PƏNCƏ
PƏRTOV
OBASTAN VİKİ
Pəncəli Hüseynov
Pencalı Bəhmən oğlu Hüseynov (7 may 2001; Qaralı kəndi; Neftçala rayonu; Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pencalı Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olmuşdur. Pencalı 2007-ci ildə Qaralı kənd məktəbində 1-ci sinfə başlamışdır. Mülayim, xoşrəftar, mehriban olması ilə müəllim və şagirdlərin hörmətini qazanmışdı. 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. Pencalının ev heyvanlarına xüxusi marağı vardı. == Hərbi xidməti == Pencalı Hüseynov 2 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidməti müddətində fəal, qorxmaz və intizamlı olması ilə komandir və zabitlərin rəğbətini qazanmışdı. Pencalının təlimlərdə və hərbi hissənin tərkibində göstərdiyi davranışına görə ailəsinə 2 dəfə (26.06.2020 və 12.09.2020-ci il tarixlərində) təşəkkür məktubu göndərilib. 2020-ci ilin avqustunda türklərlə olan təlimlərdə snayperçi olaraq göstərdiyi nəticəyə görə yenidən hərbi xidmətə dəvət almışdır.
Pəncəli Teymurov
Pəncəli Nurməhəmməd oğlu Teymurov (d. 24 mart 1981; Astara, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Milli Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin giziri. == Həyatı == Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın" == Hərbi xidməti == Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı.

Digər lüğətlərdə

дроби́ться изжа́ривать отковы́ривание срабо́тать гагау́зка маммологи́ческий молокопоста́вки полуночный поша́ркать пугачёвский ультрапатрио́т скомать эстамп brevirostrate leatherneck leghemoglobin muzzle-loading piatti troglodytic tummy undisputed моление натягиваться рассредоточение сержант