PƏL
PƏLƏBIĞ
OBASTAN VİKİ
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
"Ağ pələng"lə görüş (film, 1988)
'"Ağ pələng"lə görüş — qısametrajlı sənədli film. Rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Ça tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. == Məzmun == Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. Burada göstərilir ki, Xəzər neftçiləri ilə Vyetnam neftçilərinin əməkdaşlığı ildən ilə möhkəmlənir. Vyetnam neftçilərinin bir çoxu Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və Xəzər neft mədənlərində təcrübə keçmişlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cavanşir Məlikov Rejissor: Yalçın Əfəndiyev, Çayn Ayn Ça Operator: Valeri Kərimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
"Pələng" Xüsusi Təyinatlı Dəstəsi
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə bax. Bədənin uzunlu]u 190-290 sm. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədər. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Anadolu Pələngləri
Anadolu pələngləri (tur. Anadolu Kaplanları) - 1980-ci illərdən günümüzədək Türkiyə iqtisadiyyatındakı və sənaye istehsalındakı payı diqqət çəkici ölçüdə və sürətdə artan bir qrup şəhər və bunların yaxın bölgələri üçün istifadə bir tərifdir. Həm də sənayeçi iş adamları və onların şirkətləri tərəfindən istifadə edilir. Anadolu Pələnglərinin liderliyini və paytaxtlığını Dənizli edir.Şəhərlər bazasında, tərifin xüsusilə Dənizli, Qaziantep, Qəhrəmanmaraş, Kayseri, Balıkəsir və Konya üçün istifadə edildiyi görülür. Bəzi mənbələr iqtisadiyyatın inkişaf tendensiyasında siyasi əks-səda doğurmağa çağırırlarsa da, bu tərif əsasən iqtisadi cəhətdəndir.Ən böyük inzibati mərkəzlərdəki şirkətlər ümumiyyətlə istehsal mərkəzlərinin yerləşdiyi yerdən asılı olmayaraq Anadolu Pələnglərinin tərifində qeyd edilmir. Lakin orta ölçülü şəhər mərkəzlərində istehsal əməliyyatlarını yerinə yetirən böyük şəhər şirkətləri nəzərə alındıqda, tərifin əhatə dairəsi daha da genişlənir. Anadolu Pələngləri məşhurları və xüsusilə də, Dənizli Sənaye şirkəti 2006-cı ildə ABŞ-nin ictimai televiziya kanalı PBS filminin beynəlxalq medianın müxtəlif məqalələrində çəkilən bir sənədli filmdə xüsusi rol verilmişdir.İstanbul Sənaye Otağının - Türkiyənin ən böyük min şirkətini dərəcələndirən illik araşdırmalarından ən yaxın tarixlisi olan 2005 sıralamasına görə, Anadolu Pələngləri tərifinə ən yaxşı nəzarət edən mərkəzlərdə məskun və Türkiyənin ilk 1000 içində iştirak edən şirkətlərin sayı cədvəldə iştirak etməkdədir. Qeyd edək ki, bu şirkətlər digər böyük şirkətlər və bir çox KOM-lardan sonra gəlirlər.İş dünyasında Anadolu Kaplanlarının tərifini və ya variantlarını istifadə edən mükafatlar, konfranslar və qurumlar var. Anadolu pələngləri, Şərqi Asiya ölkələrinin sürətli inkişafı üçün "Asiya Kaplanları" terminindən istifadə edirdi.
Bali pələngi
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Benqal pələngi
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Bir pələng var idi (film, 2012)
Bir pələng var idi (hind एक थाटाइगर) — Kabir Xanın rejissorluğu və həmmüəllifi olduğu və Aditya Çopra tərəfindən 2012-ci ildə hazırlanan hind dilli romantika triller döyüş filmidir. Pələng seriyasının ilk filmdir, baş rollarını Salman Xan və Katrina Kaifin canlandırdığı filmdə Ranvir Şori, Giriş Karnad, Roşan Set və Qavi Çaxal və b.-nın canlandırdığı aktyor ansamblı var. Film Pakistan tərəfindən əldə edilməmişdən əvvəl məlumatları bərpa etmək tapşırığı almış Hindistanın RAW casusu Pələng'i (Salman Xan) izləyir, lakin o, missiya əsnasında Pakistanın ISI agentinə aşiq olduqdan sonra işini tərk edir. Film, Kabir Xan və Yaş Rac Film kino kompaniyası əməkdaşlığı çərçivəsində Kabil ekspressi və Nyu-York filmlərindən sonra ərsəyə gələn üçüncü filmdir. Filmin istehsalı geniş idi; ssenari bir neçə dəfə yenidən yazıldı və istehsal 2011-ci ildə başlamazdan əvvəl bir neçə il təxirə salındı. Filmdəki səhnələrin çoxu ilk növbədə Hindistanda, digər səhnələr isə Türkiyə, İrlandiya və Kubada lentə alındı və əvvəlcə 15 avqust 2012-ci il tarixində dünyaya çıxmadan əvvəl 2012-ci ilin iyun ayında buraxılması planlaşdırıldı. Film ümumiyyətlə müsbət rəylərə qarışdı, hərəkətliliyi, musiqisi və aktyorların mükəmməl oyunu təriflə qarşılandı, uyğunsuz tonuna görə tənqid də var idi. Teatr boyunca çox sayda kassa qeydləri qoydu. Dünyada 3.2 mlrd. rupidən çox gəlir əldə edərək, 2012-ci ilin ən yüksək gəlir gətirən hind filmi oldu və inflyasiyaya görə tənzimlənməmiş bütün dövrlərin ən yüksək 25-ci ən yaxşı Hindistan filmidir.
Cənubi Çin pələngi
Cənubi Çin pələngi (lat. Panthera tigris amoyensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Dəmir yolu pələngləri (film, 2016)
Dəmir yolu pələngləri (ing. Raiload Tigers, çin. 铁道飞虎) — baş rolda Ceki Çanın oynadığı, Dinq Şenin rejissorluğu ilə çəkilən Çin-komediya filmi. Filmin Çində premyerası 23 dekabr 2016-cı ildə baş tutdu. Bu, İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Çinin işğalına müqavimət göstərən azadlıq döyüşçüləri komandasına rəhbərlik edən bir dəmiryol işçisindən — Ma Yuandan bəhs edən bir filmdir. == Məzmun == 1941-ci ilin dekabrında Yaponiya qonşu ölkələrin işğalını Cənub-Şərqi Asiyaya genişləndirir. Tianjin-dən Şərqi Çinin Nanjing şəhərinə gedən dəmir yolu Yapon əsgərləri tərəfindən ciddi şəkildə qorunan əsas hərbi nəqliyyat marşrutudur. Dəmiryol işçisi Ma Yuan (Ceki Çan) azadlıq döyüşçülərindən ibarət komandaya rəhbərlik edir. Qatar şəbəkəsi ilə bağlı dərin biliklərindən istifadə edərək, o və adamları bu təxribata əl ataraq, yapon əsgərlərinə pusqu quraraq aclıqdan çinliləri qidalandırmaq üçün təchizat oğurlayır. Azadlıq döyüşçülərinin öz silahları olmasa da, əllərində olan hər hansı bir vasitə, o cümlədən çəkic və kürəklər, boş dəmiryol izləri taxtaları və yönləndirilmiş qatarlar istifadə edirlər.
Hind-Çin pələngi
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən,əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir.Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Musa pələngi basar dərəsi nekropolu
Musa pələngi basar dərəsi nekropolu —Еl аrаsındа Musа аdlı bir gəncin igidliyi bаrədə mаrаqlı bir rəvаyət dоlаşır. Əhvаlаt Ахurаçаyın yuхаrı ахаrındа hər tərəfdən qаyаlıqlаrlа əhаtələnmiş dаrısqаl bir dərədə bаş vеrmişdir. Pələnglə əlbəyаха оlmuş Musа оnu bоğub öldürmüş və Ахurа kəndinə dоğru qаçmışdır. Yоldа bеlindəki şаlın bir ucu аçılаrаq tоz-dumаn qаldırmış və hələ həddi buluğа çаtmаmış gənc Musа vаhimələnərək həlаk оlmuşdur. Nеkrоpоl dərədən bir qədər kənаrdа оlаn təpəlikdə yеrləşir. Nеkrоpоl müsəlmаn qəbirlərindən ibаrətdir. Qəbirlər qərb-şərq istiqаmətindədir. Nеkrоpоl təхminən 13-17 əsrlərə аiddir.
Oturan pələng, gizlənən əjdaha (film, 2000)
Oturan pələng, gizlənən əjdaha (çincə: 臥虎藏龍, pinyin: Wò Hǔ Cáng Lóng, ing. Crouching Tiger, Hidden Dragon) — 2000-ci ildə istehsal edilmiş filmdir. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülmüşdür. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" (ing. The Crane-Iron Series) adlı əsəri əsasında hazırlanmışdır. == Məzmun == Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır... == Rollarda == == Saundtreklər == "Oturan pələng, gizlənən əjdaha (saundtrek)" — 2000-ci ildə "Sony Classical" səsyazma firması tərəfindən istehsal edilmişdir.
Pələkli
Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salın­dığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqə­ləndirirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sahilində, Şah­dağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Həsən Ayvazov Cəlil oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Əliyev Faiq oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Pələng (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger tələffüzü və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Pələng II (tank)
Panzerkampfwagen VI Ausf. B (Pz.Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinifində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182). Əvvəllər amerikalı əsgərlər “King Tiger”, İngilislər “Royal Tiger” olaraq xitab edirdilər və Almanlar da “King Tiger” (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar. Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi. Tiger II tankının şassisindən Jagdtiger adlı tank qatilinin istehsalında istifadə edilmişdir .
Pələng Səlim (film, 1978)
"Pələng Səlim" filmi — Rejissor Coşiynin malayalam dilində və 1978-ci ildə çəkdiyi Hindistan filmi. == Film haqqında == Film Rejissor Coşiynin ilk ekran işidir.
Pələng cırmağı (film, 1991)
Pələng cırmağ (ing. Tiger Claws) — 1991-ci ildə döyüş janrında çəkilən filmdir. Filmin büdcəsi qiymətləndirməylə 2,500,000 Kanada dollarıdır. Bu büdcənin qoyulmasında Calal Merhinin böyük rolu vardır. Filmin bir çox səhnələri "Shapiro-Glickenhaus Entertainment" şirkətinin büdcə problemi səbəbindən ayrı-ayrılıqda 3 aya çəkilmişdir. == Məzmun == Bir çox döyüş ustalarını qəddarlıqla öldürən qatil axtarışdadır. Onun axtarış işi Linda Mastersona həvalə edilir. Onun köməkçisi isə Terek Riçardsdır. Terek bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılmış və bu vəzifəni geri qaytarmaq üçün yeni vəzifəsinin üstəsindən gəlməlidir. Onlar naməlum səbəbdən öldürülmüş döyüş ustalarının bədənlərində pələng cırmağına bənzər izləri müşahidə edirlər.
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.

Значение слова в других словарях

аполи́ды заплета́ние переиздава́ться протарго́л прыг ватерпа́сный крестообра́зно накаля́ть неу́мный предостерега́юще прессова́ние сбочку́ сизове́ть юсти́ция пасмо co-obligant impatience intergenerational plena thigh blocking turn trouser stretcher Victor атомность гаер сухой