QIZ

I
сущ.
1. девочка (ребёнок женского пола)
2. девушка (достигшая физической зрелости, но не состоящая в браке). Ərlik qız девушка на выданье
3. дочь:
1) ребёнок женского пола по отношению к своим родительям
2) перен. о женщине или девушке, кровно связанной со своим народом, страной. Vətənimizin şanlı qızları славные дочери нашей Родины
4. qızım дочка, доченька (ласковое обращение к девочке, девушке, к молодой женщине). Qızım, bir stəkan su gətir доченька, принеси стакан воды
II
прил. девичий. Qız paltarı девичье платье, qız gözəlliyi девичья красота
◊ Qız qalası Девичья башня (название древнейшего памятника в Баку); qız almaq женить сына, qız qalmaq (qarımaq) оставаться, остаться в девках; засиживаться, засидеться в девках, qız qaçırma увод девушки, qız evi дом (семья) обрученной невесты, qız köçürmək (qız vermək) выдавать, выдать дочку замуж, qızı oldu kimin родилась у кого дочь, qız uşağı ребёнок женского пола; qız kimi utancaq стыдливый как девочка (о мальчике)
QIYNAQLANMAQ
QIZ-GƏLİN
OBASTAN VİKİ
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Lolipop Qız
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda birçox insanın maraqla axtardığı Lolayı hələ də heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələdə sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələdə kəşf edilməyi gözləyir.
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Qız-qov
Qız-qu
Qız (bürc)
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız (dəqiqləşdirmə)
Qız
Qız Qala
Qız Qala (Qoşaçay)
Qız Qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Qız monastırı
Qız monastırı - Şuşa şəhəri ərazisində yerləşən, XVIII-XIX əsrlərə aid tarixi monastır kompleksi. Yaşıl kilsə Alban Həvari kilsəsi Qazançı kilsəsi "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 6 may 2022.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qız qülləsi
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Sarı qız
Sarı qız — türk və monqol inanclarında mifoloji surət. Sarı qız surəti bütün türk xalqlarının mifologiyasında, inanclarında yeri olan hami ruhlardandır. Başlanğıcını qədim türk inanclarından götürmüş Sarı qız türk və monqol mifologiyalarında ortaq inaclardan gələn qədim köklü surətdir. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində "Taqnınq ezi Sarı kıs" (azərb. "Dağ əyəsi Sarı qız"‎) şəklində rast gəlinir. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılmışdır. Qazax, qırğız və başqırdlarda "Sarı qız" surətində ruhun varlığına inanılmışdır. Dağ əyəsi, ruhu olan Sarı qızla türk mifoloji surətlərindən pərilərin – gözəgörünməz gözəl qızların əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik olması hesab olunur. Sarı qızın daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə araşdırılıb. Bəha Səid bəy 1926-cı ildə çap olunmuş "Türk yurdu" dərgisindəki yazısında Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat vermişdir.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Uzanmış qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Şahzadə qız
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Şokoladçı qız
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib. Şəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir.
Şahzadə (qız)
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Qız bürcü
Qız (lat. Virgo) — zodiakal bürc.
Gözəl bağban qız
Gözəl bağban qız (it. Belle Jardinière) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gözəl bağban qız" əsəri hal-hazırda Parisdə, Luvr muzeyində saxlanılır.
Havuş qız qalası
Havuş qız qalası — Şərur rayonunun Havuş kəndinin şərqində sıldırım qayalar üzərində abidə. Qayanın içərisində oyulmuş tacvari sonluqdan ibarətdir. Xalqa arasında "Qız evi", "Qız qayası"da deyirlər. Abidənin orta əsrlərə aid olması ehtimal edilir.
II Qız qalası
II Qız qаlаsı — Şərur rayonunun Aşağı Yaycı kəndindən qərbdə, Аrpаçаyın sаğ sаhilində, hündür dаğın üzərində yеrləşir. Qаlа şimаl tərəfdən sıldırım qаyа ilə əhаtə оlunmuş, оnun cənub və cənub-qərb tərəfinə isə iri qаyа pаrçаlаrındаn hörülmüş divаr çəkilmişdir. Müəyyən hissəsi yоnulmuş dаşlаrdаn inşа оlunmuş divаrlаrın еni 1,8-2 m аrаsındаdır. Divаrlаr bəzi yеrlərdə 2,1 m hündürlüyündə sаlаmаt qаlmışdır. Qаlаnın girişi cənub tərəfdəndir. Giriş qаpısının еni 3 m-dir. Divаrlаr bоyuncа dördkünc fоrmаlı binаlаr yеrləşdirilmişdir. Qаlаnın mərkəzində yеrləşən sаhəsi 72 kv.m оlаn böyük binаnın qаlıqlаrı iri dаşlаrdаn tikilmişdir. Еhtimаl ki, bu binа qаlаnın inzibаti mərkəzi оlmuşdur. Tədqiqаt zаmаnı оlduqcа аz miqdаrdа kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Cənub qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Cənubi Amerika qızılquşu
Cənubi Amerika qızılquşu (lat. Falco femoralis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Cənubi Amerika qızılquşu orta ölçülü qızılquşdur. Uzunluqları 30-40 sm, qanadları açıq vəziyyətdə 90 sm, erkəklərinin kütləsi 200-300 q, dişilərin kütləsi isə 270-460 q-a arasında dəyişir. ABŞ-də Cənubi Amerika qızılquşundan ovlamada istifadə edilir.
Doqquzdon qızüzümü
Parthenocissus inserta (lat. Parthenocissus inserta) — Vətəni Şimali Amerika olan bitki. Uzunluğu 10 m, zoğlarının şaxələnmiş bığcıqları ilə yapışan ağacvari lianadır. Yarpaqları barmaqvari - mürəkkəb, (3)5(7) ellipsvari, xırda yarpaqlı, kənarları dişli, qısa saplaqlıdır. Çiçək qurupu çəngəlvari budaqlıdır. Meyvəsi göyümtül qara çalarlı, yüngül, 6 mm diametrində giləmeyvədir. İyul-avqust aylarında (sentyabrda) çiçəkləyir. İstisevən, rütubətədavamlı torpağa tələbkar deyildir. Cənub rayonlarda, Talış zonsında yabanılaşıb. Bağlarda geniş becərilir.
Drakulanın qızı (film, 1936)
Drakulanın qızı (ing. Dracula's Daughter) — 1936-cı ildə istehsal olunmuş ABŞ filmidir. Drakulanın qızı — Internet Movie Database saytında.
Dunay qızılbalığı
Dunay qızılbalığı (lat. Hucho hucho) — Qızılbalıqlar fəsiləsindən balıq növü.
E-qızlar və e-oğlanlar
E-qızlar və e-oğlanlar, adətən e-uşaqlar(ing. e-girls, e-boys) kimi də bilinən 2010-cu illərin sonlarında ortaya çıxan, video paylaşma tətbiqi TikTok ilə xüsusilə populyarlıq qazanan E-nəsili submədəniyyətidir. Emo, scene, mall goth modasının təkamülü və yapon küçə modasının (anime, kospley, kawaii və lolita) və K-pop dəbinin birləşməsi nəticəsində yaranıb. E-qızların və e-oğlanların videoları naz-qəmzəli və bir çox hallarda açıq şəkildə seksual xarakter daşıyır. Gözlərin döndürülməsi və dillərin çıxarılması (orqazmı təqlid edən aheaqo kimi tanınan üz ifadəsi) tez-tez rast gəlinir.
Eriqona (Egisfin qızı)
Eriqona (q.yun. Ἠριγόνη) — yunan mifologiyasında personaj. O, Mikena çarı Egisf və Klitemnestranın qızı idi. Eriqona ögey qardaşı Orestdən Pentil adlı övladı olmuşdur. Orest həm Eriqona, həm də onun qardaşı Aleti sui-qəsd etməyə cəhd etmiş, lakin ilahə Artemida onu xilas etmişdir.
Fateh Əli xan Qızılbaş
Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş — nəvvab. Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1862-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1897-ci ildə Pəncab ali şurasının üzvü olmuşdu. 1902-ci ildə rəsmi qonaq kimi Dehliyə dəvət edildi. O, Britaniya imperiyasının Hindistandakı şirkətlərinə pul yatırırdı. 1904-cü ildə general-qubernatorun qanunvericilik şurasının üzvü seçildi. 1911-ci ildə yenidən rəsmi qonaq kimi Dehliyə dəvət edildi. Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından idi. Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1923-cü ildə vəfat edib.
Fatma Sultan (III Muradın qızı)
Fatma Sultan (Osmanlıca: فاطمة سلطان) (d. 1574 - ö. 1620) — 12-ci Osmanlı sultanı III Muradın qızı. Fatma Sultan 1574-ci ildə Manisada dünyaya gəlmişdir. Atası o illərdə Manisa sancaqbəyi olan III Murad, anası isə Safiyə Sultandır. 8 dekabr 1593-cü ildə atasının istəyilə dövrün Anadolu bəylərbəyi Xəlil Paşayla evləndi. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Fatma Sultan (III Əhmədin qızı)
Fatma Sultan (22 sentyabr 1704, Konstantinopol – 3 yanvar 1733, Konstantinopol) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır. 22 sentyabr 1704-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əmətullah Qadınəfəndidir. Sultan Əhmədin ilk qızı olması səbəbilə dünyaya gəlişinin ardından dönəmin validə sultanı Gülnuş Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Fatma Sultana dəyərli hədiyyələr verildi. Hələ 4 yaşında ikən atası Sultan Əhməd silahdarlarından Əli ağaya vəzirlik rütbəsi verərək qızıyla nigahlamaq niyyətinə düşdü. Ancaq dövrün sədrəzəmi Çorlulu Əli Paşa özünə rəqib gördüyü silahdarın güclənməsinə qarşı idi və bu səbəblə, kiçik sultanın divan vəzirlərindən Əbdürrəhman Paşayla nişanlanmasını təklif etdi. Buna baxmayaraq, sədrəzəmin bu təklifi qəbul edilmədi və 16 noyabr 1708-ci ildə Silahdar Əli ağa 4 yaşlı Fatma Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə 11 may 1709-cu ildə Topqapı sarayında başladı və 9 gün boyunca davam etdi. Mərasim davam edərkən 13 mayda cütlüyün nigahı bağlandı və 16 mayda Fatma Sultan dəbdəbəli bir gəlin alayı ilə Əyyubsultandakı saraylardan birinə göndərildi.
Fatma Sultan (II Bəyazidin qızı)
Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Fatma Sultan 1468-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Fatma Sultan 1482-ci ildə sonuncu Candaroğlu bəyi Qızıl Əhməd bəyin oğlu Mirzə Mehmed Paşayla evləndi. Bu evlilikdən Mehmed bəy adlı oğlu dünyaya gələn cütlük çox keçmədən boşandılar. Mirzə Mehmed Paşa daha sonra 1509-cu ildə onun qardaşı Şahzadə Abdullahın qızı Şahnisə Sultanla evləndi. İkinci evliliyi isə 1489-cu ildə sədrəzəm Qoca Davud Paşanın oğlu Mustafa Paşa ilə baş tutsa da, paşanın 1503-cü ildə vəfatıyla dul qaldı. Ertəsi il Gözəlcə Həsən bəylə nigahlanan Fatma Sultanın bu nigahdan 3 övladı dünyaya gəldi. O, son olaraq Hızır Ağa Mehmed Paşa ilə evləndi.
Fatma Sultan (II Muradın qızı)
Fatma Sultan (d. 1430, Ədirnə - ö. ?) - 6. Osmanlı padşahı II Muradın qızı və Fateh Sultan Mehmedin böyük bacısıdır. 1430 tarixində II Muradın üçüncü qızı olaraq dünyaya gəldi vəatasının vəzirlərindən Zağanos Paşa ilə evləndirilmişdir. Vəfat tarixi və səbəbi bilinmir. Ölümünün ardından Bursada atası II Muradın yanına dəfn edilmişdir.
Fatma Sultan (II Səlimin qızı)
Fatma Sultan (1559, Manisa – oktyabr 1580, Konstantinopol) (Osmanlı türkcəsi: فاطمة سلطان) - II. Səlimin və Nurbanu Sultandan doğulan qızıdır. Manisada atası II. Səlimin şahzadəliyi dönəmində dünyaya gəlmişdir. 1574-cü ildə Osmanlı Sədrəzəmi Kanijalı Siyavuş Paşa ilə evlənmişdir. 1580-ci ildə bir qız uşağı dünyaya gətirmiş, ancaq çox keçmədən əvvəlcə qız uşağı, daha sonra isə Fatma Sultan özü vəfat etmişdir. Məzarı atası Sultan Səlimin türbəsindədir. Sultanzadə Sinan bəy (d. 1575 - ö. 1599) Sultanzadə Mustafa Paşa (ö. 1623) bir qız uşağı (d.
Fatma Sultan (IV Mehmedin qızı)
Fatma Sultan (d. 1680 - ö. 6 dekabr 1700) — IV Mehmedin qızı. Fatma Sultan 1680-ci ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 7 yaşında ikən atası Sultan Mehmed taxtdan endirilmiş, Fatma Sultan isə anası və digər bacılarıyla birlikdə İstanbuldakı köhnə saraya sürgün edilmişdir. Qardaşı Sultan Mustafanın taxta çıxmasının ardından (6 fevral 1695) anası Əmətullah Gülnuş Sultan üçün tərtiblənən validə alayıyla Ədirnə sarayına gətirildi. Həmin ilin sentyabrında Çərkəz İbrahim Paşa ilə nigahlandı ancaq 1697-ci ilin fevralında paşa edam edildi. Bu ilk evliliyindən Ruqiyyə xanım Sultan (ö. 1720) adlı bir qızı dünyaya gəlmişdir.
Fatma Sultan (I Səlimin qızı)
Fatma Sultan (d. 1499 - ö. 1573) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. Fatma Sultan 1499-cu ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. 10 yaşınadək ailəsiylə birlikdə Trabzon sarayında qalan Fatma Sultan, daha sonra qardaşının təyin olunduğu Kəfə və Manisa sancaqbəyliyində anası və digər azyaşlı bacılarıyla birlikdə yaşamağa başladı. Bu əsnada atası Şahzadə Səlim qardaşlarıyla olan mübarizədə qalib gələrək taxtı ələ keçirmişdi. Fatma Sultan 1516-cı ildə atasının istəyilə keçmiş Bosniya bəylərbəyi İsgəndər Paşanın oğlu Antakya sancaqbəyi Mustafa Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan Sultanzadə Osmanşah bəy adlı oğlu olduğu bilinir. Ancaq cütlüyün evliliyi xoşbəxt deyildi.
Fatma Sultan (I İbrahimin qızı)
Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı. Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.
Fatma Sultan (I Əbdülməcidin qızı)
Fatma Sultan (1 noyabr 1840, Çırağan sarayı, Konstantinopol – 28 iyul 1884, Konstantinopol) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. Fatma Sultan 1840-cı ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal Qadınəfəndidir. Anasının vəfat etdiyi 1851-ci ildə sədrəzəm Mustafa Rəşid Paşanın oğlu Əli Qalib Paşa ilə nişanlandı. 3 il davam edən nişanlılığın sonunda Mustafa Rəşid Paşa vəzifədən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şayələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı. Əli Qalib Paşaya vəzirlik verildi. Fatma Sultanın cehizi 2 gün boyunca Çırağan sarayında sərgiləndi.
Fatma Sultan (I Əhmədin qızı)
Fatma Sultan (Osmanlı türkçəsi: فاطمة سلطان) (1607 və ya 1606, Konstantinopol və ya Topqapı sarayı – mart 1671, Konstantinopol) — Sultan Əhmədin qızı. Qara Mustafa Paşa — 1625–1626-cı illəri əhatə edən bu evlilik Paşanın vəfatı ilə sona çatmışdır. Çatalcalı Həsən Paşa — 1629–1631-ci illəri əhatə edən bu evlilik Paşanın vəfatı ilə sona çatmışdır. Mələk Əhməd Paşa — 6 aprel 1662–1 sentyabr 1662-ci illəri əhatə etmişdir. Qozbel Mustafa Paşa — Aprel 1663–1666-cı illəri əhatə etmişdir. Közbəkçi Yusif Paşa — 1666–1670-ci illəri əhatə etmişdir. Təxminən 1670-ci ildə, 64 yaşında İstanbulda vəfat etmişdir və ölüm səbəbi bilinmir. Fatma Sultan atası I. Əhmədin türbəsinə dəfn olunmuşdur.
Fatma Sultan (Sultan İbrahimin qızı)
Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı. Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.
Fatma Sultan (Sultan Əbdülməcidin qızı)
Fatma Sultan (1 noyabr 1840, Çırağan sarayı, Konstantinopol – 28 iyul 1884, Konstantinopol) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. Fatma Sultan 1840-cı ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal Qadınəfəndidir. Anasının vəfat etdiyi 1851-ci ildə sədrəzəm Mustafa Rəşid Paşanın oğlu Əli Qalib Paşa ilə nişanlandı. 3 il davam edən nişanlılığın sonunda Mustafa Rəşid Paşa vəzifədən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şayələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı. Əli Qalib Paşaya vəzirlik verildi. Fatma Sultanın cehizi 2 gün boyunca Çırağan sarayında sərgiləndi.
Fatma Sultan (V Muradın qızı)
Fatma Sultan (19 iyun 1879, Konstantinopol – 20 noyabr 1932, Sofiya) — 33. Osmanlı sultanı V Muradın qızıdır. Fatma Sultan 19 iyun 1879-cu ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Gənclik illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Fatma Sultan bu illər ərzində mükəmməl saray təhsili aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı. Ancaq 1903-cü ildə bacısı Aliyə Sultan, ertəsi il isə atası Sultan Muradın vəfatının ardından anası Rəzan xanım ağır böhran keçirdi. Bu səbəblə uzun illərdir həbs tutulan ailə azadlığa buraxılsa da, Fatma Sultan və anası Çırağan sarayında yaşamağa davam etdilər. Ancaq çox keçmədən, 1907-ci ildə əmisi Sultan Əbdülhəmid onu Bursalı məşhur Qaracəhənnəmzadə ailəsindən Faiq bəyin oğlu Rafiq İris bəylə evləndirdi. 29 iyul 1907-ci ildə Yıldız sarayında baş tutan toy mərasiminin ardından və Fatma Sultan anasıyla birlikdə Bursaya göndərildi.
Fatma Sultan (Əbdülməcidin qızı)
Fatma Sultan (1 noyabr 1840, Çırağan sarayı, Konstantinopol – 28 iyul 1884, Konstantinopol) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. Fatma Sultan 1840-cı ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal Qadınəfəndidir. Anasının vəfat etdiyi 1851-ci ildə sədrəzəm Mustafa Rəşid Paşanın oğlu Əli Qalib Paşa ilə nişanlandı. 3 il davam edən nişanlılığın sonunda Mustafa Rəşid Paşa vəzifədən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şayələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı. Əli Qalib Paşaya vəzirlik verildi. Fatma Sultanın cehizi 2 gün boyunca Çırağan sarayında sərgiləndi.
Fransa qızılgülü
Freyzer Kanyonu qızıl hərisliyi
Freyzer Kanyonu qızıl hərisliyi (həmçinin Freyzer qızıl hərisliyi və ya Freyzer çayı qızıl hərisliyi) - 1857-ci ildə baş vermiş qızıl hərisliyi.
Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)

Значение слова в других словарях