PƏRVƏRİŞ
PƏS
OBASTAN VİKİ
Cobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kobra Pərviz

Pərviz Abdullayev

Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent == Həyatı == Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur. 1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir. İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir. Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir. P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Pərviz Axundov
Pərviz Balabəyov
Pərviz Tofiq oğlu Balabəyov (14 iyun 1987; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub. 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə qaz xətlərinin çəkilməsində baş usta işləmişdir. 2015-ci ildən yenidən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam edirdi. Müddətdən artıq həqiqi hərbi xidmət dövründə Pərviz Balabəyov 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub.
Pərviz Bağırov
Pərviz Bağırov (aktyor) — Azərbaycan aktyoru. Pərviz Bağırov (boksçu) — Azərbaycan boksçusu.
Pərviz Rüstəmbəyov
Pərviz Rüstəmbəyov (7 yanvar 1922, Bakı – 29 dekabr 1949, Bakı) — sovet repressiyasına məruz qalmış, azərbaycanlı saksafonçu, cazmen. == Həyatı == Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub. Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib. 1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib. İkinci Dünya Müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər. 1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə buradan tərxis olunur. 1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu, öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir.
Pərviz Rüstəmov
Pərviz Tufan oğlu Rüstəmov (6 may 1992, Samux rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Rüstəmov 6 may 1992-ci ildə Azərbaycan Respublikasının Samux rayonunda anadan olmuşdur. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil almış, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə dəvam etmişdir. Daha sonra 2008-ci ildə 9-cu sinifi bitirərək, təhsilini sonlandırmışdır. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. 2012-ci ilin yanvar ayında xidməti başa vurmuşdur. == Hərbi xidməti == Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır.
Pərviz Səmədov
Pərviz Səmədov (5 may 1970, Kirovabad – 15 may 1992, Abdalgülablı[d], Ağdam rayonu və ya Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir. == Döyüşlərdə iştirakı == Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi.
Pərviz Tağıyev
Pərviz Hafiz oğlu Tağıyev (22 mart 1990; Mingəçevir, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Pərviz Şahbazov
Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, Azərbaycan Respublikasının Energetika naziri. == Həyatı == Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub. == Təhsili == 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir. == İş təcrübəsi == 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
Pərviz Əlikramoğlu
Quliyev Pərviz Əlikram oğlu (Pərviz Əlikramoğlu) — balaban, tütək, zurna, klarnet və saksofon ifaçısı. == Həyatı == Pərviz Əlikramoğlu 8 yanvar 1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri İlqar Məmmədov adına 3 saylı orta məktəbə gedib. Uşaq vaxtından musiqiyə xüsusi marağı olmuşdur. Valideynləri onun hüquqşünas kimi görmək istəsələr də, Pərviz musiqi sahəsini seçmişdir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır. Valideynləri də bu marağı hiss etmiş və beləliklə o, öz təhsilini Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində almağa başlamışdır. Oxuduğu illər ərzində klassik, caz və milli musiqi üslubları ilə dərindən və ciddi məşğul olmuşdur. 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi vaxtda hərbi hissədə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Pərviz Ələkbərov
Pərviz Saday oğlu Ələkbərov (15 oktyabr 1972, Şuşa, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavini. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı == 15 oktyabr 1972-ci ildə Şuşada doğulub. == Təhsili == 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir. == Peşə fəaliyyəti == 1997-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavinidir. == Nailiyyətləri == Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.
Pərviz Ələsgərov
Pərviz Lətif oğlu Ələsgərov (27 sentyabr 1984; Daşkəsən rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Ələsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Pərviz Ələsgərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Pərviz Əmiraslanov
Pərviz Əmiraslanov (Pərviz Arzuman oğlu Əmiraslanov; d. 28.07.1971, Tovuz rayonu, Sarıtala kəndi) — IAV GmbH şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır. == Həyatı == Pərviz Əmiraslanov 28 iyul 1971-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə getmiş və həmin məktəbi 1988-ci ildə əla qiymətlərlə bitirdikdən sonra 98 N°-li Qovlar Qəsəbəsi Orta Texniki Peşə Məktəbinə daxil olmuş və 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddət ərzində dəfələrlə fənn olimpiadalarında fəal iştirak etmişdir. Müxtəlif illərdə olimpiyada qalibi və zona üzrə 2-ci, 3-cü yerləri tutmuşdur. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində universitet və respublika olimpiyadası qalibi olmuşdur. Oxuduğu müddət ərzində dəfələrlə fərqlənmiş, mükafatlara layiq görülmüş və Texniki Universitetin „Sərbəst Tələbə“ adını almışdır. Azərbaycan Texniki Universiteti Maşınqayırma fakültəsi üzrə keçirilən Tələbə Elmi Konfranslarında 3 il ardıcıl olaraq Elmi Katib kimi fəaliyyət göstərmişdir.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. == Həyatı və fəaliyyəti == Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğuldu. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. === Şəxsi həyatı === Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl - şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. == Həyatı == Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001-2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi. == Həyatı == Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır.
Pərviz Fərzəliyev
Pərviz Elçin oğlu Fərzəliyev (d. Quba, Azərbaycan - ö. 27 fevral 2017; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. == Həyatı == Pərviz Fərzəliyev Quba rayonunun Zizik kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Pərviz Fərzəliyev 2017-ci ildə, fevralın 27-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatını alan zaman şəhid olub. Fevralın 28-i isə Pərviz Fərzəliyev doğulduğu Quba rayonunun Zizik kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fərzəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Pərviz Gülmalıyev
Pərviz Zaur oğlu Gülmalıyev (10 may 1997; Bala Bəhmənli, Füzuli rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Pərviz Gülmalıyev 10 may 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. 2018-ci ildən Azpetrol MMC-də texniki inspektor vəzifəsində çalışırdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Pərviz Gülmalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Pərviz Gülmalıyev 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Pərviz Heydərov
Heydərov Pərviz Telman oğlu (d. 19 iyul 1972, Bakı) – azərbaycanlı iqtisadçı, jurnalist. == Həyatı == 1972-ci il iyul ayının 19-da Bakı şəhərində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb. 1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ilin sentyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir. 1000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir. İlk məqaləsi Kənd Təsərrüfatı Nazirliyinin keçmiş orqanı olan "Həyat" qəzetində çap edilib.
Pərviz Hüseynov
Pərviz Hüseynov (memar) — Azərbaycan memarı. Pərviz Hüseynov (idmançı) — qara kəmər sahibi, idman ustası.
Pərviz Həsənov
Pərviz Həsənov (idmançı) — Azərbaycan idmançısı; "Kür" Olimpiya Avarçəkmə Bazasının yaradıcısı; Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi; əməkdar bədən tərbiyəsi və idman işçisi; ümumittifaq dərəcəli hakim; Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı; SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı; Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü. Pərviz Həsənov (rejissor) — azərbaycanlı rejissor. Pərviz Həsənov (şəhid) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsinin şəhidi.
Pərviz Abdullayev (dəqiqləşdirmə)
Pərviz Abdullayev — kikboksçu. Pərviz Abdullayev — professor. Pərviz Abdullayev — müğənni.
Pərviz Abdullayev (idmançı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev (mühəndis)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. == Həyatı == Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Pərviz Abdullayev (professor)

Pərviz Abdullayev (uşu sandaçı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Zare Şahmərəsi
Pərviz Zare Şahmərəsi (1972)—tədqiqatçı, tərcüməçi. == Həyatı == Pərviz Zare Şahmərəsi 1972-ci ildə Təbriz şəhərinin Maralan məhəlləsində anadan olub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. Ali təhsil almaq üçün Zəncan şəhərinə yollanıb. Zəncan Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1998-ci ildən Tikmədaş şəhərində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Təbriz şəhərində tarix müəllimi kimi çlışır. Pərviz Zare Şahmərəsi doktorluq mövzusu Qarabağ tarixidir. Pərviz Zare Şahmərəsi Azərbaycanın orta əsrlər tarixi, Qarabağ tarixi və İran tarixinə dair 10-dək monoqrafiya, kitab, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Pərvizabad (Sayınqala)
Pərvizabad (fars. پرويزاباد‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).
Pərvizxanlı (Xudafərin)
Pərvizxanlı (fars. پرويزخانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Tarixi == Qarabağ döyüşlərinin gedişatı zamanı 1 oktyabr 2020-ci ildə İran mediasının verdiyi məlumata əsasən, Ermənistan ordusunun atdığı raketlər Cənubi Azərbaycanın Pərvizxanlı kəndinə düşmüş, bir neçə mülki ev dağılmışdır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 258 nəfər yaşayır (57 ailə).

Значение слова в других словарях

ду́плексный по-америка́нски подтра́вливаться продефили́ровать про́рубь эве́нка бездо́мничество ископа́емое ксе́риться полноце́нно размагни́чивать справедли́во алпаут моргать трапеза bar girl inadvertence Marshall nuclear-powered ribose unquestioned вытравляться глазировать можно полировать