QƏRMƏTİLƏR

ismaililərə yaxın olan dini cərəyanın mənsubları olmuşdurlar. III/IX əsrdə qərmətilər Abbasi xilafətini sarsıdan böyük üsyan qaldırmışdırlar. Qərmətilər hərəkatının başçısı daha çox Qərmət kimi tanınmış Həmdan ibn Əşəs olmuşdur. Bu dini cərəyanın adı məhz onun adı ilə bağlıdır. Qərmətilərin dini təlimi və dəvət metodları bütövlükdə ismaililikdə olduğu kimi idi. Qərməti dini cərəyanın yaranma tarixi Abbasi xilafətində ismaili dəvətinin fəallaşması dövründən başlamışdır. Tanınmış ismaili dəvətçisi Hüseyn Əhvazi İraqa gedərək orada ismaili olmuş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun yaxınlığında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmişdir. Eləcə də o, Xilafətin müxtəlif bölgələrinə dəvətçilərini göndərmişdir. Onlardan ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan olmuşdur. Qərmətilərin digər tanınmış dəvətçiləri isə hicrətin 289-cu ilində qərmətilərin üsyanına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvariz olmuşdurlar. Öncə qərmətilər ismailililərin sırasında fəaliyyət göstərirdilər. Ancaq, sonra onlarla münasibətlərini kəsmişdilər. Bəzi müsəlman tarixçilərə görə onlar ismaililəri əslində dəvətin Əli ibn Abu Talibin soyunun xeyrinə deyil, Abdullah ibn Məymun Qaddah adlı başqa bir şəxsin xeyrinə aparılmasında günahlandırmışlar. Qərmətilər hərəkatının tərəfdarları onların mübarizəsi üçün böyük məbləğdə vəsaitlər ayırırdılar. Bunun sayəsində onlar silahlanaraq xalqın yoxsul təbəqəsini öz tərəflərinə çəkə bilmişdirlər. Ancaq, qərmətilərin arasında birliyin olmaması səbəbindən, onlar bir neçə bir-biri ilə mübarizə aparan cərəyanlara parçalanmışdırlar. Qərmətilər bir zamanlar güclənərək Yaxın Şərqdə bir neçə dövlət də qura bilmişdirlər. Onlar Abbasilərə və başqa müsəlman hökmdarlarına qarşı savaşırdılar. Hicrətin 316-cı ilində qərmətilər xəlifə Müqtədinin ordusunu məğlub etmiş, bir il sonra isə Məkkəni ələ keçirə bilmişdilər. İslam tarixçiləri qeyd edirlər ki, onlar orada çoxlu zəvvarı qətlə yetirmişdirlər. Daha sonra onlar həcərül-əsvəd daşını Kəbənin divarından çıxararaq özləri ilə aparmışdırlar. Beləliklə, Qara daş hicrətin 339-cu ilinə qədər 22 il qərmətilərdə qalmışdır. Sonra qərmətilər onu bölünmüş halda geri qaytarmışlar. Bundan başqa onlar hicrətin 337-ci ilinə qədər zəvvarların həccə getməsinə əngəllər törətmişdirlər. Ancaq, bu qarşıdurmalarda uğur qazanmaqlarına baxmayaraq qərmətilər müəyyən vaxtdan sonra zəifləmişdirlər. Onlar hakimiyyətlərini yalnız Bəhreyn və Yəmmamənin bir hissəsində saxlaya bilmişdirlər. Hicrətin 462-ci ilində o bölgələrdə də onların hakimiyyətinə Səlcuqlular son qoymuşdur. Bu hadisələrdən sonra qərmətilər dini cərəyanı tarixdən silinmişdir.
QƏNİMƏT
QƏSB
OBASTAN VİKİ
Qərmətilər
Qərmətilər — İsmaililiyin Fatimi xəlifələri qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət dövləti. Onlar hicri III əsrdə üsyan qaldıraraq Abbasilər xilafətini kökündən sarsıtmışlar. Təriqətin başçısı Kufə şəhərinin yaxınlığındakı Dur kəndindən olan və daha çox "Qərmət" ləqəbi ilə tanınmış Həmdan ibn Əşəs idi. Qərmətilik təriqətinin yaranma tarixi Abbasi xilafətində ismaili təbliğatının fəallaşması dönəmindən başlanır. Tanınmış ismaili təbliğatçısı Hüseyn Əhvazi İraqa gələrək orada ismaililiyi qəbul etmiş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun ətrafında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmiş və xilafətin müxtəlif vilayətlərinə təbliğatçılarını göndərmişdir. Onların ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan idi. Təriqətin başqa tanınmış təbliğatçıları isə, hicrətin 289-cu ilində qərmətilər qiyamına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvarizdir. İlk əvvəl qərmətilər ismailiyi təbliğ etsələr də sonra onlarla bütün əlaqələrini kəsmişlər.
Qərmətilər təriqəti

Qərmətilərin İraqa yürüşü
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.

Значение слова в других словарях