QƏBZƏ

is. [ ər. ] Bir şeyin tutulacaq yeri, qulpu, dəstəsi. Qılıncın qəbzəsi.
– Zakirin qətlinə bəsdir nigahın; Əl vurma, qəbzeyixəncər istəməz. Q.Zakir.
Qılınc və xəncərlərin gümüş qəbzələri, tüfənglərin bəndləri sönük parıltı saçırdı. Çəmənzəminli.
Ələmdar titrəyən əlini xəncərinin qəbzəsinə apardı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏBZƏ qəbzə bax dəstək 1
  • QƏBZƏ qulp — dəstə — sap
QƏBZ
QƏBZƏLİ

Digər lüğətlərdə