PROLETARİAT

Roma respublikasının mövcudluğunun ilk mərhələsində yüksək dövlət vəzifələrini tuta biləcək tanınmış əsilzadə ailələrinin üzvləri özlərini patrisi adlandırırdılar (latınca “paper”, yəni “ata” sözündən). Dövlət vəzifələri tutmağa layiq olmayan, aztanınan və nüfuzu aşağı olan ailələr isə plebeylər (yəni sadə insanlar) idi.

Plebeylər e.ə. 494-cü ildə qaldırdıqları qiyamdan sonra dövləti patrisilərlə birlikdə idarə etməyə başladılar. İctimai piramidanın ən aşağı pilləsini isə, ümumiyyətlə, heç bir hüquqları olmayan qullar tuturdu. Hakim siniflə qullar arasında mövcud olan nəhəng uçurumu isə azad insan kimi yaşayan romalılar doldururdular. Onların yeganə hüququ səsvermə hüququ idi.

Dövləti idarə eləyənlər hesab edirdilər ki, bu təbəqənin nümayəndələri Roma üçün yeni işçi qüvvəsi və əsgər doğub-törətməkdən başqa heç bir xeyir vermirlər. Onlar, sadəcə, “uşaq istehsal edənlər” (yəni proletariat) idilər.

1848-ci ildə Karl Marks özünün “Kommunist partiyasının manifesti”ndə bu sözü dirçəldərək yaşadığı dövrün aşağı zümrəsinin nümayəndələrinə şamil etdi. Onun fikrincə, bu zümrəni fəhlələr təmsil edirdi. Beləliklə, “proletariat” sözü “fəhlə sinfi” sözünün, “proletar” isə “fəhlə” sözünün sinoniminə çevrildi. “Kommunist partiyasının manifesti” bu sözlərlə bitir: “Bütün ölkələrin proletarları, birləşin!” (Ayzek Azimov. Sözlərin tarixi)

PROQNOZLAŞDIRMA
PROLÜVİ
OBASTAN VİKİ
Proletariat diktaturası
Proletariat diktaturası (rus. Диктату́ра пролетариа́та) —marksist nəzəriyyəyə görə, fəhlə sinfinin maraqlarını əks etdirən siyasi hakimiyyət forması. == Proletar Diktaturası == Marksizmə görə bir yerdə sinfi bərabərsizlik varsa,orada o sinfin diktatorluğu vardır.Lakin proletariat diktatorluğu cəmiyyətin çoxunu əhatə edən işçi və əməkçilərin ancaq özlərininn istismarçı azlığa qarşı uyğuladığı bir diktatorluqdur.Beləliklə bu yardılmış idarə forması işçi və əməkçi sinif üçün demokratiya,istismarçı azlıq üçün isə diktatorluqdur.Eynən bu gün də (sözdə kapitalist demokratiya) bir qrup sömürücü kapitalist üçün demokratiya,cəmiyyətin istismar edilən çoxluğu üçün isə diktator olması kimi.Marksizmdə diktatorluq qavramı bir siyasi idarə etmə forması deyil,sinif üstünlüyünü başa salır.Proletariat diktaturasında cəmiyyətin istismarçı çoxluğunu yaradan əməkçi siniflərə dönük bir basqı və zorbalıq ola bilməz.Onlar daha öncə heç yaşamadıqları qədər azadlığa və demokratiyaya qovuşacaqlar.Özləri istehsal edib,özləri idarə etməyə başlayacaqlar.Ancaq köhnə əzən və istismar edən sinif olan azlıqlar öz idarəçiliyinə yenidən qovuşmaq üçün işçi və əməkçi idarə formasına qarşı yürütdüyü fəaliyyət zamanı,işçi sinfi bunun qarşısını almaq üçün təbii olaraq hər cür tədbiri alacaq və gərəkli olduğunda zora da əl atacaqdır.

Значение слова в других словарях

бормоту́шка влеза́ние вышеизло́женный националисти́чески объя́вленный сконфу́зиться второ́е дно голубизна́ добива́ть законове́дение машина́льно отчлени́ться абаза Antipodes belaud calville damage-feasant disconnected hammer-work heart-service self-mutilation twicer unlikely ВЛКСМ цветик