PƏRÇİM

is. İki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu.
□ Pərçim etmək (eləmək)1) bax pərçimləmək;
2) sıx bir yerə təpilmək, soxulmaq, girmək.
Kəklik … özünü bir kola pərçim elədi. B.Bayramov.

Pərçim olmaq1) sığışmadığı dar bir yerə təpilərək heç bir yana dönə və ya çıxa bilməmək, sıxılıb qalmaq. Dar paltar geyəndə adam pərçim olur.
Stoluna pərçim olmuş stolbazı; tanı, fəqət saya salma. X.Rza;

2) bir şeyin içinə girmək, sancılmaq, sancılıb qalmaq, ilişmək, ilişib qalmaq.
Hirslə şığıyan tərlanın ürəyindən pərçim olan iti qələmənin neştər ucu onun kürəyindən çıxmışdı. S.Rəhimov.

Синонимы

  • PƏRÇİM qadaq — bəndləmə — bərkitmə — bağlama
PƏRAKƏNDƏLİK
PƏRÇİMLƏMƏ
OBASTAN VİKİ
Pərçimləmə
Pərçimləmə metaldan və süni materialdan hazırlanmış tikinti və maşın hissələrinin söküləbilməyən birləşməsi üçün tətbiq olunan üsuldur. == Tətbiq sahəsi == Əgər pərçim birləşməsi bir hissədən başqasına güc ötürərsə onda buna güc birləşməsi deyilir. Çənlərin kipləşdirilməsində güc birləşməsi o qədər də rol oynamır, burada kipləşdirici birləşmədən söhbət gedir. Hər iki məsələnin birlikdə həlli pərçimlərn daha yaxın vurulmasını tələb edir. Bunlar yüksək təzyiq altında işləyən çənlərin hazırlanmasında geniş tətbiq olunurlar. Pərçimin qaynaq ilə müqayisədə üstün cəhəti ondan ibarətdir ki, bu birləşmə ucuz başa gəlir, birləşmə zamanı hissələrin mexaniki xassələri qızdırma ilə əlavə olaraq zəiflədilmir və nəzarətsiz daxili gərginlik halı yaranmır. Bu cəhətlər pərçimləmənin yüngül hissələrin hazırlanmasında geniş tətbiq olunmasına gətirib çıxarmışdır. == Konstruksiyası == Birləşdirmə üçün istifadə edilən element pərçim çubuğu adlanır. Çubuqlar adətən bir ucu yarımkürə formasında olan çivi şəklində hazırlanırlar. Birləşdirmə zamanı isə onlar isti və ya soyuq halda, hissələrdə açılmış deşiklərdən keçirilərək çəkiclərin köməyi ilə döyəcəklənir və beləliklə hissələrin bir-birinə nisbətən hərəkətini bu istiqamətdə məhdudlaşdırır.

Значение слова в других словарях

вика́рий встрёпывать глобали́стка ликвидацио́нный отже́чь приле́пливание травоко́с щебре́ц ядрёный безрабо́тный га́вань демонта́жный золоторо́гий птероза́вры стека́ть барма тюлень dysfunction fatly kaleyard sloe well-timed каналья посёлок частый