PROTESTANTİZM
PROTEZ
OBASTAN VİKİ
Protestantlıq
Protestantlıq (latınca: protestans - etiraz edən) — pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri. Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının lüteranlarının sayı hal-hazırda 85 milyona yaxındır. Bir çox Avropa ölkələrində olduğu kimi də Fransada da protestanlar və katoliklər arasında ciddi mübarizələr geniş yer almışdı. 1572-ci ildə katoliklər protestantlara qarşı əməliyyat hazırlamışdılar. 24 avqust tarixində “Varfolomey gecəsi” adı altında tarixə düşən dəhşətli qətliam katoliklər tərəfindən törədilmişdi.
Azərbaycanda protestantlıq
Azərbaycanda protestantlıq - Xristianlığın başlıca cərəyanlarından olan protestanlığın Azərbaycan ərazisində yayılması və keçmiş olduğu tarixi dövrü özündə ehtiva edir. Amerika Birləşmiş Ştatlarında yerləşən Pew Research Center-in (azərb. Pev Araşdırma Mərkəzi‎) məlumatına görə 2010-cu ildə Azərbaycanda 20 min nəfərə yaxın protestantlıq inancında olan şəxs yaşamaqdadır. Con Meltonun dünya dinləri ensiklopediyasında isə Azərbaycanda 7 min ənənəvi və 10 min kilsəsiz icma olmaqla ümumilikdə 17 min prtestantın yaşadığı göstərilmişdir.Azərbaycan ərazisində protestantlığın yayılması XIX əsrin əvvəllərində Cənubi Qafqaz bölgəsinə etnik almanların köçülüməsi və Azərbaycan ərazisində alman koloniyalarının yaradılmasından sonra baş vermişdir.
Yaponiyada protestantlıq
Yaponiyada protestantlıq xristianlığın ən az yayılmış cərəyanlarından biridir. Yaponiyadakı protestant məzhəblər və təşkilatlar Yaponiya Xristian Kilsələri Assosiasiyasının ikinci dərəcəli komitəsi olan Yaponiya Milli Xristianlıq Şurasında iştirak edirlər. Hazırda Yaponiyada 300-ə yaxın protestant qrup fəaliyyət göstərir. == Tarixi == === XIX əsr === Yaponiyanın protestantlıq ilə ilk tanışlığı XIX əsrdə baş verib. 1837-ci ildə Yaponiya ilə ticarət etməyə cəhd edən, lakin uğursuz olan ABŞ-yə məxsus Morrison gəmisinin göyərtəsində protestant missionerlər var idi. 1846-cı ildə Bernard Bettelheym Okinavanın Naha şəhərində missionerliyə başlamış və buradakı ilk protestant missioner olmuşdur.1858-ci ildə ABŞ-la imzalanan Harris müqaviləsi ölkələr arasında dini əlaqələrin qurulmasına gətirib çıxarmışdır. Nəticədə, 1859-cu ildə Yaponiyaya ilk amerikalı protestant missionerlər gəlmişdirlər. Onların arasında episkopalian M.Vilyams, holland islahatçı missionerlər Quido Verbek və Samuel Braun, presbiterian Ceyms Körtis Hepbörn və baptist Conatan Qobl var idi. İlk 10 il ərzində Yaponiya protestantlıq 4 məzhəblə təmsil olunmuşdur: Holland İslahat Kilsəsi, Anqlikan-Episkopal Kilsəsi, Presbiterian Kilsəsi və Amerika Baptizm Azad Missiya Cəmiyyəti. Bu dövrdə protestantlıq Yaponiyada çox az sürətlə yayılırdı: 1872-ci ilə kimi cəmi 5 yapon baptizmi qəbul etmişdi.
Çində protestantlıq
== Çində protestantlıq == Protestantlıq Çində XIX əsrdə yayılmışdır. 1842-ci ildən 1932-ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri yaranmışdır. 1900-cü il "Boksçular" üsyanından sonra protestant missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, xəstəxana və digər müəssisələr açmışdılar. Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin xalqının və vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb olurdular. 20-ci əsrin əvvəlində bir neçə uzaqgörən Çin liderləri ölkəsinə və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o dövrdə həyata keçirmək hələ mümkün deyildi. 1950-ci ilin yayında 40 görkəmli Çin xristianı "Yeni Çinin yaradılması üçün Çin xristianlarının etməli olduqları cəhdlər" deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də ruhani olmayanları öz kilsələrini təbliğ etməyə və maliyyə münasibətlərində dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu prinsiplər sonralar "üçqat müstəqillik" kimi məşhur olmuşdur.

Значение слова в других словарях

вершки́ зага́дочность мотиви́рованность неодобри́тельность письмоводи́тельство подне́сь подпля́сывать радиолока́ция ратификацио́нный феноменали́стский физико-техни́ческий айма́к дождеме́р трёхцве́тный chinse cruddy electrooptics Panjabi Sahel statued unfeminine всхожесть зашибиться параллелизм психовать