PIQQILDAMAQ

f.
1. Pıqqıltı səsi çıxarmaq, “pıq-pıq” etmək, yaxud “pıq-pıq” qaynamaq (maye haqqında).
Meşənin içindən çıxıb pıqqıldayan ( f.sif. ) bulaq şırhaşırla ağ çınqıllıq boyu aşağı axır(dı). S.Rəhimov.
Arabanın üstündəki boçkanın ağzından sərin çeşmə suyu pıqqıldayaraq ətrafa səpələnirdi. Q.İlkin.

2. Özünü saxlaya bilməyərək, səsini boğaraq gülmək.
Teymur ağa pərdənin dalısında gülməyini saxlaya bilməyib pıqqıldayır. M.F.Axundzadə.
Kişi özünü saxlaya bilməyib, yavaşcadan pıqqıldadı. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PIQQILDAMAQ gülmək — qaqqıldamaq
  • PIQQILDAMAQ qaynamaq — coşmaq
PIQQILDAMA
PIQQILDAŞMA

Digər lüğətlərdə

ахине́я безде́лица евробума́га затума́ненно лету́нья несомне́нный притрави́ть публи́чно то́лстенький антисовети́зм арми́рование древе́сный презри́тельность распрекра́сный стат... avoidable barn dance computerman drama fact jeep operetta parallax латания поплавок