QA
QAB
OBASTAN VİKİ
Qaan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Qubilay qaan
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi. Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı. 1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.
Ögeday qaan
Oqtay xan (monq. Өгэдэй хаан, çin. 窝阔台 ; təq. 7 noyabr 1186, Xamaq Monqol – 11 dekabr 1241, Böyük Monqol imperiyası) — Çingiz xanın üçüncü oğlu və mirasçısı. == Həyatı == Çingiz xandan sonra Böyük Monqol imperiyasıın başçısı olmuş və atasının yarım buraxdığı fəthləri və dövlət işlərini tamamlamışdır. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi Ögedayı böyük xan (qaan) elan etdi. Çingiz xan(yasa) Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük hörmət qazandı. Çingiz xan tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər imperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögedey xan tərəfindən təyin edilən valilar tərəfindən idarə olunmuşdu.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. == Həyatı == Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.
İsmail Qaani
İsmail Qaani (fars. اسماعیل قاآنی‎; 8 avqust 1957, Məşhəd) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 3 yanvar 2020-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiridir. == Həyatı == == Hərbi karyera == 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı Qaani 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik etmişdir. İsmail Qaani 1997-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin təklifi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Yəhya Rəhim Səfəvi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələri komandirinin müavini təyin edildi. Millət vəkili olduğu dönəmdə Qaani 2010-cu ilin oktyabrında Nigeriyada Hizbullah və Qambiya üçün nəzərdə tutulmuş silah tədarükü daxil olmaqla, hərbçilərin qruplarına edilən maliyyə ödənişlərini ələ keçirdi. 27 mart 2012-ci ildə Qaani ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Xüsusi Təyin olunmuş Vətəndaşlar və Qadağan Şəxslər siyahısına əlavə edildi, aktivləri donduruldu və ABŞ qurumları ilə əməliyyatlar aparılması qadağan edildi. İranın Ali Dini Lideri Əli Xamenei general-mayor Qasım Süleymaninin ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hədəfə alınaraq öldürülməsindən sonra 3 yanvar 2020-ci ildə Qaanini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Qüds qüvvələrinin komandiri təyin etdi. == İran-ABŞ gərginliyinin artması == Qaani ABŞ-nin bölgədəki mövcudluğunu kəskin tənqid etmiş və zaman-zaman ABŞ prezidenti Donald Tramp və Amerika vətəndaşlarına qarşı döyüşçü üslubunda ritorikalarını bildirmişdir. O, 5 iyul 2017-ci ildə şəhidlərin anım mərasimində ABŞ-nin İrana hücum üçün İraq və Əfqanıstana 6 trilyon ABŞ dollarını boş yerə xərclədiyini iddia etmişdir.

Значение слова в других словарях

гелиотропи́зм двудо́льный ещё чего́ исхуда́ние ни́зиться подби́ться порази́тельный венери́ческий много воды́ утекло сердобо́льно хирото́ния бе заулок перл сестреница aggregate arsenate counter-disengagement drunkometer peashaped Rock English trencher-cap worm pipe нештатный трёхпалубный