektrik stansiyaları” kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub.
Akif Musayev (professor)
Akif Fərhad oğlu Musayev (18 iyul 1947, Qorqan, Qaryagin rayonu – 11 iyul 2022) — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü, Ali Attestasiya Komissiyası-nın rəyasət heyətinin üzvü, Kıbrıs, Girne Universiteti-nin "Bankacılık ve Finans Bölüm Başkanı", Gürcüstanın Qafqaz Universiteti və Azərbaycanın Odlar Yurdu Universiteti-nın fəxri doktoru, "ASERC" jurnalının baş redaktoru, Rusiyanın "Научные известия" jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Akif Musayev 1947-ci il 18 iyul tarixində Azərbaycanın Füzuli rayonunda anadan olub. 1965 – 1971 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı, tələbə 1967 – 1980 — Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, Iqtisadı – riyazi modellər laboratoriyasında kiçik, baş elmi işçi 1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə "İqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır 1980 – 1991 – Azərbaycan Neft və Kimya İnstitutu (Azərbaycan Dövlər Neft Akademiyası), Tətbiqi Riyaziyyat kafedrasında baş müəllim, dosent 1992 — Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə "İqtisad elmləri doktoru" alimlik dərəcəsi almışdır 1991 – 1999 — Azərbaycan Dövlər Neft Akademiyası, Sənaye iqtisadiyyatı fakültəsinin nəzdində "Maşınqayırma sənayesinin iqtisadiyyatı və Menecmenti" kafedrasının müdiri. 1999 – 2000 — Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin Rəisi 2000 – 2007 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin və Tədris mərkəzinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və Vergiqoyma" kafedrasının müdiri 2007 – 2011 — Azərbaycan Universitetinin Rektoru 2011–2013 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2013–2016 — Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri 2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "İqtisad elmləri" üzrə redaksiya heyətinin üzvüdür. == Mükafatları == "Dövlət qulluğunda fərqlənməyə görə" medal. Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu". Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı. == Kitabları == Vergiər haqqında etüdlər. A. F. Musayev, Ə. Əliyev.
Akif Əliyev (professor)
Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə – 2 sentyabr 2017, Bakı) — Azәrbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988). == Həyatı == Akif Əliyev 4 fevral 1934-cü ildə Gәncә şəhərində doğulub. 1956-cı ildə Azәrbaycan Sәnaye İnstitutunun geoloji kәşfiyyat fakültәsini bitirmişdir. 1959-cu ilәdәk neft mәdәnlәrindә çalışmışdır. == Elmi fəaliyyəti == 1962–1966-cı illərdə Azәrbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya vә Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tәdqiqat vә Layihә Qaz İnstitutunda laboratoriya rәhbәri, 1979–1988-ci illərdə "Dövlәtdәnizneftqazlayihә" İnstitutunda baş geoloq, elmi işlәr üzrә direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlәr qrupunun baş mühәndisi vәzifәlәrindә çalışmışdır.1992-ci ildәn ARDNŞ-dә şöbә müdiri, xarici iqtisadi әlaqәlәr üzrә rәis müavini işlәmiş, eyni zamanda AMEA Geologiya vә Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fәaliyyәt göstәrmişdir. Akif Əliyev 200-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә kitabın, 10 ixtiranın müәllifidir. SSRİ-nin vә Azәrbaycanın neftqazlılıq vә tektonikasına dair dәrc edilmiş silsilә xәritәlәrin vә atlasların hәmmüәllifidir.
Akira Matsunaqa (professor)
Akira Matsunaqa — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru. == Həyat və fəaliyyəti == Akira Matsunaqa 1960-cı ildə Yaponiyanın Kavasaki şəhərində anadan olmuşdur. O, Keyo Universitetinin Ədəbiyyat və Şərqşünaslıq fakültəsini bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktoru (Ph.D) və Beynəlxalq Layihə Planlaşdırma və İnkişaf üzrə SASAKAWA Sülh Fondunun üzvüdür. Matsunaqa Təfəkkür Universitetinin fəxri professoru və Əl-Farabi Universitetinin qonaq professorudur. Onun tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlıdır.. Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır..
Allahverdi Həsənov (professor)
Allahverdi Biyakir oğlu Həsənov — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor. == Həyatı == Allahverdi Həsənov 1957-ci Azərbaycan Respublikasının Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. Orta təhsilini anadan olduğu kənddə almış, 1973-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olunmuş, 1978-ci ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən təyinat üzrə AMEA Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutuda sektor və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda institutun laboratoriya müdiridir. == Elmi fəaliyyəti == 1984-cü ildə “Özlü-elastik mühitlərdə qeyri-stasionar termomexaniki dalğaların yayılmasının bəzi məsələlərinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2005-ci ildə “Mexaniki sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ildə ixtisas üzrə professor elmi rütbəsi almışdır. A.B.Həsənov 140 elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
Arif Hüseynov (professor)
Arif Rza oğlu Hüseynov (26 iyul 1944, Gədəbəy rayonu) — Azərbaycan dilçisi, filoloqu, germanist, filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Arif Hüseynov 1944-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin İngilis dili şöbəsinə daxil olmuş, həmin İnstitutu 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə həmin İnstitutda müəllim kimi saxlanmışdır. O vaxtdan bu günə kimi taleyini Dillər İnstitutunun (indi isə Dillər Universitetinin) İngilis dilinin qrammatikası kafedrası ilə bağlamışdır. 1963-1966-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1980-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib. 1983-1993-cü illərdə 3 №-li İngilis dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. German və ümumi dilçiliyə dair 40-a yaxın çap olunmuş məqalə və tezisləri var. Onun rəhbərliyi altında 2 nəfər müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1 nəfərin elmi məsləhətçisi olub.
Arif Quliyev (professor)
Arif Quliyev — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru. == Həyatı == Arif Quliyev 1952-ci il iyul ayının dördündə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universiteti, Bakı Ali Partiya məktəbi, Ukrayna Prezidenti yanında dövlət idarəçilik Akademiyasında almışdır. Hal-hazırda Ukraynanın Kiyev şəhərində yaşayır. Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professorudur. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparmışdır. Hüquq elmləri doktoru, dövlət idarəçiliyi elmləri namizədi. 2 ixtisaslaşma elmi şurasının və 3 elmi məqalələr jurnalı redaksiya heyətinin üzvüdür. Ukrayna (özəl) elmlər akademiyasının akademikidir. === Mükafatları === Ukraynanın Əməkdar Təhsil işçisi; Azərbaycan Respublikası "Tərəqqi" medalı; "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalı və s.
Asəf İsgəndərov (professor)
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Aydın Hacıyev (professor)
Aydın Cəfər oğlu Hacıyev — professor. == Həyatı == Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V.İ.Lenin adına (indiki N.Tusi adına) ADPÜ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir. A.Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M.Rəfilidən, akademik Ə.Dəmirçizadədən, professor A.Abdullayevdən, S.Əfəndiyevdən, professor Ə.Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A.Hacıyev 1957-62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim sonra isə direktor vəzifəsində çalışmışdır. A.Hacıyev 1962-ci ildə V.İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, V-VIII siniflərdə lirik şerlərin tədrisi metodikası adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən o, bir alim kimi H.Tusi adına ADPU –nin fiologiya fakültəsində həm müəllim kimi, həm də tədqiqatçı kimi fəaliyyətə başlamışdır. Aydın Hacıyev 1975-ci ildən başlayaraq “Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920-1960)” adlı doktorluq dissertasiyası üzərində işləmişdir.
Aydın Kazımzadə (professor)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Aydın Ələkbərov (professor)
Aydın Qulam oğlu Ələkbərov (24 dekabr 1930) — tanınmış alim, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü. == Əsas elmi nailiyyətləri == Leksik semantikanın sistem struktur təhlili, mürəkkəb fel əmələgətirmə qaydalarının şərhi. Azərbaycan dilindəki fonemlər tərkibinin fonoloji cəhətdən əsaslandırılması. == Əsas elmi əsərlərin adları == Самоучитель азербайджанского языка. 1977. Фонематическая система современного Азербайжанского языка. Баку, 1971. Лексическая семантика простых глаголов в современном Азербайжанском языке. Баку, 1983. Rus dilinin qrammatikası.
Azad Məmmədov (professor)
Azad Məmmədov — İngilis dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru. == Təhsil və peşə fəaliyyəti == Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1979–1984) Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1985–1989) Moskva Dövlət Xarici Dillər İnstitutu (1990) Dissertasiya mövzusu "The construal role of English articles in text", researched under supervision of Prof. L.A. Chernyakhovskaya. == Akademik fəaliyyəti == Nəzəri dilçilik Tətbiqi dilçilik Koqnitiv dilçilik Diskurs təhlili == Elmi nəşrlər == Дейктические особенности некоторых английских наречий в дискурсе.The Deictic peculiarities of some English adverbs in discourse Вестник Московского Государственного Лингвистического Университета, Вып.553,2009, The Journal of Moscow State Linguistic University, Issue 553, 2009 The issue of plurilingualism and language policy in Azerbaijan. In. Sociolinguistics in Azerbaijan: New Perspectives of Language and Society(ed. J.Garibova and K. Zuercher), International journal of the Sociology of Language. 198. Berlin, New York: Mouton de Gruyter, 2009 Metaphors in the American and Russian political discourse. RASK Journal, 4, Institute of Language and Communication, the University of Southern Denmark, 2010 Diskurs təhlilinin koqnitiv perspektivləri.
Azər Xudiyev (professor)
Xudiyev Azər Manaf oğlu — otorinolarinqoloq, Azərbaycan Tibb Universitetinin professoru. == Həyatı == == Təhsili == Azər Xudiyev 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatr ixtisasını oxumuşdur. 1984-cü ildə Qazaxıstanda "Uşaqlara otorinolarinqoloji xidmət"ində 3 ay müddətdində təlim keçmişdir. 1985-1989-cu illərdə İ.M.Secenov adına I Moskva Tibb Universitetində Otorinolarinqoloq ixtisasına yiyələnmiş, həmin illərdə: 1985-1988-ci illərdə "Endoskopik cərrahiyyə" İ.M.Secenov adına I Moskva Tibb İnstitutu təlimlərində iştirak etmişdir. == İş fəaliyyəti == 1983-1985-ci illərdə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında həkim-LOR, 1985-1988-ci illərdə İ.M.Secenov adına I Moskva Tibb İnstitutunda aspirant, 1994-2007-ci illərdə ATU-da dosent, 2007-ci ildən Azərbaycan Tibb Universitetinin professoru, 1996-cı ildən bu günədək isə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Baş həkimi vəzifəsindədir. == Üzv olduğu qurumlar == “Sağlamlıq” jurnalı, Azərbaycan, Bakı Redaksiyası; “Российская Оториноларингология“ jurnalı, Sankt- Peterburq, Rusiya Redaksiyası; “Детская оториноларингология” jurnalı, Rusiya Moskva, Redaksiyası; “Pediatriya” Azərbaycan, Bakı Redaksiya heyətinin üzvü olmuşdur.
Balabəy Əlibəyov (professor)
Əlibəyov Balabəy İsa oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935-1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954-1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977-1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B.İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Camal Əhmədov (professor)
Camal Məhərrəm oğlu Əhmədov (1 yanvar 1928, Aşağı Əskipara, Qazax rayonu – 5 noyabr 1999, Bakı) — alim, Azərbaycan ədəbiyyatının tədrisi sahəsində görkəmli mütəxəssis, pedaqoji elmlər doktoru (1970), professor (1971). == Həyatı və elmi fəaliyyəti == Camal Məhərrəm oğlu Əhmədov 1928-ci il yanvar ayının 1-də Qazax qəzasının Aşağı Əskipara kəndində anadan olmuşdur. 1935-ci ildə kənd orta məktəbinə getmişdir. 1945-ci ildə Şamxor rayonu Nizami adına Morul kənd məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirmiş, Bakının təhsil ocaqlarında əmək fəaliyyətinə başlamışdır.1952-ci ildə əmək fəaliyyətini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) davam etdirmiş, Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1954-cü ildə "Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsi üsulları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası sahəsində müdafiə olunmuş ilk elmi əsər hesab olunur.1954–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi işləmişdir. 1968–1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında davam etdirmişdir. 1970-ci ildə "Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru elmi rütbəsini almışdır.1998-ci ildə anadan olmasının 70 illiyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilmişdir.Camal Əhmədov 1999-cu il noyabr ayının 5-də Bakı şəhərində vəfat etmişdir.
Cəbrayıl Hüseynov (professor)
Cəbrayıl Ələkbər oğlu Hüseynov (13 yanvar 1914 – 1969) — Kimya elmləri doktoru, professor. == Həyatı == Cəbrayıl Hüseynov 13 yanvar 1914-cü ildə anadan olmuşdur. O, 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir. == Fəaliyyəti == Cəbrayıl Hüseynov 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. O, çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir. C.Ə.Hüseynov uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Onun əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtgü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur. C.Ə.Hüseynov 1961-1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda “Kimya texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir.
Cəlil Xəlilov (professor)
Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir. == Ədəbiyyat == Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
Elşad Quliyev (professor)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib.Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), tarix elmləri namizədi (1991), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olmuşdur.
Professor
Professor (lat. profiteri – özünü ictimaiyyətə müəllim kimi təqdim etmək) — elmi ad. == Haqqında == İlk dəfə "professor" termini eradan əvvəl I əsrin ortalarında Roma imperiyasında işlədilib. XVI əsrdən rəsmi statusdur (ilk dəfə Oksford universitetində). Bir sıra ölkələrdə (Avstriya, Belçika və s.) yalnız ali məktəblərin deyil, həm də orta məktəblərin, ABŞ-da isə kolleclərin müəllimləri də professor adlanır.Azərbaycan Respublikasında professor adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilir.
Professor Moriarti
Professor Ceyms Moriarti (ing. Professor James Moriarty) — Şerlok Holms haqqında əsərlərin baş mənfi personajı, güclü kriminal təşkilatın rəhbəri, kriminal dünyanın dahisi. O ancaq "Sonuncu iş" hekayəsində peyda olsa da, bir çox hekayələrdə törədilən cinayətlərin arxasında məhz onun durması şübhəsizdir. Artur Konan Doyl Şerlok Holmsu öldürmək istəyərkən bunu məhz Moriartinin əli ilə etmişdi. Hesab olunur ki, o Moriarti personajını məhz bu səbəbdən yaratmışdı. "Sonuncu iş" hekayəsində Holmsla Moriarti Reyxenbax şəlaləsinə yıxılsalar da, Holms bu qarşıdurmadan sağ çıxır. == Personajın təsviri == "Şerlok" adı kimi "Moriarti" də qədim irland adıdır və irland köklərinə malik olan Artur Konan Doyl tərəfindən əsərlərdə irland adlarından istifadə edilməsində qeyri-adi heç nə yoxdur. "Sonuncu iş" hekayəsində Şerlok Holms öz düşmənini "Professor Moriarti" adlandırır və onun adını bizə söyləmir. Şerlok Holmsun "dirilərək" qayıtdığı "Boş ev" hekayəsində isə məşhur detektiv öz düşmənini "Professor Ceyms Moriarti" adlandırır.Şerlok Holms onu belə təsvir edir: Bəzi müəlliflər hesab edirlər ki, burada "kiçik universitet" dedikdə, Lids Universiteti nəzərdə tutulur, bəziləri isə Durham Universitetini təklif edirlər. Hadisələrin "Sonuncu iş" hekayəsindən əvvəlki illərdə cərəyan etdiyi 1914-cü ildə yazılmış "Dəhşətlər dərəsi" povestində Moriarti haqqında deyilir ki, o "Avropanın ən parlaq zəkası kimi cəhənnəm qüvvələrinə rəhbərlik edir", habelə burada professorun xarici görünüşü inspektor Makdonaldın dilindən təsvir olunur: "Onun arıq sifəti, boz saçları və mübaliğəli nitqi var.
Professor İks
Professor Çarlz Frensis Xavier (ing. Charles Francis Xavier) və ya Professor İks (ing. Professor X) — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır. Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir.
Elçin Əhmədov (professor)
Əhmədov Elçin İldırım oğlu (28 iyul 1968, Şuşa) — siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri. == Təhsili və əmək fəaliyyəti == 1968-ci il, iyulun 28-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1974–1984-cü illərdə Şuşa şəhər 4 №li orta məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, BDU-da doktoranturaya qəbul olmuş və 1999-cu ilədək Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasında çalışmışdır. 1999-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyir. O, həmin kafedranda 2001-ci ildən baş müəllim, 2006-cı ildən dosent, 2017-ci ildən isə beynəlxalq münasibərlər istisası üzrə professor vəsifəsində işləyir. Eyni zamanda, 2001–2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində dekan müavini, 2017-ci ildən isə həmin fakültədə dekan vəzifəsində çalışmışdır. 2022-ci ildə Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri vəzifəsinə təyin edilmişdir. E. İ. Əhmədov 2001-ci ildə "Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə "Azərbaycan Respublikasının beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 2.30 Dissertasiya Şurasının üzvü, Şurannın nəzdindəki "Beynəlxalq münasibətlər" ixtisası üzrə Elmi seminarın sədridir.
Elçin Əliyev (professor)
Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru. == Həyatı == Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib.1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər. 1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bu iş Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edildiyi vaxtdan 1917-ci ilin oktyabr ayınadək bazar iqtisadiyyatının formalaşma tarixini əks etdirən ilk cəhdlərdən biridir.
Faiq Abdullayev (professor)
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. == Elmi nailiyyətləri == Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi == Elmi əsərləri == Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. == Mükafatları == 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — Şablon:"Qırmızı əmək bayrağı" ordeni (SSRİ) "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı == Xarici keçidlər == ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov . 2005.

Digər lüğətlərdə

благови́дный защёлка подрывно́й попасти́ соболе́знование твёрдость в общей сло́жности волопа́с околотеатра́льный ошпа́риваться пересогласо́вывать слу́пливать усмири́ться чернобрю́хий араху anthroponomy dun empiristic inanimation nerved picture-size repurchase вальсировать вынос незначительность