psixika
psixoloji
OBASTAN VİKİ
Affekt (psixologiya)
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. == Affekt halının formaları == Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. == Affekt halının fizioloji əlamətləri == Ürək döyüntüsünün artması Təngənəfəslik Boğazda qəhər Əzələlərdə spazm və gərginlik Tez yorulma Ağrılar Yuxu pozuntusu İştahasızlıq Ürəkbulanması, qusma Cinsi gücsüzlük, tez boşalma Qaşınma, soyuq və isti tərləməAffekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Affirmasiya (psixologiya)
Affirmasiya və ya təlqin (lat. affirmatio — təsdiq etmə) — müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılması. Konsepsiya Rhonda Byrne-nin “SİRR” (2006-cı il filmində də yayımlanmış) kitabı ilə məşhurlaşdı. Bu kitablar Napoleon Hill-in “Düşün və zənginləş” kitabına bənzər ideyaları izah edir. Birn, qismən Uolles D. Uotlsun 1910-cu ildə yazdığı, 1910-cu ildə yazılmış “Zəngin Olma Elmi” kitabından ilham almışdır. Təsdiqlər həmçinin neyro-linqvistik proqramlaşdırmada (NLP), Anthony Robbins tərəfindən populyarlaşdırılan "NAC" neyro-assosiativ kondisionerdə və hipnozda qeyd olunur.Bununla bağlı inanc ondan ibarətdir ki, yüksək mənəvi şüura malik insanların müəyyən kritik kütləsi bütün əhalidə qəfil dəyişikliklərə səbəb olacaqdır. Və insanların müsbət yaradıcı fəaliyyətlərdə iştirak etmək və özlərini, bir-birlərini və Yer kürəsini sağaltmaq üçün işləmək məsuliyyəti var. 1984-cü ildə dini tədqiqatlar üzrə mütəxəssis olan Louise Hay, düşüncələri və inancları dəyişdirmək üçün bələdçi olan "Həyatınızı sağalda bilərsiniz" kitabını nəşr etdi. Hayın təsdiqləri istifadəçiyə öz düşüncə tərzini yenidən proqramlaşdırmağa kömək etmək məqsədi daşıyır, yəni Hayın psixoloji cəhətdən xəstəliyə kömək etdiyinə inandığı zərərli əsas inanclar müalicəvi inanclarla əvəzlənəcək və beləliklə, sağalma qarşısındakı maneə aradan qaldırılacaqdır. == Affirmasiyanın düzgün tərtib edilməsi == Affimasiyanın təkrar edilməsi nəticəsində əldə olunan effekti maksimallaşdırmaq məqsədilə aşağıdakı qaydalara riayət edilməlidir: Fikir indiki zamanda və fakt şəklində formalaşdırılmalıdır.
Analitik psixologiya
Analitik psixologiya - psixodinamik istiqamətlərədn biri. Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanı kompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Atribusiya (psixologiya)
Atribusiya bir sosial psixologiya nəzəriyyədir. İlkin formasında Amerika psixoloqu Fris Hayder (Fritz Heider) tərəfindən 1944-46-cı illərdə təqdim edilmişdir və insanların, özlərinin və başqalarının davranışlarını necə qəbul etdiklərini, hansı səbəblərlə bağladıqlarını izah edir. Teoriya 60-cı illərdə Harold Kelley, Edward E. Jones və Lee Ross tərəfindən inkişaf edilmişdir. Atribusiya nəzəriyyəsinə görə əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışından fərqlənirsə, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışına bənzəyirsə biz onun hərəkətlərini daxili (internal) faktorlarla, xüsusiyyətlərlə, meyllərlə izah edirik. Əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışına bənzəyir, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışından fərqlənirsə onda biz onun hərəkətlərini xarici (eksternal) faktorlarla, situasiyanın təsiri ilə izah edirik. Məsələn, peşəkar fəaliyyəti zamanı kolleqasının tənqidi ilə üzləşən və bu irada çox sərt reaksiya verən bir şəxs təsəvvür edək. Əgər bu şəxs əvvəllər də işinə tutulan iradlara kəskin mənfi münasibət göstəribsə, biz onun son situasiyadakı hərəkətini onun tənqidə barışmaz münasibəti və bəlkə də işində inkişafa nail olmaq istəməməsi ilə, səbirsiz olması ilə, başqa sözlə onun personal xüsusiyyətləri ilə izah edirik. Lakin əgər, həmin şəxs əvvəllər ona tutulan iradlara müsbət yanaşıbsa, səbirlə öz pozisiyasını izah edibsə, tənqid doğru olduqda işində düzəliş edibsə, bu şəxsin son situasiyadakı hərəkətini biz onun öz işində keyfiyyətə nail olmaq üçün bacardığını etdiyi halda istədiyi nəticəni ala bilməməsi ilə və ya tənqidin doğru olmaması ilə, başqa sözlə, xarici faktorlarla izah edirik. == Mənbə == Heider, Fritz. (1958).
Avtomatizm (psixologiya)
Avtomatizm — şüur nəzarəti olmayan hərəkət. Əzəli qeyri-iradi olan fizioloji proseslərdən (tənəffüs, ürək fəaliyyəti və s.) fərqli olaraq, psixi hərəkətlər əvvəlcə şüurun nəzarəti altında icra olunur və yalnız tədricən, mümarisə sayəsində vərdiş halına keçdikdən sonra avtomatlaşır (məsələn, yerimək, danışmaq, yazmaq və s.).
Azərbaycanda psixologiya
Azərbaycanda psixologiya — fikrinin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. == Elməqədərki psixoloji fikirlər == Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir. Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiya və ya "güzarən psixologiyası" da adlandırırdılar. Onlar yazırlar: "Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verimiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir." Onlar daha sonra yazırlar: "Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur."İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bnun üçün müşahidələr aparmışlar.
Differensial psixologiya
Differensial psixologiya — Psixologiyanın xüsusi sahələrindən biridir. Psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. "Diferensial psixologiya" termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş, daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur. == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. == Tarix == === İlkin eksperimental psixologiya === ==== Vilhelm Vundt ==== Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. ==== Çarlz Bell ==== Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Genetik psixologiya
Genetik psixologiya — Psixologiyanın xüsusi sahələrindən biri. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir. == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Kompleks (psixologiya)
Kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır. Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun. İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s. Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur . Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
Koqnitiv psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
Makyavelizm (psixologiya)
Makyavelizm - emosional soyuqluq, əxlaqi məsələlərə laqeydlik kimi xüsusiyyət ilə xarakterizə olunan psixoloji vəziyyət. Makyavelizm narsissizm və psixopatiya ilə birlikdə "qaranlıq üçlü" (ing. the dark triad) modelini əmələ gətirir. Makyavelistlər öz məqsədlərinə çatmaq üçün yalan danışmaq, aldatmaq kimi mənfi hərəkətdənlər çəkinməz, etdikləri hərəkətlər üçün vicdan əzabı duymaz. Onların manipulyasiya qabiliyyətləri yüksəkdir, digər insanları ələ salmağa meyillidirlər. Əsasən kişilərin makyavelist olmaq ehtimalları qadınlarınkından yüksəkdir. Makyavelizm termini 1970-ci illərdə Kolumbiya Universitetindəki bu sahə ilə bağlı araşdırmalardan sonra populyarlıq qazandı.
Münasibət (psixologiya)
Psixologiyada münasibət bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır.Münasibət insanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Bu konkret və ya mücərrəd olan bir şey haqqında ola bilər. Bununla belə, münasibətin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn, Eagly və Chaiken, münasibəti "müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyl" kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir kimi təyin etmək adi hal olsa da, affekt (yəni, diskret emosiyalar və ya ümumi oyanış) ümumiyyətlə münasibət obyektini formalaşdırmaq üçün istifadə edilən qiymətləndirmə strukturu kimi başa düşülür. Münasibət münasibət obyektlərinə diqqətə, məlumatın kodlaşdırılması üçün kateqoriyalardan istifadəyə və münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Bu təsirlər əlçatan olan və mükəmməl dəstəkləyici bilik strukturuna əsaslanan güclü münasibətlər üçün daha güclü olur. Təsirin davamlılığı və təsiri evristikanın ardıcıllığından yaranan gücdən asılıdır. Münasibətlər, hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə, məlumat, diqqət və davranışların kodlaşdırılmasına rəhbərlik edə bilər. == Təriflər == Münasibət-sosial psixologiyada münasibət son dərəcə mənfidən son dərəcə müsbətə doğru dəyişən münasibət obyektinin qiymətləndirilməsidir.
Məqsəd (psixologiya)
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Psixologiya
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat, az.-əbcəd روحيات‎) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. == Psixologiyaya tarixi baxış == Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, "ruh haqqında" adlanır.
Pedaqoji psixologiya
Pedaqoji psixologiya - Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. == Predmeti == Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir. == Vəzifələri == Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar. Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.
Sosial psixologiya
Sosial psixologiya — psixologiya elminin mühüm sahələrindən biridir.Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir. Sosial psixologiyanın tədqiq edib əldə etdiyi biliklər müxtəlif sahələrdə böyük praktik əhəmiyyətə malikdir. Devid Mayersə görə, sosial psixologiya - insanların bir-biri haqqında necə fikirləşdiyini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir.Q.Andreyevaya görə sosial psixologiyanın 3 mühüm sahəsi vardır: Qrupların sosial psixologiyası; Ünsiyyətin sosial psixologiyası; Şəxsiyyətin sosial psixologiyası. == Sosial psixologiyanın tarixi == Sosial psixologiya elminin tarixi sosial-psixoloji biliklərin tarixindən daha "cavandır". Sosial psixologiyanın elmi inkişaf tarixini müəyyənləşdirməyin çətinliyi onunla əlaqədardır ki, bu elm müxtəlif mənbələrin təsirilə formalaşıb, sosial-psixoloji biliklərin hansı fənnlərin daxilində və hansı fənnlər arasında meydana gəldiyinin dəqiq müəyyən etmək mürəkkəbdir. Sosial psixologiyanın müstəqil sahə kimi yaranmasında ikili səbəblər rol oynamışdır: həm sosial, həm də nəzəri. Onun müstəqil elm kimi statusunun meydana çıxması 1908-ci ilə təsadüf edir. həmin il eyni zamanda Avropada V.Makduqollun "Sosial psixologiyaya giriş", Amerikada isə E.Rossun "Sosial psixologiya" kitabları nəşr olunmuşdur. Ümumiyyətlə, sosial psixologiya tarixində üç dövrü fərqləndirmək olar: I dövr - fəlsəfə və ümumi psixologiya sahələrində biliklərin toplanması dövrü ( e.ə. VI əsrdən b.e XIX əsrinədək) II dövr - təsviri sosial psixologiyanın fəlsəfənin (sosiologiya) tərkibindən ayrılma dövrü (XIX əsrin 50-60-cı illəri - XX əsrin 20-ci illəri) III dövr - sosial psixologiyanın müstəqil elm kimi formalaşma dövrü ( XX əsrin 20-ci illəri) və onun müasir inkişafı == Qrupların sosial psixologiyası == Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-birinə bağlı olan insanların nisbətən səbatlı birliyidir.
Transpersonal psixologiya
Transpersonal psixologiya, insan ağlının transsendental və ya mənəvi cəhətlərini araşdıran psixologiya məktəbidir. Dini dəyişmə, fərqli şüur vəziyyətləri, trans (keçid) və digər mənəvi fəaliyyətləri araşdıran transpersonal psixologiya müasir psixologiya nəzəriyyələrini mistisizmin müxtəlif formaları ilə birləşdirmə cəhddir. Transpersonal psixoloqlar transspersonal psixologiyanı psixoanaliz, funksionalizm və humanist psixologiya kimi digər psixoloji cərəyanların tamamlayıcısı kimi qəbul etmişlər. Karl Qustav Yunq və bir sıra digər psixoloqlar öz əsərlərində mənəvi və transpersonal aspektlər qeyd etmişdir. Bununla birlikdə transpersonal psixologiyaya insan psixikasının fərdi və inkişaf aspektlərinə dair tədqiqatlar aparan psixoloqlar tərəfindən laqeyd yanaşılmışdır. == Transpersonal Psixologiyanın meydana gəlməsi == Tranpersonal psixologiyanın qurucuları olan şəxslər eyni zamanda psixologiya elminin də öncülləri hesab olunur. Həmin tədqiqatçılara misal olaraq Uilyam Ceyms, Ziqmund Freyd, Otto Rank, Karl Qustav Yunq, Abraham Maslau və Roberto Asocoli (Roberto Assagioli) kimi şəxslərin adlarını qeyd etmək mümkündür. Transpersonal termini ilk dəfə Uilyam Ceyms tərəfindən 1905-1906-cı illərdə Harvard Universitetində semestr dərsləri üçün tutduğu qeydlərdə istifadə edilmişdir. Bu psixologiya məktəbinin yaranmasında ən vacib amillərdən biri də 1960-cı illərdə Abraham Maslaunun humanistik cərəyan və insanın dərini təcrübə fəaliyyətlərinə dair olan tədqiqatlarıdır. Bundan sonra termindən humanistik cərəyanın daxilində yerləşən fərqli bir psixoloji məktəbi üçün istifadə olunmağa başlandı.
Yaddaş (psixologiya)
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Özgələşmə (psixologiya)
Özgələşmə (ing. dissosiasiya) — psixi müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif etmişdir. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. == Təsviri == Özgələşmə — geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.
Ümumi psixologiya
Ümumi psixologiya — psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri-tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunlarının müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri-praktik məsələlərinin öyrənilməsi onun başlıca vəzifəsidir.
İdraki psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
İntellekt (psixologiya)
İntellekt (ing. intelligence ~ ru. интеллект, интеллектуальный ~ tr. zeka, zeki) İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. 1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər, "düşüncəsiz" olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir. 2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı.
Aviasiya psixologiyası
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır.İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü. 1944-cü ildə təyyarə buraxılışı 44 minə (Almaniyada isə işğal olunmuş ölkələrlə birlikdə 39,8 min) çatdırılmışdır.
BDU Sosial elmlər və psixologiya fakültəsi
Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tərkibində sosiologiya (Azərbaycan və rus bölmələri) və tarix-psixologiya, tarix və sosial-psixologiya, tarix-etnopsixologiya (Azərbay­can bölməsi) ixtisaslarına tələbə qəbulu keçirilmişdir. Bir il sonra həmin ixtisasların (sosiologiya və psixologiya) bazasında, habelə fəlsəfə və iqtisadi nəzəriyyə ixtisaslarından ibarət yeni fakültə – sosial elmlər və psixologiya fakültəsi yaradıldı. Sosial elmlər və psixologiya fakültəsində 1992–ci ildə sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası (sonralar bu ixtisas politologiya adlandırılmışdır) üzrə tələbə qəbulu keçirildi. Beləliklə, universitetdə beş yeni ixtisas üzrə kadr hazırlayan mürəkkəb quruluşlu tədris-elm strukturu - sosial elmlər və psixologiya fakültəsi təşəkkül tapdı. Fakültə yaradılarkən onun bilavasitə tabeliyində bir kafedra – fəlsəfə və sosiologiya kafedrası olmuşdur. Lakin fakültə hazırladığı ixtisaslara uyğun olaraq, öz fəaliyyətini bu kafedra ilə yanaşı, 1992-ci ildə ixtisas-buraxılış kafedralarına çevrilən daha üç ümumuniversitet kafedrasının (psixologiya, iqtisadiyyat, politologiya və sosiologiya kafedraları) bazasında təşkil etmişdir. Fakültənin fəaliyyət göstərdiyi illərin təcrübəsi tam aydınlığı ilə sübut edirdi ki, onun təşkilati strukturunun optimallaşdırılması zəruri tələbata çevrilmişdir. 1999-cu ilin iyununda fakültənin daha səmərəli işləməsi və təşkilati baxımdan möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır: BDU rektorunun əmri ilə psixologiya, pedaqogika, politologiya və sosiologiya, iqtisadiyyat, fəlsəfə tarixi və mədəniyyətşünaslıq, təbiət fakültələri üzrə fəlsəfə, humanitar fakültələr üzrə fəlsəfə kafedraları sosial elmlər və psixologiya fakültəsinin tərkibinə daxil edilmişdir. Hal-hazırda fakültədə on kafedra, iki laboratoriya, iki tədqiqat mərkəzi fəaliyyət göstərir.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi
Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tərkibində sosiologiya (Azərbaycan və rus bölmələri) və tarix-psixologiya, tarix və sosial-psixologiya, tarix-etnopsixologiya (Azərbay­can bölməsi) ixtisaslarına tələbə qəbulu keçirilmişdir. Bir il sonra həmin ixtisasların (sosiologiya və psixologiya) bazasında, habelə fəlsəfə və iqtisadi nəzəriyyə ixtisaslarından ibarət yeni fakültə – sosial elmlər və psixologiya fakültəsi yaradıldı. Sosial elmlər və psixologiya fakültəsində 1992–ci ildə sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası (sonralar bu ixtisas politologiya adlandırılmışdır) üzrə tələbə qəbulu keçirildi. Beləliklə, universitetdə beş yeni ixtisas üzrə kadr hazırlayan mürəkkəb quruluşlu tədris-elm strukturu - sosial elmlər və psixologiya fakültəsi təşəkkül tapdı. Fakültə yaradılarkən onun bilavasitə tabeliyində bir kafedra – fəlsəfə və sosiologiya kafedrası olmuşdur. Lakin fakültə hazırladığı ixtisaslara uyğun olaraq, öz fəaliyyətini bu kafedra ilə yanaşı, 1992-ci ildə ixtisas-buraxılış kafedralarına çevrilən daha üç ümumuniversitet kafedrasının (psixologiya, iqtisadiyyat, politologiya və sosiologiya kafedraları) bazasında təşkil etmişdir. Fakültənin fəaliyyət göstərdiyi illərin təcrübəsi tam aydınlığı ilə sübut edirdi ki, onun təşkilati strukturunun optimallaşdırılması zəruri tələbata çevrilmişdir. 1999-cu ilin iyununda fakültənin daha səmərəli işləməsi və təşkilati baxımdan möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır: BDU rektorunun əmri ilə psixologiya, pedaqogika, politologiya və sosiologiya, iqtisadiyyat, fəlsəfə tarixi və mədəniyyətşünaslıq, təbiət fakültələri üzrə fəlsəfə, humanitar fakültələr üzrə fəlsəfə kafedraları sosial elmlər və psixologiya fakültəsinin tərkibinə daxil edilmişdir. Hal-hazırda fakültədə on kafedra, iki laboratoriya, iki tədqiqat mərkəzi fəaliyyət göstərir.
Din psixologiyası
Din psixologiyası — insanlara xas olan dini həyatın müxtəlif aspektlərini araşdıran bir elm sahəsidir. Başqa sözlə, din psixologiyası dinin insan ruhundakı təməl xüsusiyyətləri və davranışında əks olunan təsir halları ilə əlaqədardır. Psixologiya duyğuların, düşüncələrin və davranışların elmi şəkildə araşdırılmasına yönəlmişdir. Din psixologiyası isə dini hisslərin, düşüncələrin və davranışların öyrənilməsinə yönəlmişdir. Din psixologiyası insanın dini həyatını bütün dərinliyi və genişliyi ilə dərk edib araşdırmaq, mənəvi hadisələrlə əlaqələrini göstərmək istəyir. Din psixologiyası dinin əmr və qadağalarını müzakirə etmir. Din psixologiyası yalnız dinin fərd üzərindəki təsirlərini araşdırır. Bu baxımdan dini hökmləri təsdiq və ya təkzib etmək məqsədi daşımır. Hadisələri elmi metodlarla mühakimədən uzaq bir şəkildə tədqiq edərək tənsif edir. Din psixologiyası normativ bir elm olmayıb, dini etiqad və həqiqətlərdə dəyər vəya mənəviyyat mülahizələrinə yol vermir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın «etnik psixologiya» adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: «xalqların psixologiyası», «milli xarakter», «milli ruh», hətta «etnik (etnoqrafik) psixologiya» (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X.Şteyntal, M.Lasarus, V.Vundt, Q.Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır . XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R.Benedikt, M.Mid, K.Klakxorn, R.Linton, K.Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.
Musiqi psixologiyası
Musiqi psixologiyası (ing. Music psychology) — Musiqişünaslığın bir bölməsi olub, Musiqi dilinin və musiqi əsərlərinin quruluşunun müxtəlif aspektlərinin öyrənilməsi üzrə Akademik dissiplinlər toplusu Elmi dissiplindir olmaqla yanaşı,eyni zamanda musiqini psixoloji qavramanın qanunauyğunluqlarını və onun insan psixikasının müxtəlif struktur komponentlərinə təsirini tədqiq edir. Buna görə musiqi psixologiyası araşdırmaları sahəsinə , o cümlədən , müxtəlif profilli sahələrdə, məsələn, Musiqi akustikası , Psixoakustika, Qavrayış Neyropsixologiyası , Qavrayış və Hərəkətin psixofiziologiyası, Estetika, Kulturologiya və s. sahələrdə tədqiqatlar da aid edilə bilər. Musiqi psixologiyası sahəsində elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır : Musiqi qabiliyyətlərinin psixologiyası; Musiqi duyumunun psixologiyası; Musiqi qavrayışının psixologiyası; Musiqi yaradıcılığının psixologiyası; Musiqi hadisələrinin psixoloji aspektləri. == Yaranma və inkişaf tarixi == Musiqi psixologiyasının problematikası özü-özlüyündə erkən antik dövrlərdən başlayaraq,musiqi incəsənətinin bütün inkişaf dövrlərində nəzərdən keçirilmişdir. Musiqi psixologiyası nöqteyi-nəzərindən ən vacib marağı Barokko dövrünün musiqisində yaranmış Affektlər Nəzəriyyəsi kəsb etmişdir ki, onun da araşdırmaçıları İohann İoahim Kvants , Maren Mersen , Afanasi Kirxer, İohann Qotfrid Valter , Klaudio Monteverdi , İohann Mattezon , Ciovanni Battista Bononçini, və Xristian Henrix Şpis olmuşlar. Affektlər nəzəriyyəsinə görə, bəstəkar yaradıcılığının məqsədi affektləri oyatmaq, cuşa gətirməkdir ki, onların qrupları arxasında da müəyyən musiqi üslubları və bəstəkarlıq yazısının digər vasitələri birləşirdilər.Affektlər nəzəriyyəsi təsvir olunurdu Afanasi Kirxerin "Musurgia universalis" (Səs və Musiqi haqqında) risaləsində fikrinə görə, affektlərin ötürülməsi hər hansı peşə texnikasına aid edilmirdi, əksinə, "simpatiya"nı idarə edən hansısa magik,sehrli hərəkət idi ki, o da, "insan ilə musiqi arasında" yaranırdı. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, o dövrün bir çox bəstəkarları , o cümlədən, Klaudio Monteverdi xüsusi olaraq, magiyanı öyrənirdi. Lakin məhz müstəqil elmi dissiplin qismində musiqi psixologiyası XIX əsrin ortalarından formalaşmağa başladı.
Mədəni-tarixi psixologiya
Mədəni-tarixi psixologiya-1920-ci illərin sonunda Lev Viqotski tərəfindən yaradılan və Şərqi Avropa və dünyanın başabaşında onun tələbələri və ardıcılları tərəfindən inkişaf etmiş psixologiya nəzəriyyəsi.Mədəni-tarixi psixologiyanın əsas xarakteri onun tendensiyası müxtəlif yanaşmalar və metodlardan yararlanma ilə insanlar haqqında biliklərin inteqrasiyası idi.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. == Fiziologiyası == Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.

Digər lüğətlərdə

академи́стка бушме́нский и́мпульсный китаеве́д накрича́ться окружа́ть отомща́ться полусве́т приду́шенно износи́ться культива́тор не́чисть обедне́ть сдви́жка толстощёкость кейф ahold arrect art brut Comoro Islands deflation idea man землевладение поклониться щербатый