PSİXOLOGİYA
PUBLİSİST
OBASTAN VİKİ
Psixoloji roman
Psixoloji roman - roman janrının insanın daxili aləmini, insan qəlbinin ən gizli tərəflərini açıb göstərən növüdür. Qəhrəmanların duyğu və düşüncələrinin, daxili hiss-həyəcanlarının ifadəsinə geniş yer verən, hadisələri qəhrəmanların davranışında əks etdirən romanlar psixoloji romanlar adlanır. Bütün romanlar hər vaxt "mən"in sirlərini araşdırıblar. İnsan xəyali bir adam, roman fiquru yaratdığı zaman ən təcrübəli yazıçı belə avtomatik olaraq bu sualı verir; bu "mən" nədir? "Mən"i necə araşdırmalı? Necə olur olsun, bir romanın ən birinci problemi budur. Bu suala verilən cavab roman tarixini dəyişik meyl və dövrlərə ayırmağımıza imkan verər və onun adi və ya psixoloji olduğuna qərar verər. Avropada yaşayan ilk romançılar psixologiyanın fərqində belə deyildilər. Bu cür romanın qabaqcıllarından olan Covanni Bokkaçço yalnız hadisələri və macəraları izah edərdi. Lakin izah etdiyi gülünc əhvalatların arxasında insanların bir-birlərinə bənzədiyi yeksənək həyatdan hərəkətləri ilə qopduqları anlayış dayanırdı.
Psixoloji silah
Psixoloji müharibə (sin. psixoloji əməliyyatlar) — düşmən qoşunlarına (qüvvələrinə) və əhaliyə onları ruhdan salmaq və müqaviməti dayandırmağa sövq etmək məqsədi ilə psixoloji təsir. Hərbi əməliyyatlara hazırlıq və/və ya hərbi əməliyyatlar zamanı həyata keçirilə bilər. SSRİ-də xüsusi təbliğat termini eyni mənada işlədilirdi. Qədim dövrlərdən bəri hökmdar və sərkərdələr müharibədə düşməni öz döyüş gücü ilə qorxutmağa çalışmışdır. Belə ki, məsələn Yunanıstana yürüşdən əvvəl - e.ə.480-ci ildə Əhəməni hökmdarı I Kserks ordusunun böyüklüyü ilə bağlı şayiələr yayaraq bəyan edirdi ki, “əgər bütün İran döyüşçüləri yaylarını atsalar, oxlar günəşin qarşısını kəsəvək”. O, hətta əvvəllər ona İran ordusunun çoxluğunu nümayiş etdirərək əsir götürülən yunan casusunu da öz başına buraxdı. Çingiz xan və Hannibal da hələ döyüş başlamazdan əvvəl, qəsdən "yeni gizli silahlar" - döyüş filləri, "odlu ilanlar", zəhərli tüstü və s. haqqında şayiələr yayırdılar. Əhəməni qoşunlarına qarşı çıxan afinalılar iranlı tərəfdarların sıralarını parçalamağa çalışırdılar.
Psixoloji triller
Psixoloji triller — ədəbiyyat və kino əsərlərində triller janrının növlərindən biri. Bu, mövzusunun diqqətəlayiq bir hissəsi əsas personajların psixologiyasını araşdırmaq olan filmləri və kitabları təsvir etmək üçün adətən istifadə olunur. Bu janr hadisələrin çoxsaylı növbələrindən istifadə edir ki, bunlardan insan daima sonrakı baxışlara maraq göstərmək hissini əldə edir. Yaxın dayan (serial, 2021) Bu şəhərdə kimsə yoxdur (serial) Дмитрий Комм. Формулы страха. Введение в историю и теорию фильма ужасов. СПБ: БХВ-Петербург. 2015. Уильям Индик. Психо-триллеры.
Psixoloji manipulyasiya
Psixoloji manipulyasiya — gizlilik, aldadıcılıq, zorakılıq istifadə edərək digər insanların qavrayışını (və ya davranışını) manipulyatorun maraqları üçün dəyişdirməyə yönəlmiş bir fəaliyyət növü olan sosial təsir tipi (və ya sosial-psixoloji fenomen Bu cür üsullar manipulyatorun maraqlarını digər insanların hesabına irəli sürdüyü üçün onları istismarçı, zorakı, vicdansız, qeyri-etik kimi nəzərdən keçirmək olar. Lakin, onun sosial təsiri heç də həmişə mənfi deyil. Belə ki, məcburi olmadığı və şəxsin onu qəbul etmək (və ya rədd etmək) hüququna hörmət etdiyi müddətcə zərərsizdir. Kontekstdən və motivasiyadan asılı olaraq sosial təsir gizli (və ya açıq) manipulyasiya ola bilər.
Psixoloji müharibə
Psixoloji müharibə (sin. psixoloji əməliyyatlar) — düşmən qoşunlarına (qüvvələrinə) və əhaliyə onları ruhdan salmaq və müqaviməti dayandırmağa sövq etmək məqsədi ilə psixoloji təsir. Hərbi əməliyyatlara hazırlıq və/və ya hərbi əməliyyatlar zamanı həyata keçirilə bilər. SSRİ-də xüsusi təbliğat termini eyni mənada işlədilirdi. Qədim dövrlərdən bəri hökmdar və sərkərdələr müharibədə düşməni öz döyüş gücü ilə qorxutmağa çalışmışdır. Belə ki, məsələn Yunanıstana yürüşdən əvvəl - e.ə.480-ci ildə Əhəməni hökmdarı I Kserks ordusunun böyüklüyü ilə bağlı şayiələr yayaraq bəyan edirdi ki, “əgər bütün İran döyüşçüləri yaylarını atsalar, oxlar günəşin qarşısını kəsəvək”. O, hətta əvvəllər ona İran ordusunun çoxluğunu nümayiş etdirərək əsir götürülən yunan casusunu da öz başına buraxdı. Çingiz xan və Hannibal da hələ döyüş başlamazdan əvvəl, qəsdən "yeni gizli silahlar" - döyüş filləri, "odlu ilanlar", zəhərli tüstü və s. haqqında şayiələr yayırdılar. Əhəməni qoşunlarına qarşı çıxan afinalılar iranlı tərəfdarların sıralarını parçalamağa çalışırdılar.
Psixoloji pozuntu
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Psixoloji pozğunluq

Azərbaycan psixoloji dram filmlərinin siyahısı
Sosial psixoloji tədqiqatların əsas metodları
Sosial psixologiyanın tədqiqat metodları və metodologiyası— Sosial psixologiyanın tədqiqat metodları dedikdə, bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur. Metod - elmin öz predmetinə yanaşma tərzi öyrənilməsi üsulları başa düşülür. Metod olan yerdə elm var, elm olan yerdə də metod var. Bütün elmlər öz predmetini müəyyən üsullarla öyrənirlər. Bu metod adlanır. Metodologiya - metodlar haqqında təlim deməkdir. Metod və loqos sözlərinin birləşməsindən yaranmışdır. Metodologiya dedikdə elmin öz predmetinə hansı fəlsəfə aspektən (baxımdan) yanaşması başa düşülür. Başqa sözlə desək şüurun gerçəklikdə baş verən hadisələrin necə dərk etməsi başa düşülür. Bu termin 3 mənada işlənilir: Tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur.

Digər lüğətlərdə