1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında.
Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni!
Yox mənim başqa pərilərdə, gözəllərdə gözüm.
Ey könlümü bir yol güldürən pəri; Niyə ağlar qoydun illərcə məni.
◊ İlham (şeir) pərisi – sənətkara ilham verən, onu ruhlandıran, şövqə gətirən amil.
İlham pərisinin açdığı dadlı; Dillərdən küsərəm, səndən küsmərəm!
Ey ilham pərisi, varsansa əgər; Bu axşam üstümə qanadını gər; Qanım bir hərarət alsın qanından; Çıxım bu fikirlər burulğanından.