1. Bir məsələni müzakirə etdikdən sonra, hamı tərəfindən çıxarılan nəticə; qətnamə. Qərar layihəsi. Qərarı müzakirə etmək.
□ Qərar vermək (qoymaq) – bir şeyi müzakirə etməkdən, yaxud bir şey haqqında düşündükdən sonra müəyyən nəticəyə gəlmək, qəti bir fikrə gəlmək, qət etmək.
Qərara gəlmək (almaq) – qərar çıxarmaq, qərar qəbul etmək.
// bax qərar vermək (qoymaq).
// Hüquq termini kimi. Məhkəmənin qərarı. Qərar qətidir. Məhkəmə qərar çıxardı. Məhkəmə qərarı və ya prokurorun icazəsi olmadan heç bir kəs həbs edilə bilməz.
2. Fikir, mülahizə; əzm. Heç bir şey məni öz qərarımdan daşındıra bilməz.
3. Qərarlaşma, sözləşmə, qabaqcadan danışıb şərtləşmə.
◊ Qərarla, qərar ilə – qayda ilə, qaydada, üsul ilə, tərz ilə, sayaq.
□ Bir qərarla – bir qaydada; üsulu, qaydanı, sürəti, ahəngi və s.-ni dəyişdirmədən, müntəzəm surətdə. Su bir qərarla axır. Bir qərarla nəfəs almaq. Bir qərarla yerimək. Bir qərarla oxumaq.