Puatu
publisist
OBASTAN VİKİ
Puatye (rayon)
Puatye (fr. Poitiers) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vyenna. Suprefektura — Puatye. Rayon əhalisi 2006-cı ildə 232 187 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 121 nəf / km². Rayon sahəsi — 1926 km².
Puatye Universiteti
Puatye Universiteti (fr. Université de Poitiers) — Fransa Respublikasının Puatye şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1431-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Puatye döyüşü
Puatye döyüşü — 1356-cı ildə Fransa ve İngiltərə arasında baş vermişdir. Döyüş yüzillik müharibədə ingilislərin üstünlüyü ilə nəticələnmişdir. Bu müharibədən sonra ingilislər Fransanın şimal-qərb torpaqlarını ələ keçirdilər və bu döyüş nəticəsində Fransa dövləti zəifləmişdir. Bu müharibədə Fransızların məğlub olması 2 il sonrakı Jaklar (Jakeriya) üsyanının səbəblərindən biridir.
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Ket-Aylend (Baham adaları), Baham adaları və ya Mayami, Florida – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Henri de Puatye
Henri de Puatye və ya Antioxiyalı Henri (fr. Henri de Poitiers; 1210 – iyun 1276, Sur) — 1263-cü ildən 1264-cü ilə qədər Yerusəlim krallığını idarə edən səlibçi əsilli zadəgan. O, qardaşı oğlu II Kiprli Hüqo adına regensiya tətbiq edən həyat yoldaşı İzabella de Luzinyan tərəfindən bayli təyin edilmişdir. O, oğlu III Kiprli Hüqonun həm Kipr, həm də Yerusəlim kralı olmasından sonra gəmi qəzasında ölmüşdür. == Son illəri == Henri və İzabellanın oğlu Hüqo İzabellanın ölümündən sonra Yerusəlimdə regensiya tətbiq etmək üçün seçilmişdir. Kipr və Yerusəlimin gənc kralları sırasıyla 1267 və 1268-ci illərdə vəfat edən zaman Hüqo hər iki taxta çıxmışdır. Henri 27 iyun 1276-cı ildə onu Əkkadan Kiprə aparan taridin bir qayaya dəyməsi nəticəsində gəmi qəzasında vəfat etmişdir. Onun nəşi Kiprin Nikosiya şəhərindəki bir kilsədə dəfn edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Baldwin, Philip Bruce. Pope Gregory X and the Crusades.
Mariya de Puatye
Antioxiyalı Mariya (fr. Marie d'Antioche) və ya Mariya de Puatye (ən tezi 1220 – ən tezi 1307, Kanosa-di-Puqliya[d], Apuliya) — 1268-ci ildən 1277-ci ilə qədər Yerusəlim krallığının taxtına iddiaçı. O, 1267-ci ildə ərazidə olmayan kral III Konrad adına krallığı regent olaraq idarə etmək iddiası qaldırmışdır. Onun iddiası qanuni idi, çünki kral ilə qan bağı güclü idi, lakin o, Yerusəlim Ali Sarayı tərəfindən rədd edilmiş, əvəzində III Kiprli Hüqo seçilmişdir. Konrad 1268-ci ildə vəfat edən zaman Mariya onun varisi olaraq taxta çıxmağı istəmişdir. Hüqo tərəfindən məğlub edilən Mariya sonradan Avropaya köçmüş və nəticədə iddiasını I Anjulu Karla satmışdır. == Ailəsi == Mariya təxminən 1220-ci ildə anadan olmuşdur. O, şahzadə IV Antioxiyalı Boemundun və ikinci arvadı Luzinyanlı Melisendanın qızı idi. Mariya anası tərəfdən Yerusəlim kraliçası I İzabellanın və kral Kiprli Amorinin nəvəsi idi. Melisenda 1246-cı ildə ögey bacısı Şampanlı Alisanın ölümündən sonra, Yerusəlim krallığının azyaşlı və ərazidə olmayan kral II Konradın ən yaxın qohumu olması əsasında taxta iddia qalmışdır.
Puatye döyüşü (732)
Puatye döyüşü — 4 oktyabr 732-ci ildə Əndəlüsdən Frank ərazisinə daxil olmuş Abd-ür-Rəhmanın təxminən 40 minlik qoşunu ilə Toxmaq Karlın 30 minlik firəng qoşunu arasında baş vermiş vuruşma. Karlın qoşunu cinahlarını qoruyan Klen və Vyenna çayları arasında mövqe tutmuşdu. Onun döyüş quruluşunun əsasını falanqa şəklində düzülmüş piyadalar təşkil edirdi, cinahlarında ağır silahlanmış cəngavərlər, önündə isə oxçular düzülmüşdü. Karl əlverişli şəraitdə müdafiə taktikası seçdi. Ərəblər hücuma keçdi, lakin onların yüngül süvarilərinin hücumlarını falanqa uğurla dəf edə bildi. Bundan sonra firənglərın ağır süvariləri hucuma keçdi və ərəblərin döyüş sıralarını qıraraq onların düşərgəsini ələ keçirdi. Abd-ür-Rəhman öldürüldü. Ərəblər tələsik Puatyedən geri çəkildilər. Firənglərın ağır süvariləri onları təqib edə bilmədi. Bu döyüşdə, ağır amma çevik olmayan Qərb süvarilərinin, qeyri-nizami çevik Şərq süvariləri arasında baş verən dəyişkən uğurlu müharibələr seriyasının əsası qoyuldu.
идеалисти́чески когда́ б побуди́тельница поту́пить припусти́ть про́жига самоду́рство стомати́т взгрустну́ть ге́тманство заба́грить конъюнкту́рщик микрогра́фия разда́бриваться расформирова́ть сме́на чир arc cosecant downwelling foot soldier mordacity nihilistic schizophrenia долбить запёкшийся