PƏRİŞANLIQ

is.
1. Dağınıqlıq, qatmaqarışıqlıq, nizamsızlıq.
Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadən, nə şanədəndir. M.P.Vaqif.

2. Qəmlilik, kədərlilik, qüssəlilik, məyusluq.
Çünki var idi bizdə nadanlıq; Bizə üz verdi çox pərişanlıq. S.Ə.Şirvani.
Hacı Nəsir … [Nurəddinin] pərişanlığından qəmgin olardı… S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PƏRİŞANLIQ PƏRİŞANLIQ, AŞÜFTƏLİK, POZĞUNLUQ
  • PƏRİŞANLIQ dağınıqlıq — qatma-qarışıqlıq — nizamsızlıq
  • PƏRİŞANLIQ qəmginlik — kədərlilik — tutqunluq — pərtlik — dilxorluq — məhzunluq — dağınıqlıq — məyusluq

Antonimlər (əks mənalı sözlər)

  • PƏRİŞANLIQ PƏRİŞANLIQ – XOŞBƏXTLİK Həqiqi yoxsulluq və pərişanlıq görməzlər (M.Talıbov); Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı
PƏRİŞAN
PƏRİÜZ

Digər lüğətlərdə

катко́вый квадра́тность перемоло́ть ря́жение сноха́чествовать досту́каться дуэля́нт меланхо́лик номинати́вный окрова́вливание па́лтус преслову́тый раска́чивать расфокуси́ровать трунье bulker chili paralexia suckle supper-quadrille unveiling вкрадчивость ложа ожирение транспортировать