PÖTPÖTÜ

Dialektlərdə pörtmək, pətənək, pötüyə, pötəkə kimi müxtəlif formalarda işlədilir. Mənası “quşun mədəsi” deməkdir. Bununla yanaşı, farsca çinədan, azərbaycanca dənlik adlanan bir kisəcik də məlumdur: quşun yediyi dən onun içinə yığılır, sonra həll üçün pötpötüyə göndərilir. İnsanda həzm borusu (8-10 m) ağız boşluğu, udlaq, qida borusu (yemi mədəyə ötürür), mədə, nazik və yoğun bağırsaqdan ibarətdir. Göründüyü kimi, burada çinədan (dənlik) yoxdur, o, quşlarda olur. Güman edirəm ki, pötpötü kəlməsi (ehtimal ki, əsli pörtdəmək olub) pörtmək feili ilə qohumdur. Pörtmək isə öz növbəsində ört (üt) feili ilə bağlıdır, “od”, “yandırmaq” mənasını verən sözdür. Pötpötü zahirən pörtülmüş, bozarmış ətə oxşayır. Rus dilində də печень sözü bişirmək anlamı ilə bağlıdır. İkinci mü­lahizə də mümkündür: Pötpötünün üstü bükülü, örtülü olur. Bu baxımdan həmin söz böyrək, puçur kəlmələri ilə qohum ola bilər və bükülü sözünün dəyişmiş formasıdır. İkincini daha inandırıcı hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PÖTƏKƏ
PRAVOSLAVLIQ

Digər lüğətlərdə

жура́влик кучкова́ться ля́паться моля́щаяся опло́шно перепада́ние покры́тый почво... предуведомля́ться фа́ллус щебету́шечка замутне́ние ли́сонька пятиэта́жка ревни́во рябова́тый самовозобнови́ться сопродю́серский телефони́ровать жерело plier stipula Uruguay досада прикосновенный