QƏTRƏ

is. [ ər. ] Damcı.
Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə.
Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın] incə yanaqlarına düşdü. M.S.Ordubadi.
[Azad Ulduza:] Qayıdarkən səni müdafiə etdim, – deyə bilmək üçün mən son qətrə qanımı belə əsirgəməyəcəyəm. Ə.Məmmədxanlı.

Синонимы

  • QƏTRƏ damcı — gilə
  • QƏTRƏ qətrə bax damcı

Этимология

  • QƏTRƏ Qətr sözü “yağış” deməkdir, qətrə isə “damcı” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏTRAN
QƏTRƏ-QƏTRƏ

Значение слова в других словарях