pulca 2021
pulcuqçiçəkli
OBASTAN VİKİ
Pulcuqayaqlar
Pulcuqayaqlar (lat. Pygopodidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Pulcuqlu latreya
Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir. Kökümsovu çox vaxt çox uzundur, budaqlanmış və ağımtıl rənglidir, lətli pulcuqlarla çox əhatə olunmuşdur. Yerüstü hissəsi nisbətən pulcuqlarla az örtülmüşdür. Çiçəkləri birtərəfli salxımşəkilli çiçək qrupunda, inkişaf etməmiş xırda yarpaq qoltuğunda, qısa saplaq üzərində toplanmışdır. Tacın uzunluğu 14–17 mm olub, borucuğabənzərdir, adətən solğun-bənövşəyi və ya ağımtıl-çəhrayı rənglidir, çılpaqdır; üst dodaq bütövdür; alt dodaq üçbölümlü, qısa, küt dilimləri vardır. Qutucuq şarşəkillidir, kasacığa bərabərdir. Aprel-May May-İyun Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), Qobustan, Kür- Araz oval., KQ şimal, Lənk.dağ. Ovalıqdan aşağı, nadir hallarda orta dağ qurşağına qədər. Meşələrdə və kolluqlarda rast gəlinir; Corylus L. və Alnus L. cinslərinin növləri üzərində parazitlik edir.
Pulcuqlu palıd
Pulcuqlular
Pulcuqlular (lat. Squamata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə Yer kürəsinin hər tərəfinə yayılmış 3 yarımdəstə daxildir: Kərtənkələlər (Lacertilia), İlanlar (Serpentes) və Amfisbenlər (Amphisbaenia) İlanlar və ikiyerişlilər bir birinə yaxın cinsləri əhatə edən yarımdəstələrdir. Kərtənkələlər isə pulcuqluların rəngarəng növlərin daxil olduğu yarımdəstəsidir.
Pulcuqluot
Bu bitkinin əksər növləri yabanı halda ABŞ-nin cənubunda bitir. Gülçülükdə çox vaxt aşağıdakı növlərdən istifadə edilir: İrigüllü pulcuqluot (A. Grandiflorum) hündürlüyü 120 sm-ə çatan, ağ, çəhrayı ya da sarı rəngdə iri, ətirli çiçəkləri olan bitkidir. Uorley pulcuqluot (A. x. warleyense) hibrid mənşəli çəhrayı ya da qırmızı gülləri olan növdür. Zərif pulcuqluot (A. pulchellum) hündürlüyü 20 sm-ə qədər olan, açıq-çəhrayı və ya yasəmən rəngli çiçəkləri olan bitkidir. Pulcuqluotun toxumlarını mayda torpağa əkməklə çoxaldılır. Əmələ gələn cücərtiləri seyrəltmək ya da şitil edib başqa yerə köçürmək lazımdır. Qışda cavan bitkilər yarpaqla və ya sellofanla örtülməlidir. Pulcuqluot başqa yerə köçürüləndə yaxşı bitir. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Pulcuqluqanadlılar
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Pulcuqotu
Pulcuqotu (lat. Iberis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adının mənşəyi hələki təyin olunmayıb. Qədim Yunanıstanda bu bitkini İberis adlandırmışlar. Yabanı halda İberis əsasən Cənubi Avropada bitir. Müasir gülçülükdə İberis cinsinin 4 növündən istifadə olunur ki, onlardan da 2 növü birillikdir. Acı iberis (İ.amara) yabanı halda Aralıq dənizi sahillərində bitir.Hazırda bu bitkinin mədəni formaları və sortları geniş yayılmışdır. İberisin bütün mədəni formaları taclı iberis (İ.a.var.coronaria V oss) adlanır. Çətirli iberis digər növlərdən fərqli olaraq aşağı hissədə kol şəklini alır, hamaşçiçəkləri isə formalarını itirmirlər.İberisi toxumla, qələmlərlə və kolun bölünməsi ilə çoxalmaq olar. Qələmləri yayın əvvəlində kəsir və solmuş hamaşçiçəklərin yuxarı hissəsini vaxtaşırı kəsmək lazımdır.
Pulcuqqanadlılar
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Pulcuqvari mirikariya

Digər lüğətlərdə