Qəznəvilər
Qəznəvilər — Müsəlman türklərdən olan Qəznəvilər sülaləsi böyük dövlət qurub (962-1183) islamın Əfqanıstan və Hindistanda yayılmasına səbəb oldular. Bu sülalənin təsisçisi Alp Tegin və daha doğrusu, onun damadı Səbuk Tegindir. Səbuk Tegin və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssık-kul civarında yaşayan Cuk adında İbir Bahadurun oğludur. 12 yaşında ikən qonşuları olan Toxsi türklərinin basqınına məruz qalıb, onlara əsir olmuş və dörd il əsarətdə qalandan sonra Salman oğullarına satılmışdır.
Səbuq Tegin Saman oğullarına satılandan sonra müsəlman olub orduya girmiş və samanilər ordusunda böyük rütbəyə sahib olmuşdur. Alp Tegindən sonra Səbuk Təkin Qəznəni almış və Qəznəvi sülaləsini qurmuşdur. Onun oğlu Sultan Mahmud bütün Əfqanıstan, Xorasan, İraq və Hindistanı alaraq, böyük islami türk dövlətini qurmuş və bir islam mücahidi kimi Hindistanda islamı yaymağa çalışmışdır. Sultan Mahmud eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yerinə rəsmi divan dili seçmiş və fars dilinin şah əsəri və ana kitabı olan "Şahnamə"nin yazılmasını Firdövsidən istəmişdir. Onun dərbarı farsca yazan şairlərin mərkəzi olmuş və o dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş və İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir.
Alp Təkin (961-963)
Əbu İshaq İbrahim (963-966)
Bilgə Təkin (966-972)
Piri Təkin (972-977)
Səbuk Təkin (977-997)
İsmayıl (997-998)
Mahmud (998-1030)
Məhəmməd (1030 ; 1041)
I Məsud (1031–1041)
Məvdud (1041-1048)
II Məsud (1048 - 1049)
Əli Əbülhəsən (1049 - 1051)
Əbdürrəşid (1051-1053)
Toğrul Bozan ( 1053 )
Fərruxzad Qəznəvi (1053-1059)
İbrahim (1059-1099)
III Məsud Qəznəvi (1099-1115)
Şirzad Qəznəvi (1115-1116)
Arslanşah Qəznəvi (1116-1117)
Bəhramşah Qəznəvi (1117-1153)
Xosrovşah Qəznəvi (1153-1160)
Xosrov Məlik (1160-1187)
Cavad Heyət.