PUSMAQ
PÜSKÜRMƏK
OBASTAN VİKİ
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) - Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Yan püskürmə
Yan püskürmə (rus. боковое извержение, ing. lateral eruption) — vulkan konusunun yamacında və yaxud ətəyində lavaların çatlar boyunca püskürməsi. Adətən yamacda parazit konuslar əmələ gəlir. Mis: Sicilyada Etna vulkanı, Kamçatkada Klyuçevsk sopkası.
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Krakatau vulkanının püskürməsi (1883)
1883-cü il Krakatau vulkanının püskürməsi — Krakatau vulkanında püskürmələr 1883-cü ilin may ayında başlasa da 26-27 avqust 1883-cü idə ardıcıl güçlü partlayışla müşahidə ediləm püskürmələr baş vermişdir. Nəticədə Krakatau adasının böyük qismi dağılmışdır. Bölgədə seysmik aktivlik 1984-cü ilin fevralına qədər davam etmiçdir. Bu püskürmə dünya tarixinə ən dağıdıçı və insan tələfatı baxımından ən böyüyüdür. Püskürmə nəticəsində ən azından 36417 nəfər həlak olmuşdur. Seysmik aktivlik nəticəsində isə 165 şəhər və yaşayış məntəqəsi dağılmış, 132-si isə böyük zərər görmüşdür. Püskürmənin nəticəsi bütün dünyaya öz təsirini göstərmişdir. == Təsviri və sonrakı vəziyyət == Krakatau vulkanının uzun zamandan sonra (1681) ayılması haqqında ilk məlumat 20 may 1883-cü ilə aiddir. Bu zaman vulkanın kraterindən böyük həcmdə tüstü çıxmağa başlayır. Vulkandan çıxan səsin dalğası 160 km radiusunda pəncərələrin silkələnməsinə səbəb olmuşdur.
Vulkan püskürməsi
Vulkan püskürməsi — Yerin mantiyasından "maqma" (yunanca "maqma" qatı maz deməkdir) adlanan ərimiş maddələrin səthə çıxmasıdır. Lakin bütün püskürmələr eyni deyildir. Onların bəziləri nisbətən sakit baş verir, bu zaman duru maqma səthə çatır və onun üzərinə lava axımları ilə püskürərərək böyük məsafəyə yayılır. Digər püşkürmələr isə sakit lava axımları ilə yanaşı, dalbadal partlayışlarla d a müşahidə olunur. Bəzi hallarda isə püşkürmə yalnız bir güclü partlayışla məhdudlaşır. Ona görə də Vulkan püskürməsindən bir şəhər də məhv olub. Püskürmənin təbiəti maqmanın xüsusiyyətlərində - onun temperaturundan, tərkibindən və qazların miqdarından asılıdır. Bu baxımdan qazlar xüsusilə əhəmiyyət daşıyır. Çünki onlar maqmada böyük təziq altında olur. Maqmanın daşıyıcı kanalla yer səthinə qalxdığı zaman aşağı təziqli sahəyə düşdükdə öz həcmini dəfələrlə artıran həll olunmuş qazlar maqmadan ayrılmağa başlayır.

Digər lüğətlərdə