PITIRQAN
PİANİNOÇALAN
OBASTAN VİKİ
Pıtraq
Pıtraq (lat. Xanthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Pıtırqanın müalicəvi xüsusiyyətlərini saxlamaq üçün onun kökü yuyulmur, bir az havaya verilib fırça ilə təmizlənir, uzununa kəsilir və qurudulur. Gündə qalıb qıcqırmasın deyə onu duxovkada qurutmaq lazımdır. Pıtırqan sidikqovucu və tərlədici vasitədir. Xalq arasında onun kökündən hazırlanmış həlimdən istifadə olunur. Sidikqovucu vasitə kimi digər sidikqovucularla birgə işlədilir. Məsələn, diabetdə pıtırqan kökü bərabər hissələrdə götürülmüş paxla qabığı və qaragilə yarpağı ilə birkə işlədilir. Ondan raxitdə, babasildə, revmatizmdə də istifadə olunur. Revmatizmin müalicəsində bərabər hissələrdə götürülmüş pıtırqan və andız (zökəm otu) köklərindən bişirilmiş həlimdən istifadə edilir.
Adi pıtraq
Adi pıtraq (lat. Xanthium strumarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pıtraq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20–60 sm olan qısa xovlu-tüklü birillik bitkidir. Gövdəsi budaqlıdır. Yarpaqları uzun saplaqlı, enli yumurtavari, üçdilimli, azacıq ürəkvaridir, qıraqları qeyri-bərabər diş-dişli, altdan bir qədər solğundur. Səbətləri sünbül şəklində yarpaq qoltuğunda yığılmışlar. Dişi səbətlərin meyvəyanı sarğısı 10–15 mm uzunluqda, elliptik, bozumtul-yaşıl rəngdə, tüklücədir, ucunda iki haçalanan tikan olan qopartikanla örtülmüşdür. İyun-avqust aylarında çiçəkləyir, avqustoktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi pıtraq boreal coğrafi tipinin avropa sinfinin aralıq dənizi-avropa qrupuna aiddir. Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələri, Şimali Amerika, İran, Əfqanıstan, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.

Digər lüğətlərdə