publisistik
publisistlik
OBASTAN VİKİ
Publisistika
Publisistika (lat. publicus — ictimai sözündən) — cəmiyyətin mövcud həyatının aktual problemlərinə və hadisələrinə həsr olunmuş əsərlər növü; ictimai düşüncənin plüralizmi, o cümlədən həyatın kəskin problemləri ətrafında ortaya çıxan bir ifadə vasitəsi olaraq mühüm siyasi və ideoloji rol oynayır. == Haqqında == Publisistika termini XIX əsrdə yaranmış və uzun müddət sosial ədəbiyyat mənasında işlənmişdir. Hal-hazırda jurnalistikanın hər janrı publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bundan ötrü hər cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlıq olmadan uğur mümkün deyil. Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxsə publisist deyilir. Publisistik üslubun xüsusiyyətləri: Mətbuatda formalaşır. Müxtəlif qəzetlərin və jurnalların dilidir.

Значение слова в других словарях

автома́тный га́нка дизелестрои́тельный замая́чить искази́ться напока́з туши́ться уничтожа́ть опо́ковый перестро́ить подчи́тывать са́мка фа́була карзаш трусить antodontalgic god-child high-stepper jaggy paranoid twentyfold выгадать откликнуться паукообразный централ