PƏRVUZƏ
PINARA
OBASTAN VİKİ
Pınar Altuğ
Pınar Altuğ Atacan — Türk kino aktrisası. Tam adı Pınar Altuğ Atacandır. == Həyatı == 1973-cü il sentyabrın 2-də İstanbulda anadan olmuşdur. Saint Benoit Fransız Liseyində təhsil almışdır. Litseydə maneken liyə başlamışdır. 1994-cü ildə Miss Turkey seçilən Altuğ 1997-ci ildə daxil olduğu İstanbul Universiteti İdarəetmə bölməsindəki təhsilini tamamlamamışdır. 1995-ci ildən televiziya həyatı başlamışdır.
Pınar Dəniz
Pınar Dəniz (4 noyabr 1993, Adana) — Türk aktrisa. == Həyatı == Pınar, 4 noyabr 1993-cü ildə Mardinli və Ərəb kökənli bir ailənin uşağı olaraq Adanada dünyaya gəlmişdir. İki yaşından etibarən İstanbula gəlmiş və burada böyümüşdür. İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr və Reklam bölməsindən məzun olmuşdur. İlk dəfə 2014-cü ildə özünü aktyorluq sahəsində sınamışdır. Sil başdan adlı serialda Evrim obrazını canlandırmışdır. Müğənni Murad Dalkılıçın Yəni adlı musiqisinin klipində yer almışdır. 2016-2018-ci illərdə məşhur Vətənim sənsən serialında Ulduz obrazını oynamışdır. FOX TVdə yayımlanan Bir Dəli Rüzgar serialında Bərk Cankatla partnyor olmuş,Gökçə rolunu canlandırmışdır. Netflix platformasında Burcu xarakterile Aşk 101 serialında yer almışdır.
Pınar Kür
Pınar Kür (15 aprel 1943 və ya 15 aprel 1945, Bursa) — yazıçı. == Həyatı == Pınar Kür 15 aprel 1943-cü ildə Bursada dünyaya gəlib. Yazıçı Həvva Pınar Kür əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.
Pınar Dilşəkər
Pınar Dilşəkər (25 iyul 1972 ), türk fantezi - sənət musiqi müğənnisi. == Həyatı == Türk Musiqisi Dövlət Konservatoriyasının məzunudur. O, 1990-cı illərin ortalarında "Şinanari" mahnısı ilə tanınıb.İbrahim Tatlısəsin "Allahım,Neydi Günahım?" klipində yer alıb. Zorakılıq və uyğunsuzluq ucbatından birinci həyat yoldaşından ayrılıb və bir oğlu var. Uzun tənhalıqdan sonra iş adamı Ahmet Hamoğlu ilə nişanlanıb, lakin yaş fərqinə görə medianın gündəmində mövzu olan cütlük qısa müddətdən sonra ayrılıb.
Barış Pınarı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu.ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı. Nəhayət, Türkiyə hökuməti eyni ilin oktyabr ayında "son tarix"in başa çatdığını elan etdi.Oktyabr ayında prezident Trampın ABŞ-ni sonu görünməyən müharibədən çıxarmaq qərarı Türkiyəyə Suriyaya qoşun göndərilməsi üçün yaşıl işıq verdi.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. == Toponim == Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. == Tarixi == Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.
Pınarbaşı
Pınarbaşı (Kayseri)
Pınarbaşı (Kayseri)
Pınarbaşı (türk. Pınarbaşı) — Kayseri ilinin ilçəsi.
Pınarbaşı (İğdır)
Pınarbaşı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci il qaynaqlarında Sıçanlı olaraq qeyd edilir. 2008-ci ildə kəndin adı Pınarbaşı olaraq dəyişdirilmişdir. == Coğrafiyası == İğdırdan 39 km uzaqlıqdadır. Güngörməz Dərəsi adlı vadi üzərində yerləşir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 110 nəfər azərbaycan türkü yaşayırdı.

Digər lüğətlərdə

богоиска́тель бя́зевый вы́удить да́тчиковый изю́м ионизи́рующий минда́лины охолоде́лый протекцио́нный хорови́к безвозвра́тно гидрострои́тельство оглупле́ние раскрути́ть святи́тель пирзать ascendence circumlunar cultural lag dance music detonation thrust through tiara дезавуировать который