PIR

I
(İmişli)
xırda yarpaq (kolun ucunda). – Qoyunu yaxşı kökəldər kolun pırı
II
(Ağdam, Kürdəmir)
barama kəpənəyi. – Pır baramadan çıxır (Kürdəmir)
PINT
PIRAM
OBASTAN VİKİ
Georgi Pırvanov
Georgi Sedefçov Pırvanov (bolq. Георги Седефчов Първанов; 28 iyun 1957[…]) — Bolqar siyasətçi, 2002–2012-ci illərdə Bolqarıstan prezidenti. == Həyatı == Georgi Pırvanov 1981-ci ildə Sofiyada Klement Oxridski Universitetinin Tarix fakültəsini bitirib. 1981-ci ildən Bolqarıstan Kommunist Partiyasının (sonralar Bolqarıstan Sosialist Partiyasının) üzvü olub. Elə həmin il Bolqarıstan Kommunist Partiyası Tarixi İnstitutunda elmi işçi işləməyə başlayıb. 1988-ci ildə tarix sahəsi üzrə doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən BKP Tarixi İnstitutunda böyük elmi işçi işləyib. Açıqlanmış məlumatlara görə Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin "Qotse" ləqəbli əməkdaşı olub. 1994-cü ildə Bolqarıstan Xalq Məclisinin deputatı seçilib, radio və televiziya yayımı üzrə komissiyanın tərkibində fəaliyyət göstərib. 1994-cü ildə Bolqarıstan Sosialist Partiyasının Ali Şurası sədrinin müavini, 1996-cı ildə issə BSP-nin sədri olub.
Hirkan pırkalı
== Ümumi yayılması == İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir. == Statusu == Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv). == Bitdiyi yer == Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir.
Pırkalyarpaq mahoniya
Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır.
Pırtlaşıq mahmızçiçək
Pırtlaşıq mahmızçiçək (lat. Delphinium confusum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Pırtlaşıqlələk
Pırtlaşıqlələk (lat. Ardeola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Pırtlaşıqlələk cinsi
Pırtlaşıqlələk (lat. Ardeola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Sarı pırtlaşıqlələk
Sarı pırtlaşıqlələk (lat. Ardeola ralloides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin pırtlaşıqlələk cinsinə aid heyvan növü.
İvan Pıryev
İvan Aleksandroviç Pıryev (rus. Иван Александрович Пырьев; 17 noyabr 1901 — 7 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoru. SSRİ Kinematoqrafçılar İttifaqının banisi və ilk sədri. SSRİ xalq artisti (1948). Altıqat Stalin mükafatı laureatı (1941, 1942, 1943, 1946, 1948, 1951). 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Həyatı == İvan Pıryev 1901-ci ildə indiki Altay diyarının Kamen kəndində anadan olmuşdur. 1904-cü ildə atası davada həlak olmuş, İvan babasının himayəsində qalmışdır. 1915-ci ildə Pıryev kəndin digər gəncələri ilə birgə müharibəyə yollanır. Döyüşlərdə iki dəfə yaralanır, göstərdiyi igidliklərə görə 3-cü və 4-cü Georgi ordeni ilə təltif olunur.
аллерго́лог вомча́ть гильоти́нный горла́ч держа́ть заклёклый кени́йка приме́тить ра́зниться ро́счисть шата́ть великому́ченический плести́сь хи́тростный Budapest clerk hot packing ill-wish neolalia вничью высокомолекулярный задразнить плот покупщица сдать